Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət etmək üçün bir-birinə baş yelləyirlər. 

 

Sfera.az bildirir ki, tədqiqatçılar vəhşi heyvanlarda birgə diqqət fenomenini ilk dəfədir sənədləşdirirlər.

 

 Alimlər heyvanların davranışlarını koordinasiya etmək üçün istifadə etdikləri siqnalların ilk nümunəsini kəşf etdiklərini bildirirlər.

 

Bir qrup heyvanın diqqəti ətrafdakı ümumi məqsədə və ya obyektə cəmləmə qabiliyyəti birgə diqqət kimi tanınır. Bu qabiliyyət insanlarda əməkdaşlıq üçün açardır, lakin vəhşi heyvanlarda nadir hallarda tədqiq edilmişdir.


Prinston Universitetinin əməkdaşı Severin Hex savanna zebralarında bu maraqlı davranışı ilk müşahidə edən şəxs olub. Heyvanlar başlarının və boyunlarının təkrarlanan yuxarı və aşağı hərəkətlərini nümayiş etdirirlər. Alim bu hərəkətlərin digər zebralara siqnal ola biləcəyi ilə maraqlanıb.

 

Tədqiqatçı həmkarı Daniel Rubinstein ilə Keniyadakı qoruqda 112 zebradan ibarət sürü tədqiq edib. Alimlər zebralardan birinin başını tərpətməyə başladığı, qalanlarının isə onun hərəkətlərinə reaksiya verdiyi hər bir hadisəni qeydə alıblar.

 

Ümumilikdə heyvanların müşahidələri 290 saat davam edib. Bu müddət ərzində 164 baş silkələnməsi qeydə alınıb. Əlavə statistik təhlillər təsdiqləyib ki, zebralar öz növünün digər üzvləri yaxınlıqda olduqda xüsusi olaraq başlarını tərpədiblər. Bu jest 70% hallarda tamaşaçıların reaksiyasına səbəb olub və bütün reaksiyalar səmimi olub. Hərəkətə cavab verən heyvan tez-tez başını geri atıb, sanki cavab verir.


Tədqiqatçılar "Heyvanlardan biri başını yelləyib yoluna davam etsə, cavab verən zebra da arxasınca düşəcək. Digər hallarda isə hər iki zebra bir-birinə qulluq etmək üçün eyni vəziyyətdə qalacaqdı"deyir.

 

Hər dəfə digər zebralar tərəfindən məhəl qoyulmadıqda, halların üçdə birində birinci heyvan təxminən 30 dəqiqə ərzində yenidən başını tərpədib.

 

"Bu siqnalın aşkarlanmasının vacibliyi ondan ibarətdir ki, indiyə qədər biz ilk növbədə primatlar və ev heyvanlarında birgə diqqət axtarmışıq. Amma indi biz bu ünsiyyət növünün əslində geniş yayıldığını kəşf edirik"- deyə Hex vurğulayır.


O əlavə edir ki, kəşf heyvanlar arasında mürəkkəb sosial davranışın təkamülü üçün böyük əhəmiyyətə malikdir.

 

İtaliyanın Piza Universitetinin əməkdaşı Elisabetta Palagginin dediyinə görə, xallı heyvanlarda (leopard, bəbir və s.) da oxşar baş silkələmə siqnalı var. Onların balaları öz qohumlarını oynamağa dəvət etmək üçün özünəməxsus baş əymələrindən istifadə edirlər. Bu, həm də aslanların əsnəməsinə bənzəyir, qrup üzvləri buna əsnəklərlə cavab verirlər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...