Ofisdə qeybət qırmağın mənfi və müsbət tərəfləri - Alimlərin ARAŞDIRMASI

Ofisdə qeybət qırmağın mənfi və müsbət tərəfləri - Alimlərin ARAŞDIRMASI

Oklend Texnologiya Universitetinin Yeni Zelandiyadan olan alimləri müəyyən ediblər ki, ofis dedi-qoduları iş yerində həm dost, həm də düşmən tapmağa kömək edə bilər. 

 

Sfera.az xəbər verir ki, sözügedən araşdırma "The Conversation" elmi portalında dərc olunub.

 

Müəlliflər qeyd ediblər ki, həmkarları otaqda yox ikən onları müzakirə etməyi sevən insanlar adətən tənqid edilib qınansalar da, bu qeybət fərqli nəticələri də ortaya qoyur.

 

Mütəxəssislər qeybətin üç əsas aspektini müəyyən ediblər: xidmət, reputasiya və qiymətləndirmə.

 

Birincisi, bu cür söhbətləri vacib və ya maraqlı məlumat mübadiləsi xidməti hesab edir.

 

İkincisi, sözügedən şəxsin reputasiyası ilə bağlıdır.

 

Üçüncüsü isə qeybətin öz hədəfi haqqında müsbət və ya mənfi məlumat ötürdüyünü müəyyən edir.

 

Tədqiqatçılar yazılı testlərdən və sonrakı müsahibələrdən istifadə edərək kommersiya şirkətlərinin bir sıra əməkdaşları arasında sorğu keçiriblər. Nəticələrin də göstərdiyi kimi, şayiələrin qavranılmasında bu şayiələri yayan şəxsin niyyətlərinin təfsiri həlledici rol oynayır.

 

Sadə dillə desək, şayiələri alan şəxs qarşı tərəfin motivlərinin səmimi və etibarlı olduğuna inanırsa, bu, yeni dostluqlar qurmaq və ya köhnə dostluqları canlandırmaq şansı verir. Əksinə, qeybətçinin motivləri eqoist görünürsə, bu, çox güman ki, komandada ona olan münasibəti korlayır.

 

Həmçinin məlum olub ki, dedi-qoduların məzmununu müsbət və ya mənfi kimi qiymətləndirmək onun nəticəsinə daha az təsir göstərir. Bu o deməkdir ki, əgər həmsöhbət həmkarı haqqında neqativ, lakin vacib məlumatları (məsələn, onun pis xasiyyəti və davranışı haqqında) səmimi şəkildə danışırsa, bu ona etibarı artırır.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...