Bəziləri onu irqçi və seksist çıxışlarına görə pislədi - Qandi haqqında bilmədiklərimiz

Bəziləri onu irqçi və seksist çıxışlarına görə pislədi - Qandi haqqında bilmədiklərimiz

Qandi öz xalqının hüquqları və Hindistanın müstəqilliyi uğrunda mübarizə aparırdı. O, qeyri-zorakılıq və dini tolerantlıq kimi əsas dəyərləri qəbul edib. Ancaq Qandi haqqında bilinməyən və çox da xoş olmayan faktlar çoxdur.

 

Sfera.az ətraflı məlumat üçün bu haqda yazı təqdim edir.
 

Qandi ilk vaxtlar Londonda hüquq üzrə ali təhsilə başlayıb.
 

Qandi təhsilli olsa da, hindli olduğu üçün irqçilik və sosial boykota məruz qalmışdı. O, otellərə, ictimai nəqliyyata və yalnız ağdərili əhalinin istifadəsinə icazə verilən digər şeylərə girişi qadağan ediləndə qəzəblənib.

 

Bu sosial təcrid gənc Qandiyə məqsədini tapmağa kömək edib.

Açıklama yok.

O, öz xalqının haqları üçün və imperializmin hökmranlığının gətirdiyi irqi ədalətsizliyə qarşı mübarizə aparacaqdı. O, Londonda rəngli insanlara qarşı zorakılıq və dözümsüzlüyə qarşı mövqe tutmağa başlayıb. Sonralar bu mübarizə Cənubi Afrikada da davam edib.
 

Onun zorakılıqla bağlı ekstremist fikirləri var idi
 

İkinci Dünya Müharibəsi zamanı o, Avropadakı yəhudilərə silahlarını yerə qoymağı və nasistlər tərəfindən özlərinin qırğına məruz qalmasına icazə vermələrini söyləyib. Qandi əlavə edib ki, müttəfiq dövlətlər faşistlərə qarışmamalıdır. Bu fikir ictimai müzakirələrə səbəb olub.

Açıklama yok.

Bir çox afrikalılar Qandinin Afrikanın qaradərili əhalisinə qarşı cahil münasibətini və qərəzini səsləndirməyə başlayıb.
 

Qandi deyirdi ki, ağlar Afrikada əksəriyyət irqi olaraq qalmalıdır. Afrikalılara qarşı irqi məzmunlu dillərdən istifadə etməkdən də çəkinmədi. O, qaradərililərə qarşı “yerli kaffir lənət” sözünü işlədib.


O bildirib ki, hindlilərlə afrikalıların bir yerdə yaşamasının qarşısı alınmalıdır.



İngilislərə Cənubi Afrikada Hindistanın üstünlüyü ilə bağlı fikirlərini bildirmək üçün "Hindular Afrikanın vəhşilərindən daha yaxşı görünür"şəklində məktublar yazdığı məlumdur. Dövrünün ən böyük insan haqları və tolerantlıq kampaniyalarından birinə rəhbərlik etmiş birinin digər insanları özündən aşağı görməsi doğrudan da təəccüblüdür.



Qadınlara qarşı seksist ifadələri də var idi

 

Açıklama yok.

Tez-tez "subaylı təcrübələri" adı altında bir çoxu yaxın çevrəsindən olan gənc qadınlarla çarpayı paylaşdığı bilinirdi. O, cinsi təcavüzə məruz qalan iki qadına kişilərə cəlbedici görünməmək üçün saçlarını qırxmağı tövsiyə edib. Qandi həmçinin qadınların menstrual dövrünü qadının ləkələnmiş psixikasının fiziki əksi kimi təsvir etmişdir.



Bəzi tarixçilər Qandinin dövrünün normalarından asılı olmayaraq hərəkət edə bilməməsinin normal olduğunu deyirlər. Digərləri isə hesab edir ki, Qandi ziyalı olduğu üçün doğru ilə yanlışı ayırmağı bacarmalı idi.


Son zamanlar isə Qandiyə qarşı sərt reaksiyalar artmaqda davam edir.

 

Açıklama yok.

 

Qandinin Cənubi Afrikadakı irqçi ritorikasına görə Qana Universitetində heykəlinin götürülməsi üçün ərizə verilib və heykəl 2019-cu ildə götürülüb. Kaliforniyada onun heykəlinin ucaldılması isə Hindistan “Azlıqlar Təşkilatı” tərəfindən kəskin etirazla qarşılanıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...