Zəlzələyə ən davamlı 8 tikili - FOTOLAR

Zəlzələyə ən davamlı 8 tikili - FOTOLAR

Dünyanın zəlzələyə ən davamlı tikililəri hazırda gündəmdədir. 

 

Zəlzələ dağıdıcı nəticələr törədə bilən təbii fəlakət olsa da, ehtiyat tədbirləri görülərsə, ondan qorunmağın yolları var. Dünyada bir çox bina zəlzələlərə qarşı mühəndislik möcüzələri ilə təchiz edilib. Bu tikililər hətta 8-9 bal gücündə təkanlara da dözə bilir. 

 

Sfera.az xarici mətbuata istinadən həmin tikililəri təqdim edir:

 

MORI TOWER (TOKYO, YAPONİYA):

Zəlzələ dedikdə ağıla ilk gələn ölkələrdən biri olan Yaponiya seysmiklik baxımından çox aktiv bir bölgədə yerləşir. Yaponiyada buna uyğun dizayn edilmiş bir çox tikili var var. “Mori Tower”in rəsmi saytında yer alan məlumata görə, zəlzələ anında oradan qaçmaq yox, içəri qalmaq üçün dizayn edilib.

 

Burada seysmik müqavimət üçün amortizator mühəndisliyi tətbiq edilib. Tikilidə maye ilə doldurulmuş 192 amortizator istifadə olunub.

 

Zəlzələ zamanı yaşanan sarsıntı zamanı maye ilə doldurulmuş bu amortizatorlar müqavimət göstərmək üçün əks iqtiqamətdə çalxalanır. Bu isə zəlzələyə qarşı istifadə edilən ən təsirli üsullardan biridir. 

 

WILSHIRE GRAND CENTER (LOS ANCELES, ABŞ):

Cənubi Kaliforniya bölgəsi zəlzələ baxımından riskli ərazidə yerləşdiyi üçün bölgədəki binalarda buna uyğun düzəlişlər edilib. Los-Ancelesdəki ən hündür bina olan New Wilshire Grand Center yeni təlimatlara uyğun olaraq təmir olunub. 

 

Əvvəllər zəlzələnin yuxarı mərtəbələrdə qamçı effekti yarada biləcəyi deyilən bu bina indi çox möhkəm görkəm alıb.

 

Binanın üç hissəsində 30 dayaqdan istifadə olunub, beləliklə, obyektin şaquli və yanakı qüvvələrə müqavimət göstərməsinə imkan yaranıb. Bu dayaqları daha güclü şəkildə dəstəkləmək üçün hər bir bölməyə əlavə bir qoruyucu kəmər daxildir. Bu xüsusi kəmər həm genişlənə, həm də sıxıla biləndir. Hazırda Wilshire Grand Center ABŞ-ın ən təhlükəsiz binalarından biri hesab olunur. 

 

KOMATSU SEIREN (NOMI, YAPONİYA):

Yapon tekstil şirkəti “Komatsu Seiren” öz obyektlərini gücləndirmək və zəlzələyə davamlı hala gətirmək üçün karbon lifindən hazırlanmış yüksək gərginlikli xəttdən istifadə edir. 


Obyektin memarları Kengo Kuma və Associate bu yüksək gərginlikli çubuqlardan 1000 ədədini obyektin damına yapışdırmağı seçiblər. Mümkün zəlzələ zamanı obyektə tətbiq olunan üfüqi qüvvə minimuma enəcək və binaya dəyən zərər minimuma enəcək. 

 

SABIHA GÖKÇEN Hava Limanı (İSTANBUL, TÜRKİYƏ):

Sabiha Gökçen Hava Limanı gözlənilən böyük zəlzələyə uyğun olaraq inşa edilib. İki milyon kvadrat metrlik kompleks 300-dən çox seysmik izolyatorun üzərində yerləşir. Bu seysmik izolyatorlar sayəsində mümkün zəlzələ zamanı bina bütöv olaraq hərəkət edəcək və zərər səviyyəsi minimuma enəcək. Bu dizayn, mümkün bir zəlzələnin dağıdıcı təsirini 80 faiz azaldır.

 

TAIPEI 101 (TAIPEI, TAYVAN):

Taybey şəhərində yerləşən tikili ilə bağlı ən ağlasığmaz həqiqət; dünyanın ən böyük inersiyalı kütlə damperinin burada olmasıdır. 


Bu sistem əsasən hündür qüllələrin yırğalanmasını azaltmaq üçün qurulur. Nəhəng metal top külək və zəlzələ kimi böyük müvəqqəti yüklərə müqavimət göstərir. Qülləyə böyük qüvvələr təzyiq etdikcə kütlə damper əks istiqamətə yellənir. Topun kütləsi keçici qüvvələri özünə çəkir və bütün binanı tarazlıqda saxlayır.

 

PHILIPPINE ARENA (FİLİPPİNLƏR):

Dünyanın ən böyük qübbəli arenasıdır. Dünyanın ən məşhur və aktiv zəlzələ zolaqlarının evi olan Sakit Okean Halqası boyunca uzanır.

 

Arenada tətbiq olunan zəlzələ sistemi sayəsində alt tərəf hərəkət edərkən üst qat sabit qalır. Bu sistem əsas konstruksiya ilə sistem arasındakı boşluğu dolduran xüsusi kauçukdan ibarətdir. Yüksək enerji yayma xüsusiyyətinə malik kauçuk arenanın təhlükəsizliyini təmin edir.

 

TRANSAMERİKA PİRAMİDASI (SAN-FRANSİSKO, ABŞ):

Piramida Kaliforniyanın San Fransisko şəhərində, San Andreas və Hayvard zəlzələ zolaqlarının yaxınlığında yerləşir. 1970-ci illərin ikonik tikililərindən biridir. 1989-cu ildə 6,9 böyüklüyündə bina zəlzələyə məruz qaldıqda, üst mərtəbələr güclü şəkildə silkələnib. Lakin tikili zəlzələdən heç bir zərər görməyib. 
Binanın sirri seysmik yüklərlə hərəkət etmək üçün nəzərdə tutulmuş 52 fut dərinlikdə polad və beton təməldir. Şaquli və üfüqi yüklər 45-ci mərtəbəyə qədər uzanan daxili çərçivələrlə birinci mərtəbənin üstündəki unikal sistem ilə dəstəklənir. 

 

BURJ KHALIFA (DUBAY)

Bürc Xəlifə dünyanın ən davamlı binalarından biridir. Burada dayaq divarlarının perimetr sütunlarını daxili divarlara birləşdirdiyi mexaniki döşəmələrdən ibarət system qurulub. Sütunların şaquliliyi qravitasiya yüklərinin daşınmasına kömək edir.


Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR