Mafiya ilə əlaqələrinə görə həyatı faciəvi sonluqla bitən müğənni - FOTOLAR

Mafiya ilə əlaqələrinə görə həyatı faciəvi sonluqla bitən müğənni - FOTOLAR

Bir zamanlar möhtəşəm səsi ilə bütün arabesk sevənlərin qəlblərini ovsunlayan Esengülün hekayəsini olduqca kədərli və faciəlidir.

 

Sfera.az mafiya əlaqələrinə görə həyatı faciəvi sonluqla bitən müğənni haqqında yazı təqdim edir. Onun ulduz həyatı 16 yaşında başlayıb 25 yaşında bitib. 

 

 

Bu səsyazısı ilə məşhurlaşan Esengül, gömrük işçisi olan əri Orxan Akçınarın dəstəyi ilə səhnəyə çıxmağa başlayıb. Esengülün musiqi biliyi var idi, ilk təhsilini anasından, sonra isə bir çox musiqiçilərdən almışdı.

 

Hələ 16 yaşında ikən “Lunapark Casino”da Emel Sayının bek-vokallarında görünməyə başlayan Esengül, oradan ayrılan kimi başqa bir kazinodan təklif alır və “Bebek Casino”da baş rol oyunçusu kimi səhnəni sözün əsl mənasında silkələməyə başlayır.

Bu gənc, gözəl və şən qadın dövrünün ən məşhur adlarından biri idi. Elə bir kazino yox idi ki, onun arxasınca getməsin.

 

Esengülün yüksəlişi də çox sürətli oldu. O, həyatını çox sürətlə yaşayan qadın idi. Bu, sevgi həyatına da aid idi.

 

Birinci əri Orxan Akçınardan boşanıb, daha sonra Adnan Şenseslə imam nikahı olub. Adnan Şensesdən sonra futbolçu Tayfun Kalkavanla eşq macərası yaşayıb.

Çox güman ki, Esengül 1979-cu ildə kazinoda bir səhnə zamanı ölümünə səbəb olan hadisənin başlanğıcını yaşayıb. Sənətçini izləməyə gələnlər arasında məşhur mafiya adamı Oflu İsmayıl Hacısüleymanoğlu da olub.

 

Esengüldən mahnı oxumasını istəyən Hacısüleymanoğlu, Esengüldən “Repetuarımda bu mahnı yoxdur” cavabını alıb. Hacısüleymanoğlu silahını çıxararaq, 2 nəfəri öldürüb.

 

Şayiələrə görə, Esengül həm Oflu İsmail, həm də kazino sahibi ilə münasibət qurub. Bu sirr açıldıqdan sonra məhz bu hadisə baş verib.

 

Qəzetlər hadisə ilə bağlı “Bir mahnıya görə iki can alındı” başlığı ilə yazsalar da, o zaman vəziyyətin təkcə mahnıya aid olmadığı məlum idi. Oflu İsmayıl yeni bir agentlik qurmuşdu, kazino sahibi isə Esengülü yeni agentliyə vermək istəmirdi.

Bir çox cinayətlərə görə də mühakimə olunan Oflu İsmayıl bu hadisədən sonra xaricə qaçıb və 36 il həbs cəzası alıb.

 

Esengül silahlı hücumdan 20 gün sonra yenə xəbərlərdə göründü, ancaq bu dəfə ölüm xəbəri ilə. Sənətçi qardaşı və dostları ilə yol qəzasında 25 yaşında ikən dünyasını dəyişib.

 

Yaxınları bu qəzanın sıradan bir yol qəzası olmadığını və Esengülün öldürüldüyünü bildiriblər.

 

Ölümündən illər sonra, qəza ilə bağlı dövlət hesabatında bunun “mafiya tərəfindən yol qəzası kimi maskalanan bir qətl" olduğu qeyd edilib.

Esengülün yeraltı dünyası ilə əlaqədə olduğu, hətta bir vaxtlar polis tərəfindən də izlənildiyi bildirilirdi.

 

Hətta şaiyələrdən birinə görə, Esengül əslində ölməmişdi və xilas olmaq üçün “yol qəzasında öldü” bildirilərək, xaricə qaçırılmışdı.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...