Qalaktikada yeni tip ulduz kəşf olundu

Qalaktikada yeni tip ulduz kəşf olundu

Böyük Britaniya, Braziliya, Çili, Almaniya, Cənubi Koreya və İtaliyadan olan astronomlar tez-tez püskürmələr müşahidə olunan protoulduzların tədqiqatı çərçivəsində Çilidəki Vista və VLT teleskopunda 222 ulduzun müşahidəsini apararaq, bir cəhddə 32 belə protoulduz aşkar ediblər.

 

Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Bildirilib ki, müşahidə olunan fərqli obyektlər bu nəticəni kölgədə qoyub. 10 il ərzində davamlı izlənən ulduzlardan 21 qırmızı nəhəng ulduzun parlaqlığının spesifik dəyişkənliyi aşkar olunub. Bu ulduzlar Yerdən 30 000 işıq ili məsafədə yerləşir və saylarının daha çox olduğu güman olunur.

 

Tədqiqat işinin müəlliflərindən olan Filip Lukasın sözlərinə görə, heç bir aktivlik göstərməyən bu ulduzların parlaqlığı anidən 40-100 dəfə zəifləyir. Onları hətta infraqırmızı diapazonda belə qeyd etmək çox çətin olur. Bir neçə ildən sonra isə onlar əvvəlki parlaqlığa qayıdırlar.

 

Fərz olunur ki, “qatı duman”a bənzər maddə atılmaları bu ulduzların ətrafında ”bulud” yaradaraq parlaqlığını zəiflədir. Prosesin mexanizmi isə hələki aydın deyil. Hal-hazırda məlum olan qalaktikanın bu bölgəsində ağır elementlərin miqdarının daha çox olmasıdır ki, bu da ulduzların atmosferində daha çox toz yaradır. Əgər mülahizələr özünü doğruldarsa, belə qənətə gəlmək olar ki, bu ulduzlar bizim qalaktikada və ondan kənarda fəzanın ağır elementlərlə zənginləşdirilməsində çox mühüm rol oynayırlar. Qeyd edək ki, tədqiqat işi "Monthly Notices of the Royal Astronomical Society" jurnalında çap olunub.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...