Gördüyü kabusları rəsm əsərlərinə çevirən rəssam: Yuxuları real oldu


Gördüyü kabusları rəsm əsərlərinə çevirən rəssam: Yuxuları real oldu

Qorxu, narahatlıq, yox olmaq... Bu cür anlayışlar bizi həmişə qorxudur. Qorxularına qalib gələn sənətkarlar isə acını bala çevirməyi bacarır. Polşalı rəssam Zdzislav Beksinski də hər bir mənfi duyğuları sənət əsərinə çevirərək insanları valeh edib.


Sfera.az həyatı qorxu filmlərinə mövzu olan rəssam haqqında yazı təqdim edir.


Qorxularımıza qalib gəlmək düşündüyümüz qədər asan olmasa da, polşalı rəssam Zdzislav Beksinski üçün bu, az qala uşaq oyununa çevrilib.
 

Yuxuları zəhərə çevirən kabusları unutdurmaq üçün müxtəlif əyləncələr axtararkən o, qorxularının öhdəsindən gəlir, nəticədə kabuslarını fırçası ilə kətan üzərinə tökür.


1929-cu ildə doğulan və 2005-ci ildə vəfat edən polşalı rəssam bütün həyatı boyu əsərlərində distopiya dünyası yaradıb.


Rəssamın yaratdığı hər şey qaranlıq idi və əsərlərində çox vaxt məhv, narahatlıq və qorxu təsvir edilmişdir.


1980-ci illərin ortalarına qədər o, istehsal etdiklərini fantastik hesab edirdi. Onun sözlərinə görə, çəkdiyi şəkillərin heç bir mənası yox idi. Yəqin buna görə də onların heç birinin adı yox idi.


Xəyallar dünyasının ən dərinliklərinə qərq olmağı özünə borc bilmiş rəssam həyatı boyu arzularının fotolarını çəkmiş kimi fırçasından kətanlara töküb.


O, pozitiv və zarafatcıl bir xasiyyətə malik olsa da, oğlunun ölümü onu dərindən təsirləndirmiş və onu təkliyə sövq etmişdir. Bu ağrılı hadisədən sonra o, öz sərgilərində belə iştirak edə bilməyəcək vəziyyətə düşüb.
 

Varşavadakı evində 19 yaşlı gənc tərəfindən bıçaqlanaraq öldürülən sənətçinin həyatı isə 2008-ci ildə çəkilmiş “Parasomnia”, 2020-ci ildə çəkilmiş “Boş Adam” kimi qorxu filmlərinə də ilham verib.
 

Qeyd edək ki, “Oskar” mükafatlı rejissor Guillermo del Toro da rəssamın ən böyük heyranlarından biri olub.

 

Xanım

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...