Ərindən gizli başqa kişidən əkiz dünyaya gətirdi, 7 il sonra... - \"Sən heç uşaqların atası da deyilsən\" + TƏFƏRRÜAT

Ərindən gizli başqa kişidən əkiz dünyaya gətirdi, 7 il sonra... - \

“Övladı olmayanların süni mayalanmaya əl atması halları artır”.

 

Sfera.az bildirir ki, bunu, hüquqşünas Əkrəm Həsənov deyib. O, bu sahədə müəyyən aldadılma hallarının olduğunu vurğulayıb:

 

“Həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə, hüceyrələr donorlara məxsusdur?”.

 

Ə.Həsənov bununla bağlı məhkəmə nümunəsi də paylaşıb. O, işin təfərrüatlarının Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunduğunu vurğulayıb:

 

“Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övlad dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən, amma aliment tələb edib və alıb da.. Sən demə, kişi tam sonsuzdur. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər. Kişi məhkəməyə müraciət edərək atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər. Yəni kişi uşaqların atası kimi qalıb və aliment ödəməyə məcbur edilib. Bu zaman Ali Məhkəmə iki arqument gətirib.

 

Birincisi, şəxs bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini sübut etməlidir.

 

İkincisi, kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi. Bu arqumentlər, əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika sövdələşərək kişini aldadıblar”.

 

Vəkil süni mayalanmaya müraciət etmək istəyənlərə xəbərdarlıq edib:

 

“Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaqlıq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu, kişilərə aiddir. Çünki bicbalaların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindirir. Bildiyimə görə digər oxşar məhkəmə işləri də var!”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...