Hollandiyada bu pişik cinslərinin saxlanması QADAĞAN EDİLİR

Hollandiyada bu pişik cinslərinin saxlanması QADAĞAN EDİLİR

Hollandiya tüksüz və qulaqları bükülmüş pişiklərə sahib olmağı qadağan edəcək.

 

Sfera.az bildirir ki, söhbət Skottiş Fold və Sfenks cinslərindən gedir.  Məlumata görə, qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Bildirilib ki, Skottiş Fold pişik cinsi, qulaqlarının bükülməsinə səbəb olan genetik mutasiyaya görə oynaq və qığırdaq problemlərinə daha çox meyllidir. Belə pişiklər qulaqlarında, ayaqlarında və quyruqlarında qığırdaq böyüməsi səbəbindən ağrı hiss edirlər.

 

Məlumata görə, Sfenks cinsindən olan tüksüz pişiklər isə  xəstəliklərə daha çox meyllidirlər. Onların bədənlərində tük və bığ olmadığı üçün ətraf mühiti daha az hiss edirlər.  Bundan əlavə, tüksüz quruluşlarına görə dəri problemləri və soyuq havaya qarşı həddindən artıq həssaslıq ola bilər.

 

Qeyd olunub ki, qadağa yalnız yeni sahiblənmələri əhatə edəcək. Bu cinslərə sahib olan insanlar isə pişiklərini saxlamağa davam edə biləcəklər.

 

Ölkə mətbuatının məlumatına əsasən, vətəndaşlardan daha əvvəl sahibləndiklərini sübut etmək üçün pişiklərinin çiplənməsi tələb olunacaq. Eyni zamanda, bu pişiklərin yarışmalarda və şoularda iştirakına da qadağa qoyulacaq.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...