Edam olunan məhbusların cinsiyyət orqanlarını başqa bir məhbusa köçürən həbsxana həkimi

Edam olunan məhbusların cinsiyyət orqanlarını başqa bir məhbusa köçürən həbsxana həkimi

Əgər bir həkim cinayətkarların cinayət törətmələrinin səbəbinin cinsiyyət orqanlarında sağlamlıq problemlərinin olması olduğunu desə, nə deyərdiniz? Bir vaxtlar belə hesab olunurdu ki, cinayətkarlar məhz cinsiyyət orqanlarına görə cinayət törədirlər.
 

Sfera.az sizə doktor Leo (Stanley) Stenli və onun çox maraqlı tədqiqat işini təqdim edir.
 

Leo ABŞ-ın Buena Vista şəhərində kənd həkiminin ailəsində anadan olub.


1903-cü ildə Stenli Stenforda daxil olsa da, bir ildən sonra bu universiteti tərk etdi. Tezliklə tibb həkimi olmaq üçün San-Fransiskodakı Cooper Tibb Kollecinə gedən Stenli, çətin tibbi təcrübələrdən keçən bir çox digər həkimlərdən fərqli olaraq, asan bir yol tapdı. Əslində, heç bir cərrahi təcrübəsi olmamasına baxmayaraq, o, San Quentin Dövlət Həbsxanasında Baş Cərrah olaraq işə götürüldü. Hər şey də məhz burada başladı...


Stenli inanırdı və sübut etmək istəyirdi ki, endokrin infeksiyalar və ya xəsarətlər insanların cinayət törətməyə hazır olmasının səbəbləridir.

Doktor xəstəliklərə və onun "anormallıqlar" adlandırdığı şeylərə aludə olur və bunların "cinayətin göstəriciləri" olduğuna inanırdı. Stenli hesab edirdi ki, məhbusun “anormallıqlarını” idarə edə bilsə, onu cinayət xəstəliyindən azad dünyaya qaytara bilər.


Təxminən qırx il ərzində Dr. Stenli ofisindən tədqiqat laboratoriyası kimi istifadə edərək, “xəstəlik və onun cinayətlə əlaqəsi” haqqında məlumat toplayır və məhbusların “anormallıqları” üzərində qəribə tibbi təcrübələr aparırdı. Həbsxana qapılarına daxil olan hər bir yeni məhbusun çapıqlarını, qabarlarını, doğum ləkələrini və digər anormallıqlarını yoxlamaq üçün çox səy göstərdi. O, bu anomaliyaların xəritəsini tərtib edərək, izləyir və sonra onları “normal” hala gətirməyin yollarını tapdı.
 

Stenli "Ən pis adamlar" (1940) kitabında yazırdı: "Cinayətkarla ediləcək düzgün şey, bir daha cinayət törətməməsi üçün onu sonsuzlaşdırmaqdır".


Stenli həmçinin San Quentin məhbuslarının 20%-nin impotent olduğunu və buna görə də onların hamısının sonsuzlaşdırmaq lazım olduğunu deyirdi. Stenli general cərrah kimi işlədiyi müddətdə təxminən 700 məhbusu sonsuzlaşdırıb. Stenli düşünürdü ki, insanın öz fiziki çirkinliyini dərk etməsi cinayətə gətirib çıxaracaq. O, cinayətin patologiyası ilə bağlı bəzi qeyri-adi fərziyyələr irəli sürərək, sifilis, vərəm, xərçəng və hətta “şərab ləkələri" adlanan qırmızı ləkələrin cinayətə səbəb olduğuna dair təkid edirdi.

“Ən pis adamlar” siyahısında Stenli “Qurd” ləqəbli məhbusun üzünü dəyişdirdiyi hadisəni belə təsvir edir:


“Mən qüsurlu qulaqları düzəltdim, burun sümüklərini düzəltdim və onun üzündəki dərin cizgiləri hamarladım”. Qurdun əməliyyatı həyatını dəyişdirən çox gözəl nəticələr verdikdən sonra məhbuslar əməliyyat masasının yanında olmaq üçün yalvarıblar.


Stenli daha sonra plastik cərrahiyyədən bədənin daxili mexanizmlərinə keçdi.



O, xüsusilə qalxanabənzər vəz, hipofiz, adrenal, xaya və prostat kimi orqanları əməliyyat etməyin “heyranı” idi. İlk uğurlu vəzi əməliyyatlarından biri “həddən artıq inkişaf etmiş tiroid vəzi” olan Joe Stevens adlı məhbus üzərində idi.

Məhkum Bak Kelli edam ediləcəyini öyrəndikdən sonra Stenliyə beyni də daxil olmaqla bədəninin istənilən hissəsini çıxara biləcəyini deyib. San Quentin həbsxanasında edam edilmiş bütün məhbusların yarılmaları mütəmadi olaraq aparılırdı və Stenli də həbsxananın tibbi eksperti olduğu üçün əməliyyatları məhz o həyata keçirdi. Kellinin yarılmasını həyata keçirərkən Stenli onun xayalarını cərrahi yolla çıxardı.

Stenli ölmək üzrə olan məhbuslardan götürdüyü xayaları başqa xəstələrə köçürüb.


O, iddia edirdi ki, xaya nəqli insanı yaşından çox daha gənc göstərəcək. Yeni xaya köçürülən ilk məhbus 72 yaşlı kişi olub. 1918-ci ildə Stenli bu adama gənc zəncinin xayalarını köçürüb. Qoca bir neçə gündən sonra ayağa qalxıb. 1918-1927-ci illər arasında Dr. Stenli "xaya implantasiyası" adlandırdığı otuz oxşar əməliyyat həyata keçirdib.
 

Stenlinin istifadə etdiyi başqa bir üsul isə məhbuslara dərialtı yolla xaya yeritdiyi prosedur idi.
 

Cozef T. Hallinan “Çaya qalxmaq: Həbsxanada səyahətlər” kitabında proseduru belə təsvir etmişdir:
 

“Yeni edam edilən kişilərin xayaları çıxarılıb. Daha sonra xayalar diş pastası kimi bir maddə halına salınaraq, qarın dərisinin altına şprislə vuruldu.... San Quentində belə müalicələrə tələbat tezliklə təklifi üstələdi. Tipik olaraq, həbsxana ildə orta hesabla ayda bir cinsiyyət orqanı verən beş və ya altı məhbusu edam edirdi. İnsan materialının bu qıtlığına görə Dr. Stenli qoçların və daha sonra keçilərin, çöl donuzlarının və hətta maralların xayalarından istifadə etməyə başladı. “İnsan xayaları kimi onlar da kəsilib və məhbusların qarın divarına vurulub”.
 

Stenli məhbusların müalicələrdən çox faydalandıqlarını iddia edirdi.
 

Məhkumlar transplantasiyadan sonra daha yaxşı yatıb, daha yaxşı yeyib, “daha ​​güclü” və “daha ​​aktiv və enerjili” olublar. Qismən bunun nəticəsi olaraq, bir çox məhbuslar cinsi əlaqə üçün cavanlaşmışdılar. Stenli həmçinin onun prosedurlarının sızanaq, diabet, astma və ümumi immun zəifliyinə müsbət nəticə verdiyini iddia edirdi.

Stenli hesab edirdi ki, əgər fərdin uşaq sahibi olmaq hüququ əlindən alınarsa, cinayət törətmək istəyi avtomatik olaraq yox olacaq. O, həm homoseksual, həm də biseksual məhbusların da sonsuzlaşdırılmalı olduğunu bildirirdi.
 

Tezliklə, San Quetin sonsuzlaşdırılmış məhbusların sayına görə lider həbsxanaya çevrildi.


Stenli məhbuslar arasında könüllü sonsuzlaşdırmağa cəlb etsə də, əksər məhbuslar bu “müalicə prosedurundan” məcburi keçməli oldu. Stenlinin qəribə təcrübələri arasında qalxanabənzər vəzin çıxarılması da var idi. Stenli düşünürdü ki, cinayətkarların qalxanabənzər vəzinin çıxarılması mütləq lazımdır. O düşünürdü ki, bu adamlar azadlığa çıxandan sonra da cinayətlərini davam etdirəcəklər.


Edam edilən cinayətkarların xayaları dərhal başqa məhbuslara köçürülmək üçün kəsilirdi.


Bəzi məhbusların çoxlu xayaları olardı, bəzilərində isə yeni xayalar köçürülərdi. Stenli yeni xayalara ehtiyac duyduqda əgər tezliklə edam ediləcək bir məhbus olmasaydı, inək, donuz və keçi kimi heyvanlardan xaya alırdı, Stenlinin təcrübəsi hökumət tərəfindən də bir qədər dəstəklənirdi.


Bu, yeni təcrübə və üsulların kəşf edildiyi bir dövr idi. Stenli o zaman ABŞ-ın bütün dövlət qurumlarında ən yaxşı cərrahi tədqiqatçılardan biri olduğu üçün daim tərif alırdı.
 

Stenli 1929-cu ildə, həyat yoldaşının ölümündən üç il sonra həbsxanadan ayrıldı. Vərəmdən vəfat edən həyat yoldaşı Stenlinin yeni işə düzəlməsinə böyük təsir etmişdi.




1941-ci ildə İkinci Dünya Müharibəsi zamanı Stenli ABŞ Hərbi Dəniz Qüvvələri Ehtiyatında leytenant komandiri vəzifəsində çalışıb.


ABŞ Hərbi Dəniz Qüvvələrinin həkimləri Stenlinin rəhbərliyi altında San Quentin məhbusları üzərində qeyri-insani tibbi təcrübələr aparıblar. Bu məhbusların hamısı könüllü olaraq qvineya donuzları rolunu qəbul etdilər.
 

Doktor Leo Stenli 1951-ci ildə San Quentindən təqaüdə çıxdı və daha sonra bir sıra özəl tibb müəssisələrə rəhbərlik etdi.


O, 90 yaşında vəfat edib. Ömrünün sonuna qədər Kaliforniyadakı fermasında yaşayıb. Mənbələrdə doktor Stenlinin heç vaxt övlad sahibi ola bilmədiyi yazılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....