Köləliyi rədd edərək, peyğəmbərliyini bəyan edən, Ağdərilərin qırğını ilə tarixə keçən üsyankar lider - Nat Turner

Köləliyi rədd edərək, peyğəmbərliyini bəyan edən, Ağdərilərin qırğını ilə tarixə keçən üsyankar lider - Nat Turner

Köləlik bəşəriyyət üçün bir donqardır və bu gün də onu müdafiə edə biləcək bəzi insanlara rast gələ bilərik.
 

Bəli, elədir. Hətta tarix kitablarında olan Nat Turnerin nümunəsi ilə.


Sfera.az sizə ağdərili insanların qətliamı ilə tarixə keçən üsyankar lider Nat Turner haqqında yazı təqdim edir.


Adi bir qul kimi həyatına davam edən Turner, bütün kölələr kimi yaşadığı zülmə qarşı üsyan etmək əvəzinə səsini ucaltmağı seçdi. O, 50-yə yaxın tərəfdar toplayaraq, qul üsyanına rəhbərlik edib.

 

Bəlkə də buna müvəffəq olmadı və köləlik bütün dünyaya qaranlığı yaymağa davam etdi, amma baş verənləri heç də gözardı etmək olmaz.
 

Nat Turner doğulduğu andan özünü qul kimi tanıyırdı. Atasını tanımırdı, ancaq “sahibini” tanıyırdı. Onu tanıyanların dediyinə görə, iti zəkası, çevik anlayışı ilə digərlərindən seçilirdi, qul da olsa, fərq göz qabağında idi.

 

Bu çevik zəka ona özünü məşq etdirməyə imkan verdi. O, gənc yaşda oxumaqda və yazmaqda azad insanlardan daha yaxşı idi.
 

Oxuya bildiyi əsərlər məhdud idi, adətən dini əsərlərlə vaxt keçirə bilirdi və nəticədə zamanla son dərəcə dindar bir şəxsiyyətə çevrildi.
 

Bununla da kifayətlənməyib, 22 yaşında Allahı gördüyünü iddia etdi və ondan bəzi vəhylər aldı.


O, daim İncildən parçalar oxuyurdu və onun dediklərinə inanan qul dostları ona “Peyğəmbər” ləqəbi qoydular.


Əvvəllər məhəbbət əlaməti olan bu ləqəb bir müddət sonra Törnerin fikirlərinin radikallaşması ilə ciddi məna qazanıb. Bir müddət sonra o, yaxınlarına Allah tərəfindən uca bir məqsədə xidmət etmək üçün təyin edildiyini söyləməyə başladı.
 

Onun işlədiyi sahədəki qulların çoxu onun peyğəmbərliyini tanıdılar. Onlar nəinki qara qul idilər, hətta ağdərili bir şagirdi də var idi.

Bu birlik dini sərhədləri aşdı və qısa müddətdə onların narahat olduqları bu nizamı dəyişdirmək üçün azadlıq mübarizəsinə çevrildi.
 

Turner bildirirdi ki, o və davamçıları Allahın səltənətinin düşməni ilə, onları köləliyə layiq edən səltənətlə döyüşəcəklər. Ona görə də öz silahı ilə onları vururdu.
 

Bəs krallıqla müharibə nə vaxt başlayacaqdı? Bu, onun izləyicilərini düşündürən sual idi.


Əsrarəngiz şəxsiyyət, "peyğəmbər" Turner 11 fevral 1831-ci ildə hərəkətə keçmək üçün siqnal aldı. Hadisələrin baş verdiyi Virciniya ştatında Günəş tutulması müşahidə olunub və Turner bunu “Günəşə uzanan qaradərili adam” kimi şərh edib.

 

Avqustun 13-də növbəti dəfə tutulma müşahidə edilib. Turner bunun Allahın son əlaməti olduğunu söyləyib. Qiyam vaxtı idi, avqustun 21-də odlar yandırıldı...

Onun ardınca gələn ilk üsyançılar onun qul dostları, eyni sahədə işlədiyi ardıcılları oldular. Onlar ətrafda dolaşmağa, əvvəlcədən müəyyən edilmiş mahnıları oxumağa, diqqəti cəlb etmədən digər qullarla ünsiyyət qurmağa başladılar.


Diqqəti cəlb etməmək hər cəhətdən vacib idi.

Bu səbəbdən silahlarını özləri ilə eyniləşdirilən və onları köləliyə məhkum edən alətlər arasından seçdilər. Onlar odlu silah əvəzinə kəsici alətlərdən və çubuqlardan istifadə ediblər.

 

Üsyançılar ev-ev gəzərək tapdıqları qulları azad etdilər. Təkcə bu deyil, kişi, qadın və uşaq gördükləri bütün ağ insanları öldürdülər.
Bu, böyük zorakılıq, amansız qırğın idi. Günün sonuna qədər 50-dən çox qul sahibi öldürüldü. Turner, Tanrının əlaməti olan ona günahsız görünən bu zorakılıq dalğası ilə ağların qullara etdiyi zorakılığa empatiya quracağına inanırdı.

 

Amma bu, onların gözlədiyi azadlıq hərəkatı olmadı, üsyan iki gün ərzində yatırıldı. Bu kiçik miqyaslı müharibədə 200-ə yaxın qaradərili öldürüldü.

Əslində təkcə üsyançılar deyil, hadisələrlə heç bir əlaqəsi olmayan qullar da öldürüldü. Əslində, tam azadlıq ideyasının zərərli olduğu ortaya çıxdı: şübhəliləri tutmaq üçün lazım olan xərclər azad qaradərililərdən vergi tutulmaqla ödənilirdi.
 

Bütün bunlar davam edərkən Nat Turner yoxa çıxdı.

Hadisələr başlayandan təxminən iki ay sonra Benjamin Philips adlı fermer Turneri gizlənərkən öz hasarının altında tapıb, onu tanıyıb və səlahiyyətlilərə təhvil verib.
İfadəsinə görə, bu üsyanda Turner yalnız bir nəfəri öldürüb, o üsyanda yalnız aparıcı idi.
 

Lakin onu və tərəfdarlarını sınaqdan xilas etmək mümkün olmayıb. Üsyanda iştirak edən 45 qul mühakimə olunub, onlardan 18-i asılıb, qalanları yenidən satılıb.

Hadisəni bütün təfərrüatı ilə etiraf edən Nat Turner iğtişaş planlaşdırmaqda təqsirli bilinib və ölüm cəzasına məhkum edilib. Təkcə bu deyil, digər üsyançı hərəkatlara dərs olsun deyə onun dərisi soyulmuş, başı bədənindən ayrılmışdı.

 

Abolisionizmlə başlayan bu hərəkat təbii ki, qəhrəmanlıq idi, lakin günahsız insanları qırmağa başlaması onları öz məqsədindən yayındırdı.
 

Əslində, onların rəğbət qazanacağını gözləyərək törətdikləri bu “qırğın” onlara qarşı daha böyük tədbirlərə və daha sərt sanksiyalara səbəb oldu.
 

Bəziləri hətta bu üsyandan sonra köləliyin zəruri olduğunu düşünməyə başladılar.
 

Çox fərqli məqsədlərlə başlayan hərəkat məqsədindən yayınanda hamının ziyanına başa çatdı...

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR