Yunan və Misir mifologiyasında bürcünüzə görə BU HEYVANSINIZ - Astrologiya ilə bağlı BİLMƏDİKLƏRİNİZ

Yunan və Misir mifologiyasında bürcünüzə görə BU HEYVANSINIZ - Astrologiya ilə bağlı BİLMƏDİKLƏRİNİZ

Bürclər hər zaman insanların maraq dairəsində olub. Bürc proqnozlarına görə həyatını planlaşdıran insanların sayı da az deyil.

 

Bəs bürc anlayışı, ümumiyyətlə astrologiya necə yaranıb?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan astroloq Dinara Axundova bildirib ki, astrologiya bir elm deyil.

 

“Astrologiya böyük bir sistemdir. Qədim sivilizasiyalar səmadakı ulduzların, planetlərin və digər göy cisimlərinin insan həyatına təsir etdiyinə inanırdılar. Bu inam müxtəlif müşahidələr və təcrübələr nəticəsində formalaşıb. Tarixin tozlu səhifələrinə nəzər saldıqda astrologiyanın tarixinin Mesopotamiyaya qədər gedib çıxdığını söyləmək mümkündür. Şumerlərin, assurların və babillilərin inanc olaraq tikdirdikləri məbədlər onların Allaha inandıqlarını göstərir. Şumerlərin mixi yazını kəşf etdikdən sonra lövhələr üzərində çəkdikləri astroloji rəsmlərə və yazılara əsaslanaraq deyə bilərik ki, ilk astroloqlar şumer kahinləri olublar.

 

Astrologiya Mesopotamiya, Misir, Yunanıstan və Roma kimi qədim sivilizasiyalarda böyük rol oynayıb. Bu sivilizasiyalar səma cisimlərinin hərəkətlərini təhlil edərək astroloji proqnozlar verməyə başlayıblar. Göydəki müxtəlif ulduz qrupları və planetlər fərqli bürcləri təmsil etməyə başlayıb. Zamanla astrologiya mədəniyyətlər arasında yayılıb və müxtəlif cəmiyyətlər tərəfindən mənimsənilib.

 

Bürclər isə astrologiyanın kiçik hissəcikləridir. Astrologiya yalnız bürclərdən ibarət deyil. Bürclər müxtəlif ulduz sistemidir. Biz 12 bürcü əsas götürürük”.

 

Astroloq qeyd edib ki, qədim misirlilər Qoç bürcünü “Müqəddəs İt” – Anibus simvolu kimi qəbul edirdilər.

 

“O, ölülər və dirilər dünyasını əlaqələndirən ilahə, həm də mumiya allahı hesab edilirdi. Onlar adət-ənənələrin qoruyucusu, unudulmuş bilik və keçmiş əsrlərə xas xatirələrin bərpa edilməsi vəzifələrini yerinə yetirirdilər.

 

Yunanıstanda bu bürcə sevgi və gözəllik ilahəsi olan Afroditaya həsr olunmuş Göyərçin simvolu uyğun gəlirdi (Əfsanəyə görə, Afrodita saf məhəbbətin kosmik gücünü təmsil edir).

 

Qədim Misirdə Buğa bürcü Pişik simvolu – Bistet kimi qəbul edilirdi.

 

O, sağlamlıq, sevinc və müqəddəs sevgi ilahəsidir. Bistetin himayəsi altında dünyaya gələn hər bir canlı sevir, bununla da sağlamlıq və xoşbəxtlik bəxş edirdi.

 

Yunanıstanda bu bürcə Afrodita ilahəsinə həsr edilmiş Bayquş (insanların himayədarı) simvolu uyğun gəlirdi. Belə hesab olunurdu ki, o, öz himayəsində olanlara ağıl, arzularını həyata keçirmək istəyənlərə qeyri-adi qabiliyyətlər, həmçinin döyüşdə öz idealı uğrunda mübarizə aparanlara cəsarət və məğrurluq bəxş edirdi.

 

Misir rəvayətlərinə görə, Əkizlər bürcü ilə Uacat adını daşıyan simvol ilə üst-üstə düşür.

 

Bu bürc insanı uzaqgörənliyi ilə seçilib.Uacatın himayədarlığı altında doğulanların ali vəzifəsi dünyanı bəd əməllərdən qorumaq və baş verən hadisələrə nəzarət etmək idi.

 

Xərçəng Misir təqvimində ilk bürc idi. O, Hepri allahının müqəddəs heyvanı – Skarabey böcəyi kimi tanınırdı və həyatı yaradan, nuru özündə əks etdirən tanrını təmsil edirdi.

 

Buna görə də onun himayədarlığı altında doğulmaq böyük bir məsuliyyətin altına girmək demək idi. Hepri ayında doğulan insanlara “Həyatın və Həqiqətin Qoruyucuları” kimi baxırdılar. Onların ali vəzifəsi başqalarını mehribanlıq, səxavətlilik və nurlu yol istiqamətinə yönəltməkdən ibarət idi.

 

Yunanlarda bu bürcə Tısbağa simvolu uyğun gəlir. Bu simvol qeyd olunan ilahinin məxfiliyini və sirliliyini bildirir. Hermes öz ayında doğulanlara hadisələrin digər “üzünü” görməyə imkan verən hədsiz intuisiya bəxş edir”.

 

Dinara Axundova diqqətə çatdırıb ki, Misir ənənələrinə görə, Şir bürcünə Ulaq uyğun gəlir.

 

“Ulaq zəhmli və qorxu yaradan əbədilik allahı Setaya ibadət edən müqəddəs heyvan sayılırdı. Hər adam onun xoş münasibətini qazana bilməzdi. Buna görə də onun himayədarlığı altında doğulanlar özünə və ətrafdakı insanlara qarşı həddən artıq tələbkar olmalı idilər. Bu insanlara qayda-qanunun keşikçisi rolu ayrılırdı.

 

Yunanıstanda Şirə hər şeyi qoruyan Zevsə həsr olunmuş Qartal bürcü uyğun gəlirdi. Əfsanəyə görə, o, bütün nemətlərin və bədbəxt hadisələrin baiskarı, insanların və allahların atası hesab olunurdu. Qartal öz ayında doğulanlara mərdlik, məğrurluq, ədalətlilik və hökmranlıq bəxş edirdi.

 

Qədim Misirdə Qız bürcü böyük gücə malik olan Soxnat ilahəsini təsbit edən Şir simvolu ilə təsvir edilirdi.

 

O, dünya quruluşunun və dünyanın düzgün inkişafının qoruyucusu hesab olunurdu. Soxnatın himayədarlığı altında doğulanlar mübahisələri həll edir, qəbul olunmuş qərarların düzgünlüyünü yoxlayırdı.

 

Yunanlar bu bürcü Demetriyə həsr olunmuş Qutu ilə təsvir edirdilər. Demetri adı hərfi tərcümədə “yer” deməkdir. Ona öz balasını (Persefona – təbiət) qoruyan ana, bərəkət verən və ədalətli quruluşu təşkil edən varlıq kimi ibadət edirdilər. Bu ilahənin himayədarlığı altında doğulanlar təsərrüfatçı, təşkilatçı, məsuliyyətli və ədalətli olurlar.

 

Misirlilər tərəzi bürcünü bolluq, uğur və xoşbəxt tale himayədarı Şau tanrısına – Keçiyə bənzədirdilər.

 

Şau uzun ömür və bərəkət bəxş edən, üzümçülüyü qoruyan tanrı hesab olunurdu. Bu tanrının himayədarlığı onun ayında doğulanlara səxavətlilik, təmkinlilik və yüksək maddi durum yaratmaq kimi qabiliyyətlər bəxş edilirdi.

 

Slavyanlarda Tərəzi ayı “Velsen” adlanırdı və bu dövrdə doğulanlara Veles tanrısı himayədarlıq edirdi.

 

 

Qədim Misirdə Əqrəb bürcünün simvolu Xatxor ilahəsinin müqəddəs heyvanı – İnək idi.

 

Xatxor özündə biliyi, müdrikliyi, musiqini və digər sənət növlərini tərənnüm edirdi. Onun himayədarlığı altında doğulanlar qeyri-adi güc və istedada malik olur, həmçinin kosmik harmoniyanın daşıyıcıları hesab olunurdular. Onların başlıca vəzifəsi insanın kainatla əlaqəsinin qorunması idi.

 

Misirlilərdə Oxatan bürcünün simvolu Xora allahının müqəddəs heyvanı – Şahin hesab olunurdu.

 

Xora bütün səviyyələrdə harmoniyanı özündə təsbit edən tanrı idi.

 

Yunanıstanda isə Oxatan bürcünün simvolu ən ulu tanrı Ranın müqəddəs heyvanlarından biri olan – Babuik (meymun) idi. Bu bürcün insanları yüksək dəqiqlik gücü ilə fərqlənirdilər. Buna görə də onlara sərrastlıq, ali müdriklik və yüksək dəqiqlik tələb edən işlərin yerinə yetirilməsi tapşırılırdı.

 

Qədim Misirdə Dolça bürcünə Ulu Ranın ürəyi hesab olunan Tota allahına xidmət edən müqəddəs quşun – İbisin simvolu uyğun gəlirdi.

 

Onun himayədarlığı altında doğulanlar bütün Yer proseslərinin mahiyyətinin və məntiqinin başa düşülməsinə dair xüsusi bacarığa malik idilər. Bu bürcün nümayəndələri köhnəyə son qoyan, yeniliyə təkan verən qüvvələrdir.

 

Qədim Misirdə Balıqlar bürcü Timsah simvolu ilə səciyyələndirilirdi.

 

Onlarda balıq təmiz heyvan hesab olunmasa da, allah Sebekanın müqəddəs təmsilçisi idi. Onun himayədarlığı altında doğulanlara sirli hökmranlıq, sirli təsiretmə qabiliyyəti bəxş edilirdi. Bu bürcün ən yaxşı nümayəndələri iti zəkalı, dərin bilikli insanlar idilər. Onlar qədim müdrikliyin qoruyucuları, müqəddəs mərasimlərin təşkilatçıları və yaradıcıları olurdular”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Trampa dəstək üçün köynəyini cırdı - VİDEO

Güləş əfsanəsi Hulk Hoqan iyulun 18-də Viskonsin ştatının Milwaukee şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləmək üçün Respublikaçılar Partiya...

Dünyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə meşədən çıxdı: Onları buna nə vadar etdi?

Amazonunun yağışlı meşələri ilə zəngin olan Peru planetin ən təcrid olunmuş yerli qəbiləsinin məskənidir. Bu icmanın üzvləri əvvəllər evlərini tərk etmirdilər, ...

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Tayvan liseylərindən birinə aqressiv meymun sürüsü basqın edib. Onlar anomal istidən qaçaraq, həm də yemək axtarıblar. Sfera.az bildirir ki, meymun sürüsü ...

ABŞ-da səmada naməlum işıq parıltısından sonra qəribə vibrasiyalar müşahidə edilib

Nyu-Yorklular səmada güclü işıq çaxması və bunun ardınca ayaqlarının altında qəribə titrəyişlər hiss ediblər. Sfera.az bildirir ki, məlumata görə, meteor b...

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır - FOTO

Kim Kardaşyan keçmiş əri, reper Kanye Uestdən olan oğullarından birinin nadir dəri xəstəliyindən əziyyət çəkdiyini deyib. Sfera.az bildirir ki, Kim Karda...

Kəlbəcərdə mina partlayışlarında 3 nəfər yaralandı - YENİLƏNDİ

19:00   Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov ra...