Bu estetik əməliyyat kişilər arasında geniş yayılıb - Qiyməti isə...

Bu estetik əməliyyat kişilər arasında geniş yayılıb - Qiyməti isə...

Qəmzəli insanlara çoxumuz həsəd aparırıq və qəmzə yaratmaq üçün həll yolları axtarırıq. Alimlər dünyada yalnız 20 faiz insanda olan təbii qəmzəni üz əzələlərinin qısa olması səbəbindən yaranan bir problem kimi qiymətləndirir. Bir çox insanlar bunu gözəllik və cəzbedicilik əlaməti olaraq görürlər.

 

Mütəxəssislər qəmzələr irsi xarakterli olduğunu və əsasən, atadan ötürüldüyünü bildirirlər. Amma bəzi insanlar müxtəlif üsullarla, makiyajla və əzələ məşqləri ilə qəmzə yaratmağa çalışırlar.

 

İnsanların süni qəmzə yaratma cəhdlərinə tarixdə də rast gəlinir.

 

1936-ci ildə İzabel Gilbert bunun üçün sadə mexanizmli alət yaradıb. Onun icadı bir-birinə yayla bağlanan 2 düymədən ibarət olub. Daha sonra həmin alətin xərçəngə səbəb olduğu əsas gətirilərək satışı qadağan edilib.

 

Son zamanlar isə qalıcı qəmzə yaratmaq üçün süni qəmzə əməliyyatı edilir. Yeni trend olan qəmzə əməliyyatı isə yalnız qadınlar arasında deyil, kişilər arasında da geniş yayılıb.

 

Avropa ölkələrində 1500 dollara başa gələn bu əməliyyata təkcə qəmzəsizlər deyil, yaşlanma, kökəlmə və s. səbəblərdən qəmzələrini itirən insanlar da müraciət edirlər. Bu əməliyyat zamanı pasientin yanağında 1-2 sm-lik bir kəsik edilir və yanaq əzələsinin bir hissəsi çıxarılaraq süni çuxur yaradılır.

 

Nəticədə insanlar estetik görünüş əldə etdiklərini düşünürlər.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...