Xanımlarla dostluq edən kişilərin davranışlarında hansı dəyişikliklər olur? – Psixoloqdan AÇIQLAMA

Xanımlarla dostluq edən kişilərin davranışlarında hansı dəyişikliklər olur? – Psixoloqdan AÇIQLAMA

Bəzi hallarda xanımlarla daha çox dostluq edən kişilərin davranışlarında müəyyən dəyişikliklərin yarandığı deyilir. Məsələn, bu şəxslərin danışıq tərzlərinin, zövqlərinin dəyişdiyi bildirilir.

 

Maraqlıdır, bu fikirlərin elmi əsası varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Rövşən Nəcəfov xanımlarla dostluq edən bəylərin xarakter və davranışlarının dəyişməsinin bütün hallarda keçərli olmadığını deyib:

 

“Bəylərin xanımlarla dostluq etməsi normaldır. İnsan olduğu mühitə adaptasiya olur. Lakin bu o demək deyil ki, bu, onun bioloji və psixoloji baxışlarına təsir edəcək. Ümumiyyətlə, insanın bioloji və psixoloji cinsiyyəti fərqli ola bilər. Ən böyük uyğunsuzluq isə bu zaman yaranır. Belə olan halda peşəkarlara müraciət etmək lazımdır ki, bu uyğunsuzluğu tənzimləmək mümkün olsun. Bəzən biz bu uyğunsuzluğu gözardı edirik, amma bu, gələcəkdə şəxsin əmək və şəxsi həyatında uçurumlara səbəb olur. Bu məsələ insanın yaşı ilə də bağlıdır. Psixoloji  və bioloji yaş arasında fərqlilik olarsa, uyğunluq tənzimlənməlidir. Nə olursa olsun, düşüncəmizi dəyişmədən həyatımızı dəyişə bilmərik. Düşüncəni dəyişmək üçün isə obyektiv baxış lazımdır. Bunun üçün də psixoloqlara müraciət gərəkir".

 

Mütəxəssis insanın xarakterinin dəyişilməz olduğu ilə bağlı düşüncələrin yanlış olduğunu qeyd edib:

 

“İnsanın düşüncə və davranışlarını yaşadığı mühitlə, münasibətləri tənzimləyir. Bioloji faktor isə insanın psixikasına, psixoloji faktor isə fiziologiyaya təsir edir. Bu gün müşahidələrimiz əsasında şəxslərin davranışlarında uyğunsuzluq müəyyən edilirsə, həmin uyğunsuzluğun mütləq bir bioloji və ya psixoloji səbəbi var. İlkin müşahidə zamanı biz bunun konkret nə olduğunu bilmirik. Ola bilsin, həmin şəxslərin davranışları uşaqlıq travmalarına bağlıdır. Ola bilər ki, şəxsin böyüdüyü mühit, ailə onun davranışlarını başqa formada tənzimləyib. Bir şəxsin psixoportretini görmək üçün onun psixodioqnostik testlərdən keçməsi və dəfələrlə müşahidə edilərək müəyyən edilmiş psixoloji aspektlərin interpretasiyası çox önəmlidir. Yəni biz interpretasiya etmədiyimiz diaqnozu fakt olaraq ifadə edə bimərik”.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...