İran kimi yerdə cəmiyyətin təzyiqinə boyun əyməyən qadın - FOTO

İran kimi yerdə cəmiyyətin təzyiqinə boyun əyməyən qadın - FOTO

Füruğ 1935-ci il yanvarın 5-də Tehranda bir işıq kimi dünyaya gəldi, sanki mənasını əvvəlcədən düşünüb bu adı veriblər ona.


Sfera.az sizə bu yazıda möhtəşəm sənəti ilə yanaşı, mübarizəsi ilə də bütün dünyaya meydan oxuyan qadınlardan Füruğ Fərruxzad haqqında təqdim edir.
 

Füruğ, yeddi uşaqlı bir ailənin üçüncü övladı idi. Atası zabit olduğu üçün ciddi nizam-intizam və təzyiq altında böyüyüb. Qız rəssamlıq məktəbində rəssamlıq, əl işləri və tikiş-tikmə üzrə təhsil alıb. Oğlanlara üstünlük verilən ailəsində qız ikən həmişə ikinci planda saxlanılırdı və bu, onun üçün çox çətin bir yolun başlanğıcı idi.
Cəmiyyətdə qadınlara qoyulan qadağalardan qurtulmaq istəyi aşiq olduğu kişi tərəfindən qəbul edilməyincə, o, ilk pərişanlığını yaşayıb.




Ailəsinin sərt nizamından qaçmaq üçün olub-olmadığı dəqiq bilinmir, ancaq on altı yaşında ikən sevdiyi uzaq qohumu Pərviz Şapurla ailə həyatı qurub. Onun həyat yoldaşı müasir dünyagörüşünə malik insan idi. Bu evlilikdən Kamyar adlı oğlu dünyaya gəlib. İki il davam edən evlilikləri həyat yoldaşının sosial stereotiplərə sadiq qalması səbəbindən sona çatıb. Şəriət qaydalarına görə uşağın qəyyumluğu ataya verilirdi.


Qadınlara qayğı göstərilməyən cəmiyyətdə ananın uşaqlar üçün əhəmiyyəti dərk olunmayan bir həqiqət idi. Beləcə, daha bir qadın uşağından qoparılmışdı.

 

Əri ziyalı olsa da, patriarxal nizamdan gözləntiləri var idi. Bu halda onların sevgisi çox da uzun sürmədi. Oğlu ataya veriləndən sonra övladını bir daha görə bilməyən Furuğun ən böyük dərdi bu idi. Ağrılarla dolu bu həyat onun sənət tərəfini qidalandırırdı. O, sənəti ilə özünü ayaqda saxlamağı bacarıb.
Bütün bu neqativlər onu həyata bərk-bərk möhkəm bağlayaraq, onu hər keçən gün daha da möhkəmləndirib.




Özü üçün yaratdığı yeni həyatda oğlu Kamyarın həsrəti ilə şeirlər yazıb. Ailəsinə heç vaxt gülməyən Füruğ bu dəfə sevgisi və övladı ilə sınaqdan keçirilirdi. İlk kitabı "Məhkum" 1955-ci ildə nəşr olundu. İranda qadın olmaq çox çətin idi. Amma Furuğ birtəhər dünyaya göstərəcəkdi ki, o, bu görünməzlik divarını yıxmaqda qərarlıdır.

 

Ölkəsinə sığmayan, daha doğrusu, sığışdırılmayan bir qadın olaraq dünyaya açılmaq qərarına gəlib və Avropaya doqquz aylıq səyahətə çıxıb.

1956-cı ildə o, heç vaxt onu başa düşməyən keçmiş həyat yoldaşına həsr etdiyi ikinci kitabı- "Divar"ı yazıb. 1958-ci ildə məşhur yazıçı-rejissor İbrahim Gülüstanla tanışlığı ona sevgi ağrısını unutduran dönüş nöqtəsi oldu və Füruğ, yaradıcılığından daha da möhkəm yapışdı. Evli İbrahim Gülistanla yaxın dost olsalar da, münasibətləri hər zaman dedi-qodulara səbəb olub.


Zaman-zaman ürəyini başqalarına versə də, azad olmaq istəyən boşanmış bir qadın olaraq yeni sevgilər onun üçün həmişə keçici olub. Ayaq üstə duran qadın olsa da, əxlaqı aşağı, küçə əhli kimi hədəfə alınıb. Onun nailiyyətlərini məhv etməyə çalışanlar şeirlərinə senzura tətbiq etməklə dəyərini azaltmağa çalışırdılar.
O, 50-ci illərdə İranda məhsuldar və sənətkar bir qadın olsa da, həm də sədaqətli ana, sədaqətli həyat yoldaşı və ehtiraslı bir sevgili idi.


Füruğ üçün evinə, övladlarına və ərinə xərcləyə bilmədiyi bütün enerjisini yaradıcılığı ilə maneələrə sinə gərərək sənətinə həsr edib. Cəmiyyətdə hakim zehniyyətlər tərəfindən tənqid olunsa da, poeziyasının gücünü cəmiyyətə qəbul etdirməyi bacarıb. O, heç vaxt atası, ilk məhəbbəti və mollaları tərəfindən bəyənilməyib və bəyənilməyəcəkdi də...


“Qara ev” filminin çəkilişləri zamanı o, valideynləri cüzam xəstəsi olan balaca Hüseyni övladlığa götürüb.
 

Hüseyni övladlığa götürməsi oğlu Kamyar üçün çəkdiyi ağrıları dindirməsə də, yarasına dərman olacaq bir addım olub. 1962-ci ildə yaratdığı cüzamlılar haqqında "Qara ev" sənədli filminə görə İtaliyada, 1963-cü ildə isə Almaniyada mükafat alıb. Həmçinin 1963-cü ildə UNESCO və Bernardo Bertolucci Füruğ haqqında sənədli filmlər nümayiş etdiriblər.


Artıq uğurlu yazıçı, təsirli sənətçi və mükafatlı rejissor idi.

O, patriarxal cəmiyyətin gözləntilərini qarşılaya bilməyəcək qədər özünü dərk edirdi. Özünü sübut etmək istəyərkən atası tərəfindən rədd edilib və heç vaxt dəstək almasa da, qısa ömründə atasının soyadına belə ehtiyac duymadan sadəcə adı ilə özünü yaratmağı bacaran güclü qadın simasına çevrilmişdi.
 

Furuğ kimi mübariz olan qardaşı cəmiyyətdə qəbul edilməyib və öldürülüb.
 

Onun qardaşı, Füruğdan sonra doğulan Feridun Fərroxzad gey fəal idi. O, daim təqiblərə məruz qaldığı üçün, bir müddət sonra ölkəni tərk edib. Qayıtdıqda televiziya verilişlərinin aparıcısı ikən Xomeyninin seksual vəsvəsələri ilə bağlı zarafat edib və bu onun ölümünə səbəb olub.
Bir qadın və ana kimi yaşadığı ağrı və travmanın üstünə qardaş ölümü Füruğu ​​erkən yaşda yetişdirmişdi.
 

Ölənə qədər bacardığı qədər çalışan Füruğun karyerasına çoxlu kitablar, filmlər və nailiyyətlər yığılıb.


Qardaşı Feriduna yazdığı məktubda birinci öləcəyini deyirdi, belə də oldu...


O, avtomobil idarə edərkən başqa avtomobillə toqquşmamaq üçün yoldan çıxıb. Avtomobil divara dəyib və başı səkiyə dəyən Füruğ maşından atılıb. Cəmi 32 yaşı olan gənc qadın xəstəxanaya çatdırılsa da, onu həyata qaytarmaq mümkün olmayıb. Mollalar cənazə namazını qılmaq istəmirdilər. Onun cənazəsi 2 gün saxlanıldıqdan sonra, yazıçı dostlarından biri cənazə namazı qılıb.


Füruğ, itirəcək heç nəyi olmayan, lakin dünyaya çox töhfə verən bir qadın kimi dünyasını dəyişib.



Bütün əzab çəkən qadınların Füruğ qədər güclü qala bilməsi ümidi ilə...
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR