Hələ heç kim ​​Ginnesin Rekordlar Kitabında onu keçə bilməyib - FOTO

Hələ heç kim ​​Ginnesin Rekordlar Kitabında onu keçə bilməyib - FOTO

Haqqında danışacağımız rekordu 42 ildir qırılmayan bir hekayədir.

 

Sfera.az bildirir ki, Con Brouer Minnoç dünyada yaşayan ən ağır insan kimi tarixə düşüb. Gəlin, onun hekayəsinə birlikdə nəzər salaq.

 

Con Brouer Minnoç 1978-ci ildə "dünyanın ən ağır insanı" olaraq Ginnesin Rekordlar Kitabına daxil olanda təxminən 635 kiloqram ağırlığında olub. Lakin onun hekayəsi təkcə bu başlıqla məhdudlaşmırdı.

 

 

Cəmi 12 yaşında ikən çəkisi 133 kiloqrama çatan Minnoç yeniyetməlik illərindən kökəlməyi dayandıra bilməyib. 25 yaşında 317 kilo olan Minnoç on il sonra 442 kiloya yüksəlib.

 

Ancaq onu Ginnes tarixinə gətirən çəkisi 1978-ci ildə həkimlərin təxminən 635 kiloqram olduğunu təxmin etdiyi vaxta təsadüf edir. Bu ağırlığın təxminən 408 kilosunun bədənində yığılan artıq mayedən qaynaqlandığı düşünülürdü.

 

Con Brouer Minnoçun çəkisi təkcə Ginnesin Rekordlar Kitabının rekordu deyildi. Bu həm də ciddi sağlamlıq problemlərinin əlaməti idi.

 

 

Ürək çatışmazlığı və ödəmlə mübarizə aparan Minnoç 1978-ci ildə Seattle Universiteti Xəstəxanasına aparılarkən onu daşımaq üçün 12 yanğınsöndürən və xüsusi dəyişdirilmiş xərək tələb olunurdu.

 

Xəstəxanada o, gündə cəmi 1200 kaloriyə endirilən ciddi pəhrizlə müalicə olunub. Bu sərt rejim bir il ərzində inanılmaz müvəffəqiyyətlə nəticələndi və Minnoç 216 kiloya qədər enərək 419 kilo arıqlayıb.

 

Lakin bu çəki daimi olmayıb və illər keçdikcə yenidən 361 kiloya çatıb. Çəki probleminin kölgəsində yaşamasına baxmayaraq, Conun həyatı bir çox cəhətdən normal idi.

 

Təxminən eyni vaxtda Ginnesin rekordunu qıraraq, 50 kilo çəkisi olan Cennette ilə evlənib və ikiqat- evli cütlük arasındakı ən böyük çəki fərqi ilə rekord qoyub. 

 

Con Brouer Minnoçun həyatı 41 yaşında faciəli şəkildə başa çatıb. 362 kilo çəkidə dünyasını dəyişən Minnoçun ölümünə müalicəsi demək olar ki, mümkün olmayan ödəmin ağırlaşması səbəb olub.

 

 

Bu gün üzərindən 42 il keçməsinə baxmayaraq, Con Brouer Minnoçun rekordu hələ də qırılmayıb.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...