Depressiv insanlara bu janrda olan musiqilər yaxşı təsir edir - ARAŞDIRMA

Klassik musiqinin beyində sinxronizasiya yaratdığı aşkar edilib.
Sfera.az xəbər verir ki, klassik musiqinin müalicəyə davamlı depressiya xəstələrinin simptomlarını yaxşılaşdıra biləcəyi aşkar edilib.
Ümumiyyətlə, depressiyanın şiddətindən asılı olaraq terapiya və ya dərman vasitəsi ilə müalicə olunmağa çalışılır.
Ancaq bəzi insanlar müxtəlif müalicələrə cavab vermir və elm dünyası xəstəliyin mahiyyətini daha yaxşı anlayaraq yeni üsullar tapmağa çalışırlar. "Reports Cell" jurnalında dərc edilən araşdırmanın bir hissəsi olaraq, müalicəyə davamlı depressiyadan əziyyət çəkən 23 xəstə ilə təcrübə aparılıb.
İştirakçılar əvvəllər aldıqları müalicəyə görə beyinlərinə elektrodlar yerləşdiriblər. Elm adamları bu insanlara klassik musiqi dinlətdirib, elektrodlar və EEG vasitəsilə beyinlərindəki dəyişiklikləri izləyiblər.
Çində aparılan araşdırmada Qərb klassik musiqisindən iştirakçıların çox da tanış olmadığı əsərlər seçilib. Bunlara Bethoven, Çaykovski, Bax, Motsart və Vivaldinin bəstələri daxildir.
Alimlər müşahidə ediblər ki, iştirakçılar musiqi dinləyərkən səs və digər sensor məlumatı emal edən eşitmə qabığı ilə emosiyaları emal edən dövrə arasında qarşılıqlı əlaqə getdikcə daha çox sinxronlaşdırılıb.
Bu sinxronizasiya sayəsində depressiya xəstələrinin simptomlarının yaxşılaşdığı qeyd edilib.
Musiqidən daha çox həzz alan iştirakçılar daha çox inkişaf göstərsələr də, elm adamları təəccüblü bir nəticə də tapıblar: Mahnının tonunun kədərli və ya şən olması depressiya əlamətlərinə heç bir təsir göstərməyib.
İnci
Sfera.az