Məşhur rəssamların əsərlərini təqlid edərək varlanan fırıldaqçı rəssamın MARAQLI HEKAYƏSİ

Məşhur rəssamların əsərlərini təqlid edərək varlanan fırıldaqçı rəssamın MARAQLI HEKAYƏSİ

Məşhur rəssamların əsərlərini təqlid edib sataraq sərvət qazanan fırıldaqçı rəssam Elmir de Hori haqqında eşitmisinizmi? Oxuduqca yaşadıqlarını görüb bəlkə də, etdiklərinə haqq qazandıracaqsınız.
 

Sfera.az bu fırıldaqçı rəssamın maraqlı hekayəsi ilə bağlı məlumatları sizin üçün təqdim edir.
 

Elmir De Hori 1906-cı ildə Macarıstanda anadan olub.
 

Məşhur fırıldaqçının uşaqlığı ilə bağlı mənbələrdə o qədər də çox məlumat yoxdur, çünki o, manipulyasiya bacarığından istifadə edərək keçmişi ilə bağlı hər kəsə müxtəlif məlumatlar verib. Ancaq rəsmi məlumatlara görə, yəhudi ailəsindən olan De Horinin orta təbəqə bir ailədə böyüdüyü və atasının əl istehsalı malların satışı ilə məşğul olduğu məlumdur.


De Hori uşaqlıqdan aristokrat ailədən olduğu yalanını danışıb.
 

Atasının Avstriya-Macarıstan səfiri olduğunu iddia edən De Horinin gələcəkdə adını hallandıracaq böyük yalanlarından birincisi bu idi. Sonrakı illərdə özünü özündən 8 yaş kiçik göstərmək üçün 1914-cü ildə doğulduğunu yalanlamış, illər sonra yazdığı tərcümeyi-halında isə 16 yaşında valideynlərini itirdiyini iddia etmişdi.
De Horinin sənətə marağı hamıya məlum idi.
 

16 yaşında Münhendə rəssamlıq təhsili almağa başlayan De Hori 1926-cı ildə Parisə köçür və məşhur rəssam Fernand Legerlə işləməyə başlayır. Lakin gənc rəssamın o zamankı əsərləri onun gözlədiyi diqqəti görməyib. Fovizm, Ekspressionizm və Kubizm kimi qeyri-ənənəvi sənət cərəyanlarının qəfil ortaya çıxması De Horinin daha klassik üslubda olan əsərlərini geridə qoydu.

 

Gənc rəssam yaşadığı maliyyə çətinliklərini həll etmək üçün müxtəlif yollara əl atmaq qərarına gəlib.
 

Böyük Depressiyanın gətirdiyi ağır iqtisadi şəraitdən mənfi təsirlənən De Hori, İkinci Dünya Müharibəsi başlayanda ölkəsi Macarıstana qayıdır. Casusluqda şübhəli bilinən britaniyalı ilə dostluq etdiyi üzə çıxanda o, qısa müddətli həbs cəzasına məhkum edilib. Müharibə zamanı həbsdən azad edilir. Lakin bu dəfə də yəhudi və homoseksual olduğu üçün həbs düşərgəsinə salınır. O, burada məruz qaldığı işgəncələr nəticəsində aparıldığı xəstəxanadan qaça bilib.
Müharibədən sonra Parisdə məskunlaşıb və rəssamlıqla dolanmaq qərarına gəlib.
 

Qısa müddətdə müxtəlif rəssamların rəsmlərini təqlid edə biləcəyini anlayan rəssam 1946-cı ildə saxta Pikassonun rəsmini yaşlı ingilis qadınına satmaqla ilk saxtakarlığını həyata keçirib. De Horinin fikrincə, onun işi saxtakarlıq deyildi; çünki müştəriləri sərfəli qiymətə gözəl əsərlər alarkən o, həm də dolanışığını təmin etmək üçün pul qazanırdı.
 

Sonrakı bir neçə ili o, saxta Pikassonun rəsmlərini Paris qalereyalarına satmaqla keçirdi.
 

Biznesini genişləndirmək istəyən De Hori Rio-de-Janeyroda məskunlaşmaq və orijinal əsərlərini satmaq istəyirdi. Lakin rəsmləri gözlədiyi diqqəti görməyincə saxtakarlığa davam etmək qərarına gəlib. De Hory 1947-ci ildə üç aylıq ABŞ-a gedib, sonrakı 12 il ABŞ-da qalıb. Ökənin müxtəlif yerlərində saxta Matisse, Modigliani və Renoir rəsmlərini satıb.

 

Bəzi qalereya işçiləri De Horidən şübhələndikdə, o, təxəllüsü ilə satışa başlayıb.


ABŞ-da yaşadığı illərdə saysız-hesabsız saxta rəsmlər satan De Hori bu işdən xeyli gəlir əldə etməyi bacarıb. Lakin o, Harvard Universitetindəki Fogg Muzeyinə satdığı saxta “Matisse” tablosu ilə tutulub. Fərqli rəssamlara aid olduğu iddia edilən rəsmlər arasında oxşarlıq kuratorlardan birinin diqqətini çəkib. Muzey ABŞ-dakı rəssamlıq dərnəyinə məlumat verir. De Hori bu hadisədən sonra Meksikaya qaçır.
Meksikada olarkən onun adı bir cinayət işinə qarışır.


İngilis turistin qətlində əli olan De Hori vəkil tutaraq saxta işlərindən biri ilə vəkilə pul ödəyib. Bu hadisədən qaçıb ABŞ-a qayıdanda anladı ki, onun əsərləri müxtəlif sənət qalereyalarında yüksək qiymətə tapılır. De Horynin buradakı ən mühüm iddiası o idi ki, o, əsərlərə heç vaxt başqa bir rəssamın adından imza atmayıb: bu, əsərlərin “saxta” statusu hesab edilməsinin qarşısını alırdı. Rəssamın rəsm üslubunu kopyalamaq ABŞ qanunlarına görə cinayət olmadığı üçün əsərlərin satışında və sərgisində heç bir problem yox idi.

 

İllər boyu saxtakarlıqla yaşayan rəssamın işləri zamanla pisləşməyə başlayıb.
 

Aldıqları rəsmlərin saxta olduğunu anlayan sənət ekspertləri və qalereya sahibləri vəziyyətlə bağlı İnterpola məlumat veriblər. De Horynin 56 saxta tablosunu alan Texas milyarderi, rəssamın dərhal həbs olunması üçün ictimai təzyiq yaradıb. Bunun üzərinə İbizaya qaçan rəssam, saxta rəsmlərini çəkərkən İspaniya ərazisində olmadığı üçün burada buna görə cəzalandırılmayıb. Ancaq o zaman cinayət hesab edilən "homoseksuallıq" iddiası ilə ona qarşı açılan məhkəmə nəticəsində iki ay həbs cəzasına məhkum edilib.

 

De Hory həyatının qalan hissəsini İbizada keçirdib.
 

Yetmişinci illərin əvvəllərində İbizada olan De Hori orijinal rəsmləri ilə dolanmağa çalışırdı. O, bu rəsmləri ilə sənət aləmində ad çıxarsa da, istədiyi sərvətə çata bilməyib. 1976-cı ilin dekabrında Fransaya ekstradisiya ediləcəyini öyrənən rəssam tutulmazdan bir müddət əvvəl evindəki yuxu dərmanı qutusundakı bütün həbləri udaraq həyatına son qoyub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR