Sahibindən və polisdən qaçan camış şəhəri bir-birinə QATDI

Sahibindən və polisdən qaçan camış şəhəri bir-birinə QATDI

ABŞ-nin Ayova ştatında əvvəl sahibindən, sonra isə polisdən qaçan su camışı bütün ölkədə məşhurlaşıb. 

 

Sfera.az xəbər verir ki, Ayova ştatının "Pleasant Hill" şəhərinin sakinləri avqustun 24-də küçələrdə dolaşan Phill adlı Asiya camışını görüblər.

 

Bu barədə polisə məlumat verilib. Bundan sonra aydın olub ki, su camışı sahibi onu kəsmək istəyərkən canını qurtarmaq üçün qaçıb. Heyvan sahibi səlahiyyətlilərə verdiyi ifadədə camışın "aqressiv və təhlükəli" olduğunu iddia edib. 

 

Bələdiyyə sözçüsü Candace Bell əvvəllər belə bir hadisə ilə rastlaşmadıqlarını və heyvanın yol qəzasına səbəb ola biləcəyindən narahat olduqlarını bildirib: "Həmin gün polis əməkdaşı heyvanı görüb və ona atəş açaraq tutmağa çalışıb. Mədəsindən yaralanan heyvan sürətlə ərazidən qaçıb".

 

"Pleasant Hill" Polis İdarəsinin açıqlamasında da heyvanın "aqressiv" olduğu bildirilib.

 

Camış yerli sakinlərin qapısında, həyətyanı sahədə və avtomobil dayanacaqlarında görünüb. Yerli camaat isə heyvanın davranışlarında heç bir aqressivlik görmədikləri üçün səlahiyyətli şəxslərdən onu öldürməmələrini tələb edib. 

 

Bir neçə gün sonra artıq sakinlərin sevimlisinə çevrilmiş camış zoopark və heyvanların xilasetmə təşkilatı ilə birlikdə polis tərəfindən tutulub. Phill sakitləşdirilib və yarasının müalicəsi üçün Ayova Dövlət Universitetinin baytarlıq bölməsinə aparılıb.

 

İnci  
 


OXŞAR XƏBƏRLƏR

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, Azə...

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...