14 martda doğulan və ölən MƏŞHURLAR - ARAŞDIRMA

14 martda doğulan və ölən MƏŞHURLAR - ARAŞDIRMA

Bu gün görkəmli fizik, nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteynin doğum günüdür. 

 

Sfera.az xəbər verir ki, o, 1879-cu ildə Almaniyada dünyaya gəlib. 

 

1911-ci ildə Praqa Universitetində fizika professoru olub. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib Amerikaya köçür və Prinston Universitetində professor kimi çalışmağa başlayır. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.

 

1945-ci ildə Ruzveltə yazdığı məktubunda nüvə silahını düzəldə biləcəyi baradə xəbər verir. Xirosima və Naqasaki faciəsindən sonra bu ixtirasından böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom Bombası Albert Eynşteynə, Avropa ve Amerikadakı bir çox universitetlərdən fizika və tibb sahələrində doktorluq dərəcəsini almağa haqq qazandırır. 1921-ci ildə fizika sahəsində fotoeffekt ilə bağlı işlərinə görə Nobel mükafatına layiq görülür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında  xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatlar, kapilyar hərəkət, kritik opalesensiya, statik mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Eynşteyn bununla Foton nəzəriyyəsinin əsasını qoyur), süni (və ya həyəcanlaşdırılmış) şüalanma da daxil olmaqla radiasiya nəzəriyyəsi, eynicinsli sahə nəzəriyyəsi və digər elmi tədqiqat işlərini göstərmək olar.

 

Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.

 

Qeyd edək ki, bu gün ötən əsrin böyük bir hissəsində öz dərin izlərini buraxan kommunizmin ideya müəlliflərindən biri olan Karl Marksın da vəfat etdiyi gündür. O, 1883-cü il martın 14-də Londonda dünyasını dəyişib və Hayqeyt qəbiristanlığında dəfn edilib.

 

Eyni zamanda, müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri olan Stiven Uilyam Hokinq 2018-ci ilin bu günü Kembricdə dünyasını dəyişib.Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edib. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti qazandırıb.


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR