Saxara səhrasının azad insanları - Cəhənnəm istilərində yaşayanlar kimlərdir?

Saxara səhrasının azad insanları - Cəhənnəm istilərində yaşayanlar kimlərdir?

Çox nadir hallarda yağış müşahidə edilən və çayların çox az axdığı Saxara səhrasında həyat şərtləri olduqca sərtdir. Lakin Saxaranın quraq şəraitinə və cəhənnəm istilərinə baxmayaraq, tuareglər yüzillərdir burada yaşayan xalqdır. Onlar özlərini “imaşagen” adlandırırlar ki, bu da “azad insanlar” deməkdir.

Sfera.az bildirir ki, “Tuareg" sözünün mənşəyi məlum deyil. Bəzi mənbələr onun ərəb mənşəli olduğuna işarə edir. “Tanrılar tərəfindən tərk edilmiş” mənasını verir. Bəzi mənbələr isə bu sözün Liviyanın cənubundakı Tarqa şəhəri ilə əlaqəsi olduğunu iddia edir. Tuareglər isə özlərini "imaşagen" (imashagen) və ya "azad insanlar" kimi tərcümə olunan "imohag" adlandırmağa üstünlük verirlər. Bu ad onların müstəqil ruhunu ifadə edir.
 

Qədim yunan tarixçisi Herodot öz əsərlərində Liviyanın cənubundakı Qaramante qəbiləsindən bəhs edir ki, bəziləri məhz bu qəbiləni tuareqlərin əcdadları hesab edir. Tuarez folkloru isə tuareqlərin anası sayılan Kraliça Tin Hinanın hekayəsindən bəhs edir. Mənbələr (daha doğrusu əfsanələr) onun qorxmaz döyüşçü və təbib olduğunu, Taureq krallığının əsasını qoyduğunu bildirir.
 

1920-ci illərdə Əlcəzairdə Abalessa vahəsi yaxınlığında bir türbənin tapılması bu əfsanəyə əsas maddi sübut əlavə edib. Tin Hinana aid olduğu güman edilən məzarda təmtəraqla bəzədilmiş, qırmızı dəri paltarla örtülmüş qadın skeleti aşkar edilib. Bu qadın skeleti eramızın 4-cü əsrinə aid dəfn əşyaları ilə müşayiət olunurdu. Məzarın tapılması gələcəkdə təkcə kraliçanı deyil, həm də Əlcəzair cəmiyyətində bütün qadınların rolunu xüsusi vurğulayan “Tin Hinan” festivalının keçirilməsinə səbəb oldu.
 

Tarixi mənbələrə görə, tuareglər 7-ci əsrdə ərəblərin Şimal-Qərbi Afrikanı işğalı zamanı cənub-qərbə köç etməyə başlayıblar. 11-ci əsrdə onlar Nigeriyaya çatıb, burada hətta Timbuktu şəhərini qurublar. 14-cü əsrdə İslamı qəbul etdikdən sonra Tuareglər trans-Saxara ticarətində, xüsusilə də qızıl, duz və qul alverində “çiçəklənməyə” başladılar.
 

Ancaq 19-cu əsrdə Saxarada yeni bir oyunçu meydana çıxdı - Fransa. Müstəmləkə rejimi özü ilə birlikdə istismar, hərbi xidmətə çağırış, ağır vergilər və Tuare ənənələrini boğmaq cəhdlərini də gətirdi. Tuareglər müstəqillik əldə etmək üçün üsyan qaldırdılar, lakin onların səyləri boşa çıxdı.
 

Müstəqillik əldə etdikdən sonra da narazılıqlar səngimədən davam etdi. 1963-cü ildə bu dəfə Maliyə qarşı Tuareglərin üsyanı oldu. Əvvəlcə amansızlıqla yatırılan qiyam 1990-cı illərdə qonşu Nigerdə ​​də əks-səda ilə yenidən canlandı. Münaqişələr hətta 2012-ci ilə qədər davam etdi.
 

Şimali Afrikaya səpələnmiş Tuareglər azlığı, təqribən dörd milyon nəfərdən ibarətdir. Ən böyük icmaları isə Nigerdə ​​yaşayır.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR