Sakinlərinin qeyri-insani rəftara məruz qaldığı qadın sığınacağı - \"Magdalena Camaşırxana” həbsxanası
25 oktyabr 1996-cı ildə İrlandiyada sonuncu "Maqdalena Camaşırxanası" bağlanarkən, hələ də orada 40 qadın yaşayırdı, onlardan ən yaşlısının 79 yaşı var idi…
Bəs nə idi bu “Magdalene Laundries” kimi tanınan “Magdalena Camaşırxanası"nın ürpədici, qaranlıq və heç bir kitaba sığmayan tarixi?
Sfera.az sizə tarixin ən qaranlıq və qeyri-insani səhifələrindən biri; sakinlərin hər cür işgəncə gördüyü, alçaldıldığı, qeyri-insani rəftara məruz qaldığı qadın sığınacağı - "Magdalena Camaşırxanası" haqqında yazı təqdim edir.
"Magdalena Camaşırxanası" 1758-ci ildən qıtlıq, təbii fəlakətlər və müharibələrdən sonra İngiltərə, Şotlandiya, İrlandiya, ABŞ, Kanada, İsveç və Avstraliyada yaradılmış və 20-ci əsrin sonuna qədər fəaliyyət göstərmişdir. Əvvəlcə protestant, daha sonra katolik olan Roma hüququ ilə idarə olunub. Sakinləri “düşmüş” qadınlar kimi təsnif edilirdi; burada nikahdankənar hamiləlik keçirmiş, ailəsi tərəfindən rədd edilmiş tənha analar, seks işçiləri, yetimlər, alkoqoliklər və əqli qüsurlu qadınlar cəmiyyətdən kənarlaşdırılırdı.
İrlandiyada təqribən 30.000 qadın (10 mini 1922-1996-cı illər arasında qeydiyyata alınmışdır) cəmiyyət, ailələr, dövlət və ya kilsə tərəfindən cəza məqsədləri üçün onların iradəsinə zidd olaraq bu müəssisələrdə həbs edilib.
“Maqdalena Camaşırxanaları” olaraq da bilinən Maqdalena Sığınacaqları 18-ci əsrdən 20-ci əsrin sonlarına qədər bu "düşmüş qadınları" yerləşdirmək üçün fəaliyyət göstərən Roma Katolik qurumları idi.
Burada işləyən qadınlar onlara baxmaq üçün təyin olunmuş rahibələrin nəzarəti altında camaşırxana xidməti göstərirdilər. Bu mərkəzlər dinindən dönmüş və kilsələrin inanclarına hər hansı şəkildə qarşı çıxan qadınları islah edəcəklərini iddia edirdilər.
Müəssisələr fahişə kimi təsvir edilən bibliya fiquru Meri Maqdalenanın şərəfinə adlandırılmışdır.
Bu mərkəzlərə nikahdankənar cinsi əlaqədə olan və ya hamilə qalan qadınlar onların razılığı olmadan yerləşdirilib. Camaşırxanada olan qadınların heç birinin adı çəkilməyib. Hər bir qadın ona təyin olunmuş nömrələrlə tanınırdı. Bu camaşırxanaların çoxu həbsxana qocalar evləri kimi effektiv şəkildə fəaliyyət göstərirdi. Camaşırxana rejimləri həbsxanalarda olanlardan daha sərt idi. Buraya düşən “əxlaqsız qadınlar” rahiblər tərəfindən reabilitasiya olunaraq işə götürülürdülər. Camaşırxanada işləyən qadınlara heç bir maaş verilmirdi. Sağ qalanlardan biri iş şəraiti haqqında danışarkən: “Temperatur inanılmaz idi. Zəng çalmadan stansiyanızı tərk edə bilməzdiniz. Tapşırığın nə olursa olsun, onu yerinə yetirməli idin”-deyib.
Camaşırxanada eyni anda təxminən 150 qadın işləyə bilərdi və ildə 100-ə yaxın qadın qəbul edilirdi. Qadın sığınacağı və ya reabilitasiya mərkəzi kimi görünən, lakin hər cür zorakılığın tüğyan etdiyi bu camaşırxanalar heç də məsum yerlər deyildi. 1993-cü ildə Dublində bu camaşırxanalarda qalan 155 qadın cəsədinin olduğu kütləvi məzarlıqlar tapılıb.
Dublində, şəhərin Sean McDermott küçəsindəki sonuncu Magdalene Camaşırxanası 1996-cı ildə bağlanın. Bağlanarkən burada 40 qadın var idi, onlardan ən yaşlısının 79 yaşı var idi. Son 30 il ərzində bəzi rahibələr Magdalena adını istifadə etməkdən çəkinir, çünki bu, "günahkar" deməkdir. 2013-cü ildə İrlandiya hökuməti bu evlərdə yaşayıb işləməli olan qadınlardan rəsmi şəkildə dövlət adına üzr istəyib. Bərpaedici ədalət layihələri çərçivəsində sağ qalanlara maddi kompensasiyalar ödənilib.
1930-40-cı illərdə Dublindəki Xeyriyyə bacılarının Maqdalena camaşırxanasından məsul olan Ata Cek Delaneyə aid bir film kolleksiyasında camaşırxanada qalan rahibələr və qadınların bağçada və səhnədə oynayıb rəqs etdikləri görülür. Kadrlarda camaşırxana sakinlərinin nə geyindiyi, necə oyun oynadıqları, bir-biri ilə və kinorejissorla münasibəti əks olunub.
20 il əvvəl qatı katolik olan İrlandiyada doğuşa nəzarət qadağan edilsə də, bakirəlik böyük əhəmiyyət kəsb edirdi. Bakirəlikdən məhrum edilmiş və ya hamilə olan yeniyetmə qızlar ailələrini utandırdıqlarına görə heç vaxt bağışlanmasalar da, evdən qovularaq “günahlarından təmizlənmək” üçün monastırlara göndərilirdi. Burada bu gənc qızlar nəinki həbsxana həyatı yaşayıblar, hətta həftənin 6 günü səhər saat 6-dan axşam 6-ya kimi daha çox camaşırxanada dözülməz işlərdə çalışıblar. Buna görə də bu sığınacaq tarixdə “Magdalene Laundries” kimi tanınır.
Buraya qızların hansı səbəbə görə göndərildikləri isə sadəcə qan dondurur!
Maqdalena “ölkəsinə” göndərilmək üçün qeyri-qanuni uşağa hamilə qalmaq ən normal hal idi. Maqdalena yataqxanalarına qızlar hətta əmisi oğlu tərəfindən narahat edilən (sataşılan, cinsi qısnamaya məruz qalan), təcavüz edilən yeniyetmə ikən əks cinsə maraq göstərən və ya sadəcə gözəl olduğuna, özünə və başqalarına mənəvi təhlükə yaratdığına görə göndərilə bilərdilər.
Təbii ki, oxşar vəziyyətlərdə olan oğlanlardan söhbət gedə bilməzdi. Həmişə olduğu kimi, kişi bunu etsəydi, heç nə olmazdı. Baxmayaraq ki, bu monastırlara sığınmaq üçün heç nə etməyə ehtiyac yox idi.
Bəs qızların taleyi necə olub?
Buraya gətirilən gənc qızlardan bəziləri monastırda rahibələr tərəfindən işgəncələrə və zorakılığa məruz qalır, həm də gərgin və pis şəraitdə işləyirdilər. Hətta keşiş tərəfindən zorlananlar da olub. Ancaq yaşadıqlarını heç kimə deyə bilmədilər. İzah edə bilməmək bir yana, onlara danışmaq belə qadağan edilib. Ailənin günahkarı kimi onsuz da onlardan heç bunu xahiş edən də yox idi.
Dünyaya uşaq gətirən qızlardan körpələri alınaraq pul müqabilində “yaxşı katolik ailələrə” satılırdı. Bu övladlığa götürmələrin çoxu Amerikadakı ailələrə aiddir. Körpələrin anaları olan bu “günahkar” qızlara körpələrin hara getdiyi bildirilməyib, onlara övladlarından imtina etdikləri və onları heç vaxt axtarmayacaqları barədə sənəd imzalatdırıblar. Bu yolla yüzlərlə gənc ananın körpələri əlindən zorla alınıb.
Qeyd etdiyimiz kimi orta əsr Avropasını xatırladan bu ibtidai köləlik və ayrı-seçkilik nizamı ilk dəfə 1758-ci ildə İngiltərədə başlamışdır. Kanada, ABŞ, Avstraliya və İngiltərədə Magdalena yataqxanaları qısa müddət fəaliyyət göstərsə də, İrlandiyada fəaliyyət göstərən sonuncu yataqxana 1996-cı ildə bağlanıb.
Necə azad oldular?
Həbsxanalardan fərqli olaraq, Maqdalena yataqxanasının istifadə müddəti yox idi. Yataqxanadan çıxmağın iki yolu var idi; İstənilən halda, sizi götürməyə gələn bir ailə üzvü olacaq (bu, qızları orda qoyan öz ailəsi olduğu üçün çətin idi), ya da qaçacaqdılar. Nəhayət, bu həbsxanadan - “Allahın evindən” çıxmağı bacaran az sayda qız var idi. Ancaq çölə çıxsalar da, illərlə pis rəftar, işgəncə və zorakılığa məruz qalan qızların xarici aləmə uyğunlaşması asan olmayıb. Yaşadıqları travmanın təsiri altında olan qızların bəziləri evliliyini davam etdirə bilməyib, bəziləri heç ərə getməyib, bəziləri isə ruhi xəstəxanalarda dünyasını dəyişib.
Uzun müddət bu qaranlıq tarix ört-basdır edildi və həyatı qaraya çevrilmiş minlərlə gənc qızın başına nə gəldiyini heç kim bilmədi. 1993-cü ilə qədər, Dublindəki köhnə bir monastırda nəhəng qəbiristanlıq tapılana qədər... Bu hadisə media tərəfindən açıqlandı. 2013-cü ildə Hökumət Maqdalenalı qadınlardan üzr istədi və sağ qalanlara 60 milyon avro təzminat ödəməyə razı oldu. Kilsə tam məlumat verməsə də, təkcə İrlandiyada təxminən 300.000 qadının bu yataqxanalarında qaldığı təxmin edilir.
Daha çox məlumatı haradan əldə etmək olar?
Maqdalenalı qadınları öyrənmək istəsək də, nə türk qaynaqlarından, nə də bizim yerli mənbələrdə buna rast gəlmək olmur. Amma məsələni çox aydın şəkildə ümumiləşdirən və hətta Katolik Kilsəsi tərəfindən qınanan “Magdalena Bacıları” filminə baxa bilərsiniz. Maqdalena yataqxanasında qalan və uşağı əlindən alan bir ananın 50 il sonra övladını axtarmasından bəhs edən “Philomena” filmi ilə də mövzu haqqında məlumat ala bilərsiniz.
Xanım
Sfera.az