Laləli Ağgöl Milli Parkından REPORTAJ - FOTOLAR

Laləli Ağgöl Milli Parkından REPORTAJ - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ağgöl Milli Parkına mediatur təşkil olunub. Jurnalistlər Milli Parkın ərazisində olaraq bu təbiət incisinin ekosistemi və canlı təbiətlə yaxından tanış olublar.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Sfera.az-a açıqlamasında bildirib ki, Ağgöl Milli Parkı 2003-cü ildə təsis edilib.

 

“Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur su-bataqlıq ekosistemi olub, köçəri və yerli nadir quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Bu parkın yaradılmasının əsas məqsədi bu əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, eləcə də ətraf mühitin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Eyni zamanda, Ağgöl Milli Parkında “Qırmızı Kitab”a düşmüş ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir.

 

 

Ümumilikdə, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayğı zamanı parkda 87 baş ceyran qeydə alınıb”.

 

 

Arzu Babayeva qeyd edib ki, sentyabr ayından fevral ayına qədər burada quşların kütləvi miqrasiyası baş tutur.

 

“Ağgöl Milli Parkında quşlardan mərməri ördək, turac, bəgək, qara leylək, böyük və kiçik qarabattaq, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz və qırmızıdöş) məskunlaşıb”.

 

 

Arzu Babayevanın sözlərinə görə, Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir:

 

“Bu proses aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir. Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən, əsasən, duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. geniş yayılıb. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılıb.

 

Ülkər Abdurahmanlı

Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

Pul, sevgi, tanışlıq - Bürcləri bu gün nə gözləyir?

Pluton bu gün stasionar vəziyyətdən çıxaraq retrograd hərəkətinə başlayır. Onun intensiv və mürəkkəb enerjisi güclü şəkildə hiss olunur. Bu retrograd hərəkət 13...

Bakıda yeni hava limanı tikilir - Bu ünvanda

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.   Sfera.az xəbər verir ki, bu sözləri  Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) S...

Tramp yeni təhlükəsizlik müşaviri seçəcək

ABŞ Prezidenti Donald Tramp altı ay ərzində yeni milli təhlükəsizlik müşaviri təyin etməyi planlaşdırdığını bildirib.   Sfera.az  “İnterfa...

Netanyahunun Azərbaycan səfəri nə üçün təxirə salındı? - "Türkiyənin icazəsi..."

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Rəsmi izahatda əsas səbəb kimi Qə...

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 14:00-dan...

Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat ve...

Siqaret çəkməyənlərə əlavə istirahət VERİLƏCƏK?

Bütün siqaret qutularının üzərində yazılıb: “Siqaret sağlamlığınız üçün təhlükəlidir”. Lakin heç bir aludəçi siqaretin üstündəki bu xəbərdarlığ...