Ferrari tarixinin ən bahalı modeli satıldı - FOTOLAR
Maraqlı
15:55 / 15.11.2023
6199
“RM Sotheby's”in bu gün keçirdiyi hərracla Ferrari-nin ən bahalı modeli yeni sahibini tapıb.
Sfera.az xəbər verir ki, satışa çıxarılan bu model 1962-ci ildə “Nürburqrinq 1000 km” yarışında birinci yer tutub.
Elə həmin il “Le Manda 24 Saat” yarışına da qatılan model həddindən artıq qızma səbəbindən yarışı erkən bitirməli olub.
Bu xüsusi model üçün təxminən 60 milyon dollarlıq təklif gözlənilirdi. Lakin yekun təklif 47 milyon dollar səviyyəsində qalıb. Digər xərclərlə yanaşı, alıcı ümumilikdə 51,7 milyon dollar ödəyəcək. Bu o deməkdir ki, o, Ferrari tarixinin ən bahalı modeli olacaq.