Ən Maraqlı Cinayət Hekayəsi

Ən Maraqlı Cinayət Hekayəsi

Qəbul etmək çətin bir həqiqətdir.

 

Mark Tvenin dediyi kimi: “İnsanları aldatmaq, onları aldadıldıqlarına inandırmaqdan daha asandır...”
 

David Eagleman iddia edir ki, bizim etdiyimiz, düşündüyümüz və ya hiss etdiyimiz şeylərin demək olar ki, çoxu “özümüzdən başqa bizlər” tərəfindən həyata keçirilir. “Incognito” kitabının 153 və 156-cı səhifələri arasında o, zehnimizə təsir edəcək bir hekayə danışır. Hekayə olduqca maraqlı, olduqca paradoksaldır.

 

Sfera.az bu hekayəni təqdim edir.
 

Bu Charles Whitmanın hekayəsidir. Bu hekayəni olduğu kimi sizə təqdim edirik.

 

“1966-cı il avqustun isti və rütubətli ilk günündə o, onu Ostindəki Texas Universitetinin qülləsinin yuxarı mərtəbəsinə aparacaq liftə mindi. Daha sonra iyirmi beş yaşlı gənc üç pilləkən qalxaraq özü ilə bir çamadan silah və sursat sürüyərək müşahidə zonasına çatıb. Burada o, əvvəlcə qeydiyyatçını tapançasının qundağı ilə öldürüb, daha sonra pilləkənləri çıxarkən iki turistin ailəsinə atəş açıb və nəhayət, aşağıdakı şəxslərə fərq qoymadan atəş açmağa başlayıb. İlk vurduğu qadın hamilə idi. Ona kömək etməyə qaçanlar da Uitmanın silahından öz paylarını alıblar. Sonra isə küçədəki piyadalar və onların köməyinə gələn təcili yardım sürücüləri.


Whitman bir gecə əvvəl yazı makinasında intihar məktubu da yazmışdı:
 

“Bu günlər özümü tam başa düşə bilmirəm. Məni sağlam düşüncəli və ağıllı bir gənc kimi tanıyırlar. Amma son vaxtlar (nə vaxt başladığını xatırlamıram) çoxlu qeyri-adi və məntiqsiz fikirlərin qurbanı olmuşam”.
 

Hücum xəbəri yayıldıqca, bütün Ostin polisləri kompleksə yönləndirilib. Bir neçə saatdan sonra üç zabit və tez bir zamanda səlahiyyətləndirilmiş bir vətəndaş pilləkənləri qalxaraq müşahidə zonasında Uitmanı öldürməyi bacarıb. Whitman istisna olmaqla, on üç nəfər öldürülmüş, otuz üç nəfər yaralanmışdı.
 

Ertəsi gün Whitmanın hücumu bütün manşetlərə çevrildi. Polis ipuclarını tapmaq üçün onun evinə getdikdə, tablo göründüyündən daha ağır çıxdı: Whitman hücum günündən xeyli əvvəl anasını, daha sonra isə həyat yoldaşını yatdığı yerdə bıçaqlayaraq öldürmüşdü. Bu ilk qətllərdən sonra o, intihar məktubuna qayıtmış və bu dəfə əl yazısı ilə davam etmişdi:
 

"Yalnız çox düşündükdən sonra bu gecə həyat yoldaşım Ketini öldürmək qərarına gəldim... Mən onu çox sevirəm və o, mənə hər kişinin xəyal etdiyi cür çox yaxşı həyat yoldaşı olub."
 

"Bunu nəyə görə edəcəyim üçün heç bir inandırıcı səbəb düşünə bilmirəm."

...
 

Cinayətlərin şokundan əlavə, yeni, daha gizli bir sürpriz ortaya çıxıb:


Onun pozğun davranışının adi şəxsi həyatı ilə üst-üstə düşməsi. Keçmiş kəşfiyyatçı Whitman dəniz piyadası, sonra isə bank işçisi kimi çalışmışdı. Whitman uşaqlıqda Stanford Binet zəka testində 138 bal toplayaraq ilk yüzlükdə 1-ci yerə çıxmışdı. Məhz buna görə də onun Texas Universitetinin qülləsinə qanlı hücumundan sonra hamı izahat gözləyirdi.


Əslində, Whitmanın özünün də gözlədiyi bu idi. İntihar qeydində o, beynində nəyinsə dəyişib-dəyişmədiyini müəyyən etmək üçün yarılma aparılmasını xahiş edib. Çünki özü də buna şübhə edirdi. Hücumdan bir neçə ay əvvəl gündəliyində yazırdı:
 

“Bir dəfə bir həkimlə təxminən iki saat danışdım və ona izah etməyə çalışdım ki, şiddətlə hiss etdiyim zorakılıq məni incidir. Həmin seansdan sonra bir daha Həkimi görmədim. Mən o vaxtdan bəri bu ruhi qarışıqlıqla təkbaşına mübarizə aparıram və görünür, heç bir faydası yoxdur”.


WHITMAN-ın cəsədi morqa aparılıb, kəllə sümük mişarı ilə açılıb və beyni çıxarılıb. Yarılma aparan həkim beyində sikkə boyda şiş aşkar edib. Qlioblastoma adlanan bu şiş, talamus adlanan quruluşun aşağı hissəsindən çıxıb, hipotalamusa qədər uzanıb və amigdala olaraq bilinən beyinin üçüncü bir quruluşunu sıxıb.
 

Amigdala xüsusilə qorxu və təcavüzün mərkəzində emosiya mexanizmini tənzimləməkdən məsuldur. 1800-cü illərin sonlarında tədqiqatçılar amigdalanın zədələnməsinin emosional və sosial narahatlıqlara səbəb olduğunu aşkar ediblər. 1930-cu illərdə bioloqlar Heinrich Klüver və Paul Bucy göstərdilər ki, amigdala zədələnmiş meymunlarda qorxmazlıq, emosional atrofiya və həddindən artıq reaksiya kimi bir sıra simptomlar inkişaf edir. Hətta amigdala zədələnmiş dişi meymunların ana davranışı pozulur, tez-tez balalarına laqeyd yanaşır və ya onlara fiziki təzyiq göstərir. Sağlam insanlarda, xüsusilə qorxulu üzlər, qorxu anları və ya sosial fobiyalar gördükdə amigdalanın fəaliyyəti artır.
 

Whitmanın özü haqqında intuisiyası - beynindəki bir şeyin onun davranışını dəyişdirməsi - həqiqətən də olduqca dəqiq diaqnoz idi.
 

“Deyəsən, çox sevdiyim bu insanların hər ikisini vəhşicəsinə öldürmüşəm. Amma mən sadəcə işi tez və tam yerinə yetirməyə çalışdım... Əgər mənim həyat sığortam hələ də qüvvədədirsə, xahiş edirəm borclarımı ödəyin... Qalanını anonim olaraq fəaliyyət göstərən psixi sağlamlıq təşkilatına bağışlayın.”
 

Bu cür faciələrin qarşısını bəlkə də araşdırmalarla almaq olar.
 

Whitmandakı dəyişikliyi görənlər də var idi. Onun yaxın dostu Elaine Fuess, "O, tamamilə normal görünəndə belə, içində nəyisə idarə etməyə çalışdığı təəssüratını yaradırdı” deyib. Bu "bir şey" Whitman daxilindəki qəzəbli, aqressiv zombi proqramı icması idi. Daha sakit və daha rasional tərəflər reaktiv, zorakı tərəflərlə mübarizəni davam etdirsələr də, şişin vurduğu ziyan tarazlığı o qədər pozmuşdu ki, bu mübarizə artıq ədalətli deyildi.
 

Beləliklə, Whitmanda beyin şişinin tapılması onun vəhşicəsinə qətlləri ilə bağlı hisslərinizi dəyişirmi?
 

Əgər o, həmin gün ölməsəydi, normal olaraq onun üçün uyğun görəcəyiniz cəzaya bunun heç bir təsiri olardımı?
 

Bu şiş onu nə dərəcədə "cinayətkar" hesab etdiyinizə təsir edirmi?
 

Beynində şiş əmələ gəldiyi üçün davranışı nəzarətdən çıxan bədbəxt insanı cinayətkar hesab edirsinizmi?


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR