Anasından qisas almaq üçün qadınları öldürən qatil

Anasından qisas almaq üçün qadınları öldürən qatil

13 ay Nyu-Yorkda terror törədən və qurbanlarını təsadüfi qadınlar arasından seçən qatil bütün bunları sadəcə bir sekta üçün edib, yoxsa onu atan anasından qisas alıb?

Sfera.az “Netflixədə yayımlanan “Mindhunter” serialına mövzu olan bu qan donduran həyat hekayəsinin təfərrüatlarını təqdim edir.


1976-cı il, yer Nyu York... Bronksda iki qadın maşınında oturub söhbət edir...

 



Bu zaman kimsə peyda olur və heç bir səbəb olmadan onların maşınına atəş açmağa başlayır. Qadınlardan biri həyatını itirir, digəri ondan daha şanslı olub, yaralanmaqla canını qurtarır.

Bu görən və eşidən hər kəsə səbəbsiz hücum kimi görünsə də, hər şey elə məhz bu hadisə ilə başlayır. 1976-cı ilin iyul ayından başlayaraq, bir il ardıcıl Nyu-Yorkda qadınları və narahat insanları hədəf alan çoxsaylı hücumlar... Hamısının səbəbkarı isə “Son of Sam”dir.


Özünü Semin Oğlu adlandıran David Berkowitz uşaq ikən anası tərəfindən tərk edilmiş və ətrafındakılara görə "qəribə" bir xarakter idi.

Davranışı və paranoya ilə dolu təbiəti onu həm tənhalaşdırır, həm də cəmiyyətdən təcrid edirdi. Girdiyi heç bir mühitə öyrəşə bilməməsi, ögey anasının ölümü onun kompleks zehnini formalaşdıran səbəblərdən biri idi.


Berkowitz həm onu ​​tərk edən anasına, həm də dünyasını dəyişən ögey anasına nifrətlə böyümüşdü. Bu nifrəti qadınlara da əks etdirməkdən çəkinmirdi.
Yaranan nifrət onun qadınlarla yola getməsini qeyri-mümkün etmişdi. Məhz buna görə onun sevgilisi belə olmayıb.




Hərbi xidmətdə olduğu müddətdə fahişələrlə birlikdə olmağı seçib və onlardan süzənək xəstəliyinə yoluxması qadınlara nifrətini daha da artırıb. Amma bütün bunlar qatil olmaq üçün mənasız bəhanələr idi, o, mahiyyətcə qeyri-sabit psixologiyaya malik bir personaj idi. Yaşadıqlarına görə qurbanlarını qadınlardan seçirdi.
 

Əslində onun diqqət aclığı bu dəhşətli hadisələrdən əvvəl də özünü büruzə vermişdi.

Berkowitz insanları narahat etmək üçün Nyu Yorkda yanğınlar törədirdi və o, hamısında qeyd qoymaqla, 1500-ə yaxın yanğın törətmişdi.


Qavrayışı o qədər təhrif edilmişdi ki, o, yalnız bu cür fəlakətlər yaratmaqla insanların diqqətini özünə cəlb edə biləcəyini düşünürdü.

O, bu maneələri dəf etmək əvəzinə, bəşəriyyətin ona qarşı qəddar bir sui-qəsd qurduğuna inanmağa üstünlük verirdi. İlk qurbanlarını da Bronksda təsadüfi seçmişdi.

"Əsəbləşəndə ​​rahatlamaq üçün hər dəfə birini öldürməli olurdum"
 

Bu qan donduran etirafda caniliyin və qəddarlığın dərəcəsini görə bilərsinizmi?

Burda təkcə vəhşilik yox, Berkowitzdə başqa qatillərdə olmayan bir şey də var idi. O, həmin insanlara işgəncə vermir, yaxud da onları müəyyən səbəblərə görə seçmirdi. Hadisədən əvvəl sadə bir müşahidə apararaq, seçdiyi insanları kütləvi şəkildə qətlə yetirirdi. Sonrakı illərdə o, nədənsə hadisədən sonra polisin cəsədlərə baxmasını izləməkdən həzz aldığını da paylaşıb.


İlk qeydə alınan hadisədən sonra o, daha 4 nəfəri öldürüb, 7 nəfəri isə ağır yaralayıb.

O, əsasən qadınları və cütlükləri seçirdi və qəzəbli anlarda 44 kalibrli Bulldog model silahını çəkib, bütün güllələri günahsız insanlara boşaldıb uzaqlaşırdı. O, silahına görə 44 kalibrli qatil kimi tanınıb. Onun əsl ləqəbi, yuxarıda qeyd etdiyimiz kimi, “Samın oğlu” (Sem) idi.
 

Bəs bu Sem kim idi? Qətl törətdikdən sonra hadisə yerində qoyub getdiyi bir qeyddə o yazırdı: "Mən Semin oğluyam və balaca oğlanam". Halbuki nə onun həyatında, nə də ətrafında Sem adında biri olmayıb.

 

Həbs edildikdən sonra Semin kimliyi məlum olacaqdı...

Berkowitzin sözlərinə görə, ona bütün bu günahsız insanları öldürməyi əmr edən şəxs Sem adlı qonşusu olub. Bu əmrləri ona iti vasitəsilə çatdırırdı və özü də şeytan idi. Yəni, “Berkowitzin heç bir günahı yox idi”.


Onun təsvir etdiyi bu ssenaridən sonra məhkəmə onun psixi vəziyyətinin yoxlanılmasını əmr etdi. Nəticəyə görə isə Berkowitzin beynində anormal heç nə yox idi. O, günahkar idi.


Özünü saxlaya bilmədiyi bu dəhşətli ildə kiminsə onu tutmasını istəyirdi və polisə qoyduğu qeydlər də buna işarə idi.

O, qarşısını almaq istəsə də, içindəki qatili dayandıra bilmədi. Məhkəməsi davam edərkən onun şərti azadlığa buraxılması gündəmə gələndə:



"Mən yaxşı insan deyiləm və buna layiq deyiləm"ifadəsi Semin həqiqətən ona əmr verib-vermədiyi ilə bağlı suallar yaratmağa başladı, lakin heç nə çıxmadı.

 



Hər hansısa bir sekta onun psixoloji problemlərindən istifadə etdi, yoxsa Berkowitz həqiqətən sirr üçün yer qoymayan qatı bir qatil idi? Bu suallara hələ də cavab tapılmayıb.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...