Qəhvə içməyin inanılmaz faydaları – YENİ ARAŞDIRMA

Qəhvə içməyin inanılmaz faydaları – YENİ ARAŞDIRMA

Qəhvənin ürək sağlamlığı və yuxuya təsiri ilə bağlı yeni araşdırma aparılıb.

 

Sfera.az “The Telegraph”a bildirir ki, sözügedən araşdırma mart ayında “New England Journal Of Medicine” jurnalında dərc olunub.

 

Tədqiqatda könüllü şəxslər ürək ritmini mütəmadi olaraq qeyd etmək üçün monitor, həmçinin gündəlik addımları və yuxu rejimini izləmək üçün “Fitbit”, qan şəkəri monitoru ilə təchiz edilib.  Daha sonra onlara iki həftə boyu müəyyənləşdirilmiş günlərdə qəhvə içməkləri və ya əksini bildirən mesajlar göndərilib. Tədqiqata rəhbərlik edən professor Qreqori Markus yeni araşdırmanın bəzi məlumatları təkzib etdiyini söyləyib.

 

Kardioloq Neil Şinivasan qəhvənin ürək döyüntüsü yaratmadığını və məhdudlaşdırılmasına ehtiyac olmadığını bildirib: “Tədqiqatlar göstərdi ki, qəhvə içmək əlavə ürək döyüntülərinə səbəb ola bilir. Lakin bunlar ümumi və zərərsizdir. Əslində araşdırmaya görə, qəhvənin bəzən ürək sağlamlığımızı gücləndirə biləcəyi müəyyən olundu. Könüllülər qəhvə içdikləri günlərdə 1000 əlavə addım atdılar. Bu da ümumi fiziki və ürək-damar sağlamlığı üçün yaxşı olan gəzintiyə bərabərdir. Tədqiqat həmçinin kofeinin qlükozada sıçrayışlara səbəb olmadığını, bunun da bəzi keçmiş tədqiqatların irəli sürdüyü kimi diabet və ateroskleroz (ürək damarlarının sərtləşməsi) kimi uzunmüddətli xəstəliklər riskini artıra biləcəyini irəli sürdü”.

 

Tədqiqat iştirakçıları həmçinin, qəhvə içdikləri günlərdə təxminən 36 dəqiqə daha az yatıblar. Bu barədə Neil Şinivasan deyib ki, yuxu ümumi fiziki və psixi sağlamlıq üçün faydalıdır: “Maraqlıdır ki, genetik baxımdan kofeini daha sürətli parçalaya bilən insanlar daha az yuxu çatışmazlığı yaşadılar. Lakin kofeini daha yavaş həzm edənlər az yatdılar. Odur ki, qəhvəni axşam içməmək məqsədəuyğun ola bilər”.

 

Məlumata görə, qəhvənin demans inkişaf riskinə təsiri hələ də aydınlaşmayıb.  Bununla bağlı danışan Harvard tibb professoru Sanjiv Çopra “İki-dörd fincan qəhvə içmək, ehtimal ki, alzeimer xəstəliyinin inkişaf riskini azaldır, lakin altı stəkandan çox içmək əks effekt yarada bilər”, deyə söyləyib. Çopra bildirib ki, qəhvə içmək prostat, qaraciyər və döş vəzi, həmçinin 2-ci tip diabet, Parkinson və podaqra daxil olmaqla yeddi xərçəng riskinin aşağı düşməsi ilə əlaqələndirilir: “2014-cü ildə aparılan bir analiz gündə dörd fincana qədər kofeinli qəhvə içməyin şəkərli diabetə tutulma riskini 25 faiz azaltdığını göstərib. 2011-ci ildə aparılan araşdırmalara görə isə müntəzəm qəhvə içənlər xərçəngə tutulma riskini nadir hallarda və ya heç vaxt içməyənlərlə müqayisədə 13 faiz azaldır”. Qidalanma üzrə alim Emili Liminq isə  qəhvənin digər adi içkilərə nisbətən daha çox lif ehtiva etdiyini vurğulayıb: “Lakin qəhvənin digər super gücü onun bağırsaq bakteriyaları üçün qida olduğu güman edilən yüksək polifenol, antioksidant konsentrasiyası olmasıdır. Düşünülür ki, qəhvənin daha yaxşı qaraciyər, həmçinin psixi sağlamlıq və ikinci tip diabet riskinin aşağı olması kimi bir çox təsirləri də bununla əlaqəlidir. Bu içkinin hazır və ya kafeinsiz olmasının fərqi yoxdur. Əgər insanda şəkərli diabet yoxdursa, o zaman qəhvəyə şəkər, süd və ya qaymaq əlavə etmək olar. Son araşdırma göstərir ki, gündə beş stəkan və ya daha az qəhvə içən sağlam gənclərdə ürək ritminin pozulmasına səbəb olma ehtimalı azdır”.

 

Professor Çopra son olaraq bildirib ki, yuxusuzluqdan qaçmaq üçün axşam saat 16:00-a qədər qəhvə içmək məqsədəuyğundur: “Fransız filosofu Volter  83 il yaşadı. Onun hər gün 40-50 stəkan qəhvə içdiyi bildirilir. Bəzən isə  kakao ilə qarışdırırdı. Yəni istisnalar qaydanı pozmur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR