Dünyaya fayda əvəzinə zərər verən bir çox fəlakətin ixtiraçısı - Tomas Midqli
Amerikalı mühəndis və kimyaçı Thomas Midgley Jr. (Tomas Midqli)…
O, elmin mümkün olan ən pis nəticələrinə görə məsuliyyət daşıyır və bu gün qlobal miqyasda üzləşdiyimiz ekoloji problemlərə böyük “töhfə” vermiş ən pis ixtiraçılardan biri hesab olunur. İş o yerə çatıb ki, o, artıq dünya tarixinə “ekologiyaya ən çox ziyan vuran alim” kimi adını yazıb.
Sizə bəzən elm, bəzən insanlıq adına tarixə qara səhifə kimi həkk olunan hadisələri təqdim edirik.
Sfera.az bu dəfə elm tarixinə kiçik səyahət bölməsində Ozon təbəqəsinin məhv edilməsi də daxil olmaqla, dünyaya zərər verən bir çox fəlakətin ixtiraçısı - Tomas Midqli haqqında yazı təqdim edir.
Tomas Midqli 18 may 1889-cu ildə Pensilvaniyada anadan olmuş amerikalı mexanika mühəndis idi. O, çox zəhərli kimyəvi maddələrin dünyaya, cəmiyyətə və ətraf mühitə gətirə biləcəyi fəsadlar barədə düşünmədən, hətta özünə vura biləcəyi zərərləri nəzərə almadan sınaqdan keçirməkdən çəkinməyən bir mühəndis olub.
Midqli tetraetil qurğuşunun ixtiraçısıdır, o vaxt ucuz olduğuna görə dərdlərə dərman kimi satılırdı.
Bu dövrdə istehsal olunan avtomobillərin 98%-ində qurğuşundan istifadə edilib, evlər isə qurğuşun əsaslı boya ilə rənglənib. Ucuz olduğu üçün zərərləri diqqəti belə çəkməyib.
Əslində, qurğuşunun zəhərli bir maddə olması haqqında məlumat e.ə. 100 il əvvələ aiddir. Lakin cəhalət, acgözlük və rahatlıq Midqlinin görməzlikdən gələ biləcəyi bir mühit yaratdı.
Üzvü olduğu işçi qrupunun rəhbəri Çarlz Ketterinqlə telefon danışığı zamanı Midqli itkiləri bir kənara qoyub, “Bununla nə qədər pul qazanacağımızı təsəvvür edirsinizmi? 200 milyon dollar, bəlkə də daha çox qazanacağıq”.
Qurğuşunun neyrotoksin xüsusiyyəti o deməkdir ki, təəssüf ki, bu maddənin yüksək dozasına məruz qalan canlıların beyinlərinə geri dönməz ziyan vurur.
Şəkildə güllənin beynimizə zərər verə biləcəyi yer qeyd olunub.
Dəhşətdir…
Eyni zamanda, qurğuşuna çox məruz qalan insanlarda korluq, yuxusuzluq, böyrək çatışmazlığı, eşitmə itkisi, xərçəng və iflic kimi ağır xəstəliklər müşahidə olunub.
Buna baxmayaraq, o dövrdə yaşayan insanlar qurğuşunun zərərlərindən xəbərsiz olsalar da, bu maddənin ucuzluğuna görə ona rəğbət bəsləməkdə davam edirdilər.
Hətta qurğuşun istifadə edilən fabriklərdə çalışan işçilər arasında ölüm halları çox olub və istehsalın ilk günlərində ən azı 15 nəfərin öldüyü məlum olub.
Midqli bunun əksini iddia etsə də, ölüm hallarının qarşısını ala bilməyən hökumət son çarəni fabrikləri bağlamaqda və qurğuşun əsaslı məhsulların istifadəsini qadağan etməkdə tapıb.
Midqlidən sonra 60 il ərzində qurğuşun bütün dünyaya yayıldı. Təsəvvür edin, bizim IQ səviyyəmizə, sinir sistemimizə vurulan ziyanın həcmini...
Lakin Midqlini heç nə dayandıra bilməzdi..
Qurğuşundan sonra üzərində işlədiyi mövzu bu gün ozon təbəqəsinin məhvində rol oynayan CFC (xloroflorokarbon) idi.
Bu şəkil ozon təbəqəsinin illər ərzində dəyişməsini göstərir.
Sarı və qırmızı bölgələr ozonun ən çox olduğu yerlər olsa da, bənövşəyi və mavi rənglər ozonun az olduğu yerləri göstərir.
Qurğuşun kimi zərərli təsiri çox sonra kəşf edilən və dezodorantlarda, soyuducularda və sənayenin bəzi sahələrində istifadə edilən xloroflorokarbon yalnız yetmişinci illərin əvvəllərində qadağan edildi...
Amma bizim üçün çox gec idi, Tomas Midqli edəcəyini artıq etmişdi...
Midqli, özü 51 yaşında qurğuşun zəhərlənməsindən iflic olub. Bu dəfə o, yataq xəstəsi olmamaq üçün mexanizm hazırlayıb və bu mexanizmdən 4 il istifadə edib!
Lakin Midqli 55 yaşında hazırladığı mexanizmin çarxına ilişərək ölüb.
Bəlkə də, ahını aldığı təbiətin, insanların qanında boğulub, lakin bu günün özündə də biz hələ Tomas Midqlinin ölümcül ixtiralarının nəticələrini yaşayırıq. Pul üçün elm və insanlıq adına bütün etik sərhədləri aşan alim özünü də bu yolda qurban verib.
Aysel
Sfera.az