Oxuyarkən “Hə, nə olsun ki" deyəcəksiniz - Qəribə və lazımsız təcrübələr

Oxuyarkən “Hə, nə olsun ki

Elmi dünyanın nə dərəcədə azad olması hələ də müzakirə mövzusudur. Keçmişdən bu günə qədər çoxlu elmi təcrübələr aparılmışdır. Bu təcrübələri zaman-zaman oxuculara təqdim edirik. Bəziləri insanları təəccübləndirməkdə davam edir.

 

Sfera.az bu dəfə dünya tarixində iz qoymuş ən qəribə və lazımsız hesab olunan təcrübələri təqdim edirik.


Stress təcrübəsi

 

Açıklama yok.

1960-cı illərdə stressin idarə olunması ilə bağlı təcrübə üçün 10 əsgəri daşıyan təyyarədə qəfildən “Mühərrikimiz xarabdır, eniş şassisi də işləmir. Biz okeana təcili eniş edəcəyik”-elan edildi. Daha sonra ölmək üzrə olduqlarını düşünən əsgərlərdən “ölümlərində ordunun heç bir günahı yoxdur” ifadəsi ilə anket doldurmaları istənilib. Maraqlısı odur ki, formanı bütün əsgərlər doldurub.



İki başlı it üzərində təcrübə

 

Açıklama yok.
(bu barədə keçmiş yazılarda məlumat vermişdik). Maraqlı burasındadır ki, bu dünyanın ən lazımsız və heç bir əhəmiyyət kəsb etməyən istənilən təcrübələr siyahısında ilk üçlükdə yer alır.


1954-cü ildə orqan transplantasiyası tədqiqatında tibb üçün çılpaq, lakin qorxunc bir təcrübə aparılıb. Sovet cərrahı Vladimir Demixov ön ayaqları ilə bir bala başını götürərək alman canavarı ilə birləşdirdi. İtlər cəmi bir aya yaxın sağ qalıblar.


LSD təcrübəsi

Açıklama yok.

Fil davranışını araşdıran Uorren Tomas 1962-ci ildə Truko adlı filə insan orqanizminin dözə biləcəyindən 3000 dəfə çox LSD yeritmişdir. O, dəlilik halının baş verəcəyini gözləyirdi; amma yazıq fil bir saat sonra ölüb.


Dirilmə təcrübəsi

Açıklama yok.
1930-cu illərdə ölü heyvanları canlandırmaq üçün bir təcrübə aparıldı. Robert Korniş qurduğu xüsusi cihazla yenicə ölmüş bəzi itlərin damarlarına adrenalin və antikoaqulyantlar yeridib. Bəzi itlər korluq və ağır beyin zədəsi ilə həyata qayıdıblar.


Qıdıqlama təcrübəsi

Açıklama yok.
Psixoloq Clarence James Leuba 1933-cü ildə gülməyin, qıdıqlamağa reaksiyanın öyrənilmiş bir davranış olub olmadığını araşdırmaq üçün bir təcrübə aparıb. Bu təcrübə üçün o, ətrafdakılardan yeni doğulan oğlunu qıdıqlayarkən gülməmələrini xahiş edib. Yeddi aylıq təcrübənin sonunda uşağın qıdıqlanarkən güldüyü müşahidə edilib. Beləliklə, gülməyin qeyri-ixtiyari bir cavab olduğu başa düşülüb. Amma yenə də lazımsız təcrübədir.


Qızdırma testi

Açıklama yok.

Sarı qızdırma xəstəliyinin yoluxucu olmadığını sübut etmək istəyən gənc həkim Stubbins Ffirth xəstəliyə tutulan şəxsin qusmasını içib. Həkim haqlı çıxıb, yoluxmayıb. Lakin bəzi mənbələrdə, Ffirthin yoluxucu xəstəlikdən öldüyü qeyd olunub. Üstəgəl, psixi pozuntular yaşayıb.

Heç təəcüblənmədik.


Sayəsində yazarkən və oxuyarkən biz də psixi pozuntu keçirdik.

 

Dırnaq yemə vərdişinin müalicəsi

Açıklama yok.

Lawrence Sheean hər gecə bir qrup dırnaq yeyən oğlanın yatdığı otaqda deyir: "Mənim dırnaqlarım çox acıdır!" O cümləni dönə-dönə təkrarlayıb. Təcrübənin sonunda uşaqların 40%-i bu vərdişdən əl çəkib.

Bu təcrübə olmamışdan da bizim analarımız əmziklərə istiot sürtməklə tərgidib onları bizə. Yəni, illah da alim olmağa gərək yox idi, elə deyilmi?


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR