“Temu”nun sahibi milyardlarından oldu - “Ucuz mallar satır”

“Temu”nun sahibi milyardlarından oldu - “Ucuz mallar satır”

Çinin məşhur elektron ticarət şirkəti olan “Temu”nun sahibi 18 gün ərzində 14 milyard dollardan çox sərvət itkisi ilə üzləşib. 


Sfera.az xəbər verir ki, “Temu”nun qurucusu və sahibi Kolina Hyanq bir neçə gün öncə Çinin ən zəngin adamı ünvanına yiyələnmişdi. 


Bazar ertəsi elektron ticarət nəhəngi “Temu”nun daxil olduğu “PDD Holdings”in səhmlərinin azalması Hyuanqın sərvətinin 14,1 milyard dollar azalmasına səbəb olub. “Bloomberg” Milyarderlər İndeksinə görə Hyuanq indi 35,2 milyard dollar sərvəti ilə Çinin dördüncü ən varlı adamıdır. 


Hyuanq bir neçə oyun və elektron ticarət startapını işə saldıqdan sonra 2015-ci ildə “PDD Holdings”i qurub. Bundan sonra Hyuanq 2021-ci ilin əvvəlindən sürətlə dünyanın ən varlı adamları sırasında yüksəlişə keçib. 


“Temu” markası ilə Çindən kənarda da genişlənən platforma 2022-ci ildəki güclü debütündən sonra qısa müddətdə ABŞ-də ən çox yüklənən proqramlardan birinə çevrildi. Şirkət “Shein” və “Amazon” kimi nəhənglərlə rəqabət aparmağa başladı. Dünyada geniş tələb görən şirkət bəzi ölkələrin hökumətləri tərəfindən təzyiqlərlə üzləşib. Təzyiqlərə səbəb “Temu”nun malları daha ucuz satmasıdır.


Avropa İttifaqı isə onlayn satın alınan ucuz mallar üçün əlavə idxal vergisi tətbiq etməyi düşünür. 


Artıq Türkiyə “Temu”ya qarşı tədbirlər görüb və idxal edilən mallara vergilər təbiq edib. Bu tədbirlər “Temu”nun dəyərinin düşməsinə səbəb olub. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...