ABŞ “Google” şirkətini parçalamaq istəyir, hansı dəyişikliklər ola bilər? - ŞƏRH

ABŞ “Google” şirkətini parçalamaq istəyir, hansı dəyişikliklər ola bilər? - ŞƏRH

“Google”un onlayn axtarış bazarında inhisarçılığının vurduğu zərəri azaltmaq üçün, şirkət bəzi əməliyyatlarını satmağa məcbur edilə bilər. ABŞ Ədliyyə Nazirliyi belə bir tövsiyə ilə çıxış etməyi nəzərdən keçirir. Yəni ABŞ hökuməti “Google”un dominant mövqeyini zəiflətmək üçün şirkətin parçalanması haqqında düşünür. “Google” isə bu təklifi “radikal” adlandıraraq, bunun müştəri təcrübəsini pisləşdirə biləcəyini və innovasiyalara mane ola biləcəyini iddia edir. Şirkət həmçinin bu cür tədbirlərin şəxsi məlumatların təhlükəsizliyini də riskə ata biləcəyini bildirir.

 

Sözügedən vəziyyət hansı dəyişikliklərə səbəb ola bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov deyib ki, bu mübarizə bir neçə ay, hətta illərlə davam edə bilər. Onun sözlərinə görə, nəticədə “Google”un iş modelində böyük dəyişikliklər mümkündür:

 

“Bu prosesin nəticələri həm də digər texnologiya nəhənglərinə qarşı aparılan antitrust işlərə təsir göstərə bilər. ABŞ-nin Ədliyyə Nazirliyi çərşənbə axşamı məhkəmə ərizəsində bildirib ki, “Google”un əsas bizneslərini sökmək, axtarış biznesini “Android”, “Chrome” və “Google Play” "App Store"dan ayırmaq tövsiyə oluna bilər. Federal hakim “Amit Mehta”, “Google”un axtarış biznesinin antitrust qanunlarını pozduğunu müəyyən edib. İndi isə məhkəmə “Google”un hansı cəzalara məruz qalacağını müəyyən etməlidir. Bu cəzalar arasında “Google”un müstəsnalıq müqavilələrinə qadağa və elektron cihazlarda “seçim ekranı” tələb etmək kimi tədbirlər ola bilər”.

 

Ekspert qeyd etdi ki, ABŞ hökuməti  “Google”un süni intellekt xüsusiyyətlərini qidalandırmaq üçün öz monopoliya gücündən istifadə etməsinin rəqabətə qarşı yeni bir mane olduğunu iddia edir:

 

“Bu, “Google”un dominantlığını daha da inkişaf etdirmək riski yaradır.  Ümumiyyətlə, bu iş ABŞ hökumətinin texnologiya nəhənglərinə qarşı apardığı ən böyük antitrust işlərdən biridir və digər texnologiya şirkətlərinə də təsir göstərə bilər. “Google”, “Amazon”, “Apple”, “Meta” və digər şirkətlər də oxşar hüquqi mübarizələrlə üzləşirlər. Bu prosesin nəticələri, texnologiya sektorunda böyük dəyişikliklərə səbəb ola, istehlakçılar üçün yeni imkanlar və seçimlər yarada bilər”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasında həlak olanlardan 4 nəfərin nəşi Bakıya gətiriləcək

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxı...

Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Azərbaycan vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.   Bu bar...

Qəzada sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib

"AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həki...

Həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşdi

Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə meyitləri aşkarlanan 38 nəfərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşib.   Sfera.az xəbər verir ki,...

Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi

Gürcüstanın Batumi şəhərindən Moskvaya uçmalı olan Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxa bilməyib.   Sfera.az xəbər veri...

Sabirabadda yeniyetmələr arasında dava: Bıçaqlanan var

Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb.   Sfera.az xəbər verir ki, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi k...