İQ-sü Eynşteyndən daha yüksək olsa da, tamamilə fərqli həyata üstünlük verən - Uilyam Ceyms Sidis

İQ-sü Eynşteyndən daha yüksək olsa da, tamamilə fərqli həyata üstünlük verən - Uilyam Ceyms Sidis

Tarixdə yaşamış və yüksək intellektləri ilə tanınan insanların IQ səviyyələri həmişə maraqla qarşılanıb. Misal üçün, Albert Eynşteynin İQ 160, İsaak Nyutonun isə IQ 190 olub.


Hamımıza tanış olan bu adlardan başqa daha əvvəl adını heç vaxt eşitmədiyimiz IQ səviyyəsi 260 olan bir şəxs var.


Sfera.az bildirir ki, dünyanın ən ağıllı insanı sayılan bu şəxs Uilyam Ceyms Sidisdir (William James Sidis).

 

8 yaşında 8 dildə danışa bilən istedadlı Uilyam 1898-ci ildə Nyu-Yorkda anadan olub.


Atası Boris Harvarddan 4 dərəcə almış nümunəvi psixoloq, anası həkim idi. Belə uğurlu ailədən çıxan Uilyamın istedadlı və ağıllı uşaq olacağı gözlənilirdi.


Bu fotodakı şəxs Uilyamın atası Borisdir. Uilyam "The New York Times"ı cəmi 18 aylıq olarkən oxuya bilirdi.


O, 8 yaşına kimi latın, yunan, fransız, rus, alman, ivrit, türk dillərini öyrənib.


Bundan əlavə, William James Sidis Harvarda daxil olan ən gənc insan oldu. Onun zəkasını tanıyan atası onu Harvarda yazdırmağa çalışır. Lakin o vaxt Uilyamın 9 yaşı olduğu üçün rədd edildi.


Bundan əlavə, Uilyam Ceyms Sidis Harvarda daxil olan ən gənc insan olub. Zəkasına bələd olan atası onu Harvarda yazdırmağa çalışır. Lakin o vaxt Uilyamın 9 yaşı olduğu üçün rədd edilib.


2 ildən sonra institut onu qəbul etdi və 1909-cu ildə Uilyam Harvarda qəbul olunan ən gənc insan oldu. 1910-cu ilə qədər riyaziyyat üzrə biliyi o qədər təkmilləşdi ki, o, məktəbdə professorlara mühazirələr oxumağa başladı. 16 yaşında bakalavr təhsilini başa vurub.


Uilyam üstün zəkası sayəsində qazandığı şöhrətə baxmayaraq, tənha bir həyat sürməyə üstünlük verirdi. O, heç vaxt evlənməyi düşünmədiyini deyib.


İstedadlı psixoloq olan Uilyamın atası oğlunun ulduz kimi parlamasını istəyirdi. Ona görə də oğlunu tərbiyə edərkən özünəməxsus psixoloji üsulları tətbiq etməyə üstünlük verib. Ancaq zaman keçdikcə Uilyam ilə aralarında fikir ayrılığı yarandı. Uilyam 1923-cü ildə vəfat edən atasının dəfnində belə iştirak etməyib.

Uilyam kifayət qədər tanınmış olsa da, o, aşağı gəlirli ofis işlərində çalışırdı. Aldığı maaşın aşağı olması böyük reaksiyaya səbəb olaraq, hətta o zaman qəzet manşetlərində belə çıxıb. Uilyam özü üçün təxəllüslərdən istifadə edərək çoxlu kitablar yazıb.


Birinci Dünya Müharibəsinin əleyhdarı və sosialist idi. O, 1919-cu ildə Bostondakı etiraz aksiyasında iştirak etdiyi üçün 18 ay həbsdə yatıb. Ailəsi Uilyamı həbsdən yayındırmağın yolunu tapıb və onu 2 il sanatoriyada saxlayıb.


Uilyam həyatını bədbəxt və tənha keçirdi. İQ səviyyəsi 250-300 arasında olan və dünyanı dəyişə biləcək qabiliyyətlərə malik olan Uilyam Ceyms Sidis 46 yaşında beyin qanaması nəticəsində dünyasını dəyişib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR