İnsan keçmiş sevgilisini tamamilə unuda bilərmi? - Maraqlı araşdırma

İnsan keçmiş sevgilisini tamamilə unuda bilərmi? - Maraqlı araşdırma

Bəzi insanlar keçmiş sevgililərini unutmaqda çətinlik çəkirlər. Həmin insanla bağlı xatirələri tez-tez xatırlayırlar.

 

Bəs bir insanı və yaxud hadisəni tamamilə unutmaq mümkündürmü?

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ alimləri tədqiqat aparıblar. Bildirilib ki, sevgi, qorxu kimi vərdişə çevrilmiş fəaliyyətlər beyinin amiqdala adlı hissəsində, görüş, tarixi əşya adları kimi şüurlu şəkildə yaddaqalan məlumatlar isə hipokampusta saxlanılır.

 

“Məlumatlar əvvəlcə yaddaşda qısamüddətli olaraq formalaşır. Bu xatirələr təkrar yaşandıqda və xatırlandıqda isə möhkəmlənir. Beyin xatirələri yalnız bir predmetlə deyil, hadisənin yaşandığı bütün detalları ilə yadda saxlayır. Bu səbəbdən qoxu, görüntü və səs hər hansı bir xatirəmizin tətiklənməsinə səbəb ola bilir. Bir insanı və ya hadisəni tamamilə unutmaq mümkün olmasa da beyinlə bağlı aparılan son tədqiqatlar göstərir ki, müxtəlif üsullarla yaddaşda qalan xatirələri dəyişdirmək mümkündür. Bu üsulladan biri də yaddaşda ilişib qalan detallardan xilas olmaqdır. Sizə nəyisə xatırladan musiqidən, qoxudan və bir sıra detallardan uzaq duraraq xatirələrin gücünü azaltmaq mümkündür. Digər bir üsul isə xatirələri dəyişməkdir. Məsələn, yaddaşda ilişib qalan qırmızı rəngi yaşıl olaraq xatırlamağa başlasaq, qırmızı rəngi zamanla zehindən silmək mümkündür”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...