Bütün dünyanın sevgisini qazanan bu qızcığaz bütün dünyanı öz hekayəsi ilə də ağladıb
Sülh çağırışları ilə dolu məktubu ilə hətta rusların da sevgisini qazanan Samanta Smitin hekayəsi bir zamanlar bütün dünyanı şoka salmışdı.
Sfera.az sizə bu maraqlı hadisə haqqında məlumat verir.
1977-ci ilin yayında Men ştatının Mançester şəhərində məktəbli Samanta Smit İngiltərə kraliçasına məktub yazaraq onu taxtda olmasının 25 illiyi münasibətilə təbrik edib.
Kraliçanın xidmətçisi məktuba cavab yazaraq bu məktub üçün ona təşəkkür edib. Samata məktubuna cavab aldığına çox sevinib.
Soyuq Müharibə dövründə ABŞ və Sovet İttifaqı arasında yaranan gərginlik nüvə müharibəsi təhlükəsini artırdığından Samanta çox narahat idi.
Anası Ceynin təklifi ilə Samanta yenidən qələmini götürüb Sovet İttifaqının yeni lideri, baş katib Yuri Andropova məktb yazmaq qərarına gəlib.
Məktubuna ilk növbədə “Yeni işiniz münasibətilə sizi təbrik edirəm” yazmaqla başlayan qızcığaz: “Rusiya və ABŞ-ın Nüvə müharibəsinə girəcəyindən narahatam... Müharibəyə səs verəcəksiniz, yoxsa yox?”. Smit məktubunu “Xahiş edirəm məktubuma geri dönüş edin” deyərək bitirib.
Məhz o andan etibarən Smit ailəsinin həyatı heç vaxt əvvəlki kimi olmayacaqdı.
Samantanın məktubunun “Pravda”da dərc olunması xəbəri ailəyə çatanda Rusiyanın dövlət qəzeti, yerli, milli və beynəlxalq media qəfildən ailəyə müraciət edərək “Amerikanın ən gənc səfiri” haqqında əlavə məlumat tələb edir.
Media arasında İngiltərə, Avstraliya, Almaniya və Bolqarıstandan televiziya qrupları var idi.
Bir fotoqraf hətta Parisdən uçaraq gəlib, ailənin ön eyvanında Samantanın şəklini çəkib.
“Sovetlər xüsusi icazə ilə Mançesterə bir televiziya qrupu da göndərdilər" deyə anası yazırdı.
Aprelin 25-də Andropovdan məktub gəldi.
Rus generalı da məktubdan təsirlənmiş və məktubunda Samanta və ailəsini Rusiyaya dəvət edib.
Samanta 1983-cü ilin iyulunda Sovet İttifaqına gələrkən Rusiyanın Gənc Pionerləri başda olmaqla, çox izdihamlı qarşılanıb.
Tezliklə bütün televiziya kanalları Samantadan müsahibə almaq üçün mübarizə aparırdı. Samanta böyük şöhrət qazanıb və bir çox televiziya şousunda yer alıb.
Samanta hətta Kobedə keçirilən 21-ci Əsr Uşaqlarının Beynəlxalq Simpoziumunda çıxış etmək üçün Yaponiyaya gedib. Burada çıxışı üçün bir az yapon dili də öyrənib.
Lakin 1985-ci il avqustun 25-də dəhşətli faciə baş verib.
Londonda, İngiltərədə “Lime Street”in bir epizodunu çəkmək üçün səfərdən sonra Samanta və atası evə qayıdırdılar. Təyyarə Men ştatının Obern-Lyuiston şəhərindəki kiçik regional hava limanına enməyə hazırlaşırdı.
Dumanlı və zəif yağışlı havada eniş etmək üzrə olduğu üçün təyyarə uçuş-enmə zolağına çox alçaqdan və sürətlə yaxınlaşıb.
Təyyarə trasdan təxminən bir yarım kilometr aralıda qovaq ağaclarına dəyərək yerə çırpılıb.
Samanta və atası da daxil olmaqla, təyyarədə olan 8 nəfər həlak olub.
Samanta vəfat edərkən cəmi 13 yaşında idi. Bir çox nüfuzlu siyasət xadimləri Samantanın evdə qalan anasına kədərlərini ifadə edən məktublar yazıb.
1985-ci ilin oktyabrında baş verən təyyarə qəzasından iki ay sonra anası Ceyn Smit ABŞ və Sovet İttifaqı arasında daha yaxşı anlaşmanı təşviq etməyə həsr olunmuş “Samanta Smit Fondu”nu təsis edib.
Fondun yaradılmasından cəmi bir ay sonra Amerika prezidenti Ronald Reyqan və Sovet İttifaqının baş katibi Mixail Qorbaçov İsveçrədə görüşərək iki ölkə arasında danışıqları intensivləşdirmək barədə razılığa gəliblər.
"Amerikanın ən gənc səfiri" tituluna layiq görülən Samanta Smit bu dövrlərdə dünya üçün ümid işığı idi. Boşuna demirik ki, verin, bu dünyanı uşaqlar idarə etsin!
Xanım
Sfera.az