Gözəllik standartları hədəqəsindən çıxdı - Hər şeyi olduğu kimi qəbul edə bilərikmi?
Gözəllik komplekslərimizi aradan qaldırmağın və gözəllik anlayışını alt-üst etməyin vaxtıdır.İllər əvvəl bir amerikalı dostumla mübahisə etdim. Dostum mehriban, əxlaq normalarına diqqət yetirən və başqalarını yerli-yersiz təhqir etməkdən çəkinməyə çalışan bir insandır. Amma yenə də mübahisəmiz böyüdü. O, Twitter-də Donald Trampın çirkin olduğunu, kök və qoca olmasının onun nə qədər acınacaqlı göstərdiyini yazırdı. Mən Trampa yönəlmiş kobudluğa deyil, əksinə, yaramazlığın əxlaqsızlıqla qarışdırılmasına etiraz etdim. O, çirkinliyi ilə Trampın keyfiyyətlərini sadalayırdı. Çoxları gözəlliyin sanki yaxşı insan olmanın əlaməti kimi qəbul edir, bunu açıq şəkildə etiraf edəcəklərinə də şübhə ilə yanaşıram, lakin bu fikrin doğru olduğuna dair instinktlər bizim düşüncələrimizə birbaşa təsir edir.Londonun “Wellcome Collection”dakı yeni sərgisi - “Gözəllik Kultu” gözəllik anlayışının necə bütləşdirildiyinə dair tarixi dəyişiklikləri bütün çılpaqlığı ilə bizə təqdim edir.
Əsrlər boyu artefaktlara, incəsənətə və gözəllik məhsullarına nəzər salsaq, sual yaranır: Standartlarının zamanla bu qədər dəyişdiyini görmək mümkündürsə, biz universal gözəllik mifinə hələ də necə inana bilərik?
Sfera.az xəbər verir ki, bu fikirlər Megan Nolanın "The Telegraph" üçün yazdığı məqaləsində bildirilir.
Məqaləni təqdim edirik:
"Düşünürəm ki, gözəllik standartlarının nəsildən-nəslə kökündən fərqli olması ilə bağlı bu müasir təbliğat bir az şişirdilib. 2000-ci illərdə yeniyetmə biri olaraq yaxşı xatırlayıram, hər dəfə internetə girəndə Merilin Monro indiki dövrdə məşhur olsaydı, çox kök olduğu üçün, onun cəmiyyət tərəfindən necə təcrid olunacağı ilə bağlı sərt fikirlərlə qarşılaşırdım. İndi isə bu iddialar heç bir reallığa əsaslanmır (məsələn, Kim Kardaşyanın 2022-ci ildə “Met Gala”da məhz Monronun paltarına uyğunlaşmaq üçün pəhriz saxlamaq məcburiyyətində qalması ilə bağlı təlaşına baxın). Təsəvvür etmək belə çətindir ki, Monro gözəlliyi və xarizması olan bir qadın bu gün ətrafımızdadır və bu gözəlliyin qarşısında baş əyilmir.
Əlbəttə ki, tendensiyalar gəldi-gedərdir. Mənim həyatımda gözəllik standartları sıfır ölçülü arıqlıqda kiçik bir belin və nəhəng ombaların nisbətinə keçdi. Qloballaşma hətta bu həqiqəti yumşaltsa da, dünyada hansı bədən növlərinin daha çox qiymətləndirildiyi arasında uyğunsuzluqlar var.
Ancaq genetik cəhətdən seçilmiş və şanslı olmasanız, qadın fiziki gözəlliyinə istənilən dövrdə nail olmaq çətin olmuşdur. “Gözəllik kultu”nda nümayiş etdirilənlərə baxanda, tarix boyu biz gözəlliyə can atmamaq barədə nə qədər xəbərdarlıq etmişik.
Möcüzəli başlıqlı “Ölüm və İblis” əsərinə, 16-cı əsrə aid alman təsviri olan əl güzgüsünə baxan iki qadına baxın; burada iki qadın gözəl geyimlərdə və masanın qarşısında dayanaraq çətinliklə əldə edilmiş görünüşlərindən həzz alırlar. Ölüm və İblis onların arxasında dayanır, sanki bütün kiçik bəzəklərinin boşa çıxacağını xatırladır. Təbiətdə olmayan gözəlliyə can atan qadın təkcə uğursuzluq deyil, həm də mənəvi vəbadır.
Bununla belə, sərgidəki daha diqqətəlayiq tarixi əsərlərdən bəziləri gözəlliyin təbii olması ideyasına demək olar ki, ironik şəkildə əks olan vəhşiliyi ehtiva edir. Məsələn 1800-cü illərin düyü korseti diqqəti cəlb edən bir şeydir; onun onurğa deformasiyasını müalicə etmək, yoxsa dəbli bükülmüş bir bel yaratmaq və ya hər ikisini yaratmaq üçün nəzərdə tutulduğu məlum deyil. Orta əsr zirehləri kimi qəddar görünür, lakin onun kəskinliyi də heyrətləndiricidir.
Başqa bir korset heç vaxt təsəvvürümə belə gətirə bilməyəcəyim bir korsetdir: xüsusi olaraq hamiləlikdə istifadə üçün nəzərdə tutulmuş çəhrayı, yastıqlı pambıqdan hazırlanmışdır. Bu, məni mədəni bir quruluşdan çox, gözəlliyə can atmağın inkişaf göstəricisi olduğunu iddia etməyi sevənlər haqqında düşünməyə vadar etdi. Hamiləliyin tarixən istənilməyən bir hal və çirkinlik qəbul edildiyi zamanlarda bu haqda mübahisə etmək bir az çətin olardı.
Gözəllikdən imtina etmək təhlükəli seçimdir. Əgər sizdə anadangəlmə vizual olaraq xoş hesab edilən xüsusiyyətlərdən heç biri yoxduraa, səy göstərərək istəmədiyiniz xoşagəlməz hissləri azalda bilərsiniz. Zərif geyimlər, professional makiyaj və bahalı saç düzümləri düşmən auditoriyaya ən azı cəhd etdiyinizi bildirir.
20-ci əsrin əvvəllərində Polşa-Amerika kosmetika maqnatı Helena Rubinstein Lonq Adadakı fabrikində öz losyonlarından birini sınaqdan keçirərkən "Çirkin qadınlar yoxdur, yalnız tənbəllər var" demişdi. Nadir Karpat otlarından hazırlandığını iddia etdiyi Rubinşteynin üz kremi 20-ci əsrin əvvəllərində bir sensasiya idi (kremin faktiki inqrediyentləri - əsasən lanolindən ibarət idi)
Sərginin Viktoriya dövrünə aid “elektropatik kəmər” kitabçasını və onun 18-ci əsrə aid fil sümüyü və işlənmiş metaldan hazırlanmış süni maska çeşidini nəzərdən keçirərkən, çənə xətlərini müəyyən etmək üçün “üz gimnastikası” proqramlarında davamlı olaraq təqdim etdiyim Instagram reklamlarını xatırladım.
Yadıma bir dəfə bir dostumla ağız ətrafındakı incə qırışları azaldan müəyyən bahalı iynəni müzakirə etməyimiz düşdü.
"Bir növ..." dedi və mən onun cümləsini bitirdim: "Ağrıdı, elə deyilmi?. Məhz buna görə də biz bunu bəyənirik. Düşünürük ki, incitdiyi üçün effekti olacaq".
Həqiqətən hiss etdiyim şeylərə qarşı bu şəkildə yaşamağı sevmirəm.
İncəsənət sadəcə gözəlliyin istehsalı deyil (baxmayaraq ki, bu, bizim məktəbdə öyrəndiklərimizin əksidir). İncəsənətin böyük potensialı başqa bir insanın subyektivliyinin üzə çıxarılmasındadır: yad adam kimi nəyisə görmək və ya hiss etmək qorxuncluğu. Bu nailiyyət, əlbəttə ki, gözəl sənətdən əldə edilə bilər, amma çirkin sənətdə bu, daha çox təsir edir. Çünki çirkinliyi gizlətmək çoxlarının həyatının işidir.
Rəssamlıqda çirkinliyin ən məşhur təsvirlərindən biri olan müasir dövrdə mövzusu Paget xəstəliyinin nadir bir növündən əziyyət çəkən Kventin Matsisin "Çirkin Düşes" (1513) əsəri bu keyfiyyətə malikdir. Düşünürəm ki, biz David Linçin “The Elephant Man” filminə baxanda və Con Hartın Con Merrickin insanlıq dərsi verdiyini görəndə eyni şeyi hiss edirik.
Çirkinlik, xüsusən də təhrif olunmuş çirkinliyin yaradılması da güclü vasitədir. Rəssam Mayk Kellinin doldurulmuş oyuncaq heykəlləri əl istehsalı kuklalar və sənətkarlıq əşyaları istifadə edərək yaradılmışdır.
Bu gün açıq-aydın qərəz - homofobiya, irqçilik və lezbianlıq internetdə geniş yayılır və çox vaxt bu, nifrət dolu təkidlə müşayiət olunur. Şeylərin təbii nizamına zidd görünən hər şeyin istehza edildiyi bir vaxtda çirkinliyin məziyyətlərini müdafiə etmək daha zəruri hiss olunur. Çirkinliyin - gözəllik qədər, bəlkə də gözəllikdən daha çox vacib olduğunu demək yerinə düşər".
Aynil Camal