İnsanlığın daha bir ləkəsi - Uşaqlar üzərində Bender təcrübəsi

İnsanlığın daha bir ləkəsi - Uşaqlar üzərində Bender təcrübəsi

Tarixin gedişatını istiqamətləndirsə də, bu gün yaşadığımız problemlərin sürətlə həllində böyük rolu olsa da, bəzi təcrübələr hələ də insanlıq adına ləkə olaraq qalır.

Sfera.az bu dəfə uşaqlara elektrik cərəyanı verməklə müalicə edilən Bender Təcrübəsi haqqında yazı təqdim edir.


İlk olaraq, təcrübənin adı verilən Bender kimdir?


Lauretta Bender (9 avqust 1897 - 4 yanvar 1987) uşaqlarda vizual motorika inkişafını qiymətləndirmək üçün nəzərdə tutulmuş psixoloji test olan Bender-Gestalt Testin hazırlaması ilə tanınan amerikalı uşaq neyropsixoloqu idi. İlk dəfə 1938-ci ildə Bender tərəfindən nəşr olunan test, uşaqların nevroloji funksiyalarını qiymətləndirmək və inkişaf pozğunluqlarını yoxlamaq üçün geniş istifadə olunan testə çevrilib.


O, autizm spektr pozğunluqları (əvvəllər “uşaqlıq şizofreniyası”), intihar və uşaqlarda zorakılıq sahələrində araşdırmalar aparmış və uşaqlarda psixi pozğunluqların nevroloji əsaslara malik ola biləcəyini irəli sürən ilk tədqiqatçılardan biri olmuşdur. O, psixoloqdan çox həkim-psixiatr kimi təhsil aldığı üçün işinin çox hissəsi uşaqlarda psixi pozğunluqların diaqnostikasına yönəlmişdi. O, həmçinin 1934-cü ildən başlayaraq 21 il ərzində Bellevue Xəstəxanasında uşaq psixiatriya xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.


Lauretta Bender “Bender-Gestalt Testi” ilə məşhur olan psixiatrdır. “Bender-Gestalt Testi” insanın motor və koqnitiv qabiliyyətlərinin uşaqdan müəyyən edilib dəyişdirilə biləcəyi sualına cavab axtaran bir testdir. Lakin Benderin apardığı bütün testlərin heç də hamısı faydalı və nöqsansız olmayıb. O, 1940-cı illərdə istifadə etdiyi texnikaya görə çox dindirilən və cinayətkar şəxsdir.


Bender o qədər də məşhur olmayan Bellevue xəstəxanasında işləyirdi. O zaman uşaqlıq şizofreniyası adlandırdığı bir hiylə ilə 98 uşağın ailəsinə övladlarında məhz bu xəstəliyin olduğunu deyib. Ailələri müalicə etmək lazım olduğuna inandırıb. Benderin müalicə üsulu isə tamamilə fərqli idi. Bender uşaqlara zəhərli göbələk və LSD kimi dərmanlar verir, onların tam zehni nəzarətini itirməsinə səbəb olurdu.



O, uşaqlara şok terapiyası tətbiq edib. Uşaqların psixi cəhətdən zədələnməsi azmış kimi, beyinlərini yenidən proqramlaşdıracağına inanıb. Bender sınaqlarının çox uğurlu olduğunu iddia etsə də, bu testlər haqqında deyilə biləcək yeganə şey onların qeyri-insani olmasıdır.



Uşaqlarda elektroşok terapiyası



1960-cı illərdə Nyu Yorkdakı Creedmoor Xəstəxanasında Dr. Lauretta Bender, sosial problemləri olan uşaqlar üçün inqilabi müalicə olduğuna inandığı elektroşok terapiyasına başlayıb. Benderin metodlarına müsahibə vermək, təhlil etmək və sonra uşağın başına yumşaq təzyiq göstərmək daxildir. Güman edilir ki, təzyiq altında hərəkət edən hər bir uşaqda şizofreniyanın ilk əlamətləri görünürdü. Özü də yanlışlıq qurbanı olan Benderin himayəsində olan uşaqlara rəğbət bəsləmədiyi deyilir. Bəzilərinin müalicəsi yarıda dayandırılarkən, Bender üç yaşında olan 100-dən çox uşağa elektroşok terapiyası tətbiq edib.


Təcrübələr Benderin gözlədiyi nəticəni vermədi. Əksinə, uşaqlar zaman keçdikcə asılılığı olan insanlara çevriliblər. Təcrübə subyektləri kimi istifadə edilən uşaqların valideynlərinin bütün ittihamlarına baxmayaraq, Bender eksperimentini müdafiə etməyə davam edib.


1960-cı illərdən başlayaraq müasir tibbin inkişafı ilə eksperimental üsulların da inkişaf istiqaməti dəyişdi. Elmin hər dövrdə qeyri-etik tərəfləri olub.


Bender təcrübəsi isə bu nümunələrdən yalnız biri kimi tarixə keçib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR