Gündə neçə stəkan çay içmək FAYDALIDIR? - Maraqlı araşdırma

Gündə neçə stəkan çay içmək FAYDALIDIR? - Maraqlı araşdırma

Yediyimiz qidaların bəziləri daha uzun və sağlam yaşamağımıza səbəb olur. Alimlərin fikrincə, çay qocalmanı ləngidən qidalardan biridir.

 

Sfera.az xəbər verir ki, bu barədə Çin tədqiqatçıları araşdırma aparıblar. Heyvanlar üzərində aparılan təcrübələr nəticəsində çayın tərkibindəki polifenollar adlanan bitki mənşəli birləşmələrin qurdların, milçəklərin və siçanların ömrünü uzatdığı sübut olunub.

 

Çinin Siçuan Universitetinin tədqiqatçıları yaşları 30-79 arası olan təxminən 14 min iştirakçının məlumatlarından istifadə edərək, çay istehlakı ilə uzunömürlülük arasındakı əlaqəni araşdırıblar. İştirakçılardan gündə neçə stəkan çay içdikləri soruşulub və ümumi sayı qocalmanın bioloji göstəriciləri baxımından nəzərə alınıb.

 

Bu məlumatlardan belə bir nəticə ortaya çıxıb:

 

Orta miqdarda çay içən insanlar daha gec qocalır. Çay bitkisi polifenollar və antioksidantlarla zəngindir ki, bu da iltihabın azaldılmasında və hüceyrə dövriyyəsinin artırılmasında rol oynayır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR