Cinsi kölə kimi yaşamağa məcbur edilən qadının mübarizə hekayəsi - FOTOLAR

Cinsi kölə kimi yaşamağa məcbur edilən qadının mübarizə hekayəsi - FOTOLAR

Cənubi Koreyanın Seul şəhərindən olan Kim Bok-Dong İkinci Dünya Müharibəsi zamanı Yaponiya ordusunun seks köləsi kimi işlətdiyi minlərlə qadının çəkdiyi əzablara beynəlxalq diqqəti cəlb edən əsas fiqur idi. O, 92 yaşında dünyasını dəyişib.


Kim xərçəngdən əziyyət çəkirdi. 

 

Sfera.az bildirir ki, yapon fahişəxanalarında işləməyə məcbur edilən Kim cənubi koreyalı qadınların səsi idi. O, mediada tez-tez çıxış edirdi.
90-cı illərin əvvəllərindən bəri Kim əvvəllər cinsi kölə kimi işləyən qadınları təmsil edirdi. 

 

 

 

Kim onilliklər boyu davam edən sükutu pozan və ona edilənlər haqqında danışan ilk insanlardan biri olub. Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, öz təcrübələrini danışmaq və bölüşmək üçün dünyanı gəzib.


O, son günlərini Yaponiyada keçirmək istəyirdi. Jurnalistlər onu xəstəxanada ziyarət edərkən o, baş nazir Şinzo Abe hökumətini baş verənləri kompensasiya etməməkdə günahlandırıb. Bəlkə də, ən acınacaqlısı ondan tək bir üzrün belə istənilməməsi idi. 


Bir çox tarixçi qeyd edir ki, müharibə zamanı həm Koreya, həm də digər Asiya ölkələrindən olan 200 mindən çox gənc qadın cinsi kölə olmağa məcbur olub. Bu səbəbdən Kim ölməzdən əvvəl dediyi tək şeyin Yaponiya hökumətinə lənət oxumaq olub.

 

 

Təbii ki, Kimin ölümü xüsusilə Cənubi Koreyada böyük reaksiyaya səbəb olub. Baş nazir Moon Jaein hətta onun haqqında "O, bizə həqiqətlə üzləşməyə kömək etdi" deyib.


Kim 1926-cı il aprelin 19-da Koreyada kiçik bir kənd olan Yanqsanda anadan olub. Ailədə altı qızın dördüncüsü idi.


Yaponiya o vaxt Koreyanı idarə edirdi. Koreya hələ Şimal və Cənuba bölünməmişdi.

 

Kimin 14 yaşı tamam olanda Yaponiya Çinlə müharibəyə başlamışdı. O, Yaponiya hökuməti tərəfindən hərbi xidmətə çağırılıb. Ona geyim fabrikində işləyəcəyi deyilib. İmtina edərsə, ailəsi əziyyət çəkəcəkdi.


Ancaq təəssüf ki, bunun əvəzinə 1945-ci ildə İkinci Dünya Müharibəsinin sonuna qədər Çində hərbi fahişəxanalarda işləməyə məcbur olub. Daha sonra Honq Konq, Malayziya, İndoneziya və Sinqapurda əsgərlərlə cinsi əlaqədə olmağa məcbur edilib.


"Həftə içi gündə 15 əsgərin yanında olurdum. Şənbə və bazar günləri bu rəqəm 50-yə çatırdı. Orada bizimlə heyvanlardan da pis rəftar edirdilər".

 

Kim müharibədən sonra Cənubi Koreyaya qayıdanda, bir çox seks kölələri kimi, illər boyu böyük utancla yaşadı.


1991-ci ilə qədər susqunluğunu saxlayan Kim Cənubi Koreyanın hərbi diktaturadan demokratiyaya keçməyə başlaması ilə tədricən bu səssizliyini pozmağa başladı.


Elə həmin il Kim Hak-Sun adlı bir qadın ilk dəfə yaşadıqlarından danışdı. Eyni şəkildə, 1992-ci ildə Kim başına gələn hər şeyi cəmiyyətlə bölüşməyə başladı.
Qadınların bir çoxu Yaponiya səfirliyi qarşısında və Seulun bir çox yerində önə çıxmağa, yaşadıqlarından danışmağa, nümayişlər keçirməyə başladılar.


Əvvəlcə bu məsələ ört-basdır etməyə cəhdlər edildi.


Daha sonra, 1992-ci ildə Kim və Yoon tanış olduqda, Kim özünü daha sərbəst ifadə etməyə başladı. O, ömrü boyunca nə evləndi, nə də uşaqları oldu.


“Həyatımda heç vaxt sevgi yaşamamışam”-deyən Kim qadın hüquqları uğrunda ən açıq və israrlı fəallardan birinə çevrildi. Zaman keçdikcə isə Cənubi Koreyada geniş dəstək qazanmağa başladı.


O, 1910-cu ildən 1945-ci ilə qədər Yaponiyanın müstəmləkəçiliyi altında olan ölkənin çəkdiyi əzabların emosional və dərin simvolu oldu.
Onun sayəsində daha 239 qadın öz təcrübələrini danışa bildi. Bu qadınlardan yalnız 23-ü sağ idi. Çoxlarının yaşı 90-dan çox olub.


Lakin Yaponiya hökuməti bu hadisələrə görə nə qadınların tələblərini qəbul edir, nə də üzr istəyir.

 

Hökumət hətta müstəmləkəçilik dövründən irəli gələn bütün bu iddialardan sonra Yaponiyanın Cənubi Koreyaya 300 milyon dollar yardım etdiyini və 1965-ci ildə məsələnin həll olunduğunu iddia edir.


2005-ci ildə Cənubi Koreya hökuməti müharibə zamanı cinsi köləliyin “insanlığa qarşı qeyri-qanuni cinayət” olduğunu bildirdikdə qadınlar bir qədər rahatladılar.

 

 

Ölkənin ali məhkəməsi keçən oktyabr ayında Yaponiya şirkətlərinə müharibə zamanı məcburi əməyə görə kompensasiya verməyi əmr edib. Təbii ki, bütün bunlar kifayət deyil...


Abe hökuməti ilə Cənubi Koreya prezidenti arasında 2015-ci ildə əldə edilmiş razılaşmaya əsasən, “yekun və geri dönməz” həll prosesi əldə olunsa da, bu, Kim də daxil olmaqla, bu qadınların əksəriyyətinin ölümündən sonra baş verib.


Müqaviləyə əsasən, Yaponiya bu qadınlardan üzr istəyəcək, onlara çəkdirdiyi bütün ağrılara görə məsuliyyəti öz üzərinə götürəcək və bütün bu qadınlar üçün yaradılan dərnəyə 9 milyon dollar ödəyəcək.

 

 

Lakin Kim və digər sağ qalan qadınlar bu müqavilənin rəsmi təzminat və Yaponiyanın qanuni məsuliyyət bəyannaməsi olmadığını iddia ediblər.


Kim bütün əmanətlərini və Yaponiya tərəfindən ödəniləcək kompensasiyanı cinsi zorakılığa məruz qalan qadınlar üçün təsis etdiyi fonda qoyub.


"İllərlə davam edən mübarizəmiz pul üçün deyil. Biz yalnız Yaponiyadan səmimi üzr istəməsini və ləyaqətimizi bərpa etməyə kömək edəcək təzminat istəyirik".

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...