122 il əvvəl \"Birimiz getməliyik\" deyərək intihar etdi - Oskar Uayld əslində kimdir?

122 il əvvəl \

Uayldı çox adam “Ezel” serialının unudulmaz obrazı Ramiz dayının “Hər kəs sevdiyini öldürər” misraları ilə tanıyır.

 

Bəs Oskar Uayld kimdir?

 

Sfera.az Oskar Uayld haqqında maraqlı məlumatları təqdim edir.

Açıklama yok.

16 oktyabr 1854-cü ildə Dublində anadan olan, dövrünün ən böyük yazıçılarından biri olan Oskar Uayld 30 noyabr 1900-cü ildə Parisdə bir otel otağında divar kağızı üzərinə "Bizdən biri getməlidir" yazaraq intihar edib.
 

Oskar Uayld həm hiyləgər ağlı, həm də dahiyanə müşahidə və sosial şərhi ilə məşhur idi. Son Viktoriya dövrünün ən uğurlu dramaturqlarından biri olan Uayld klassiklərin istedadlı bilicisi idi. Dublin Triniti Kollecindən Oksfordun Maqdalen Kollecinə təqaüd qazanan Uayld tezliklə akademiyadan ədəbi aləmə keçid edərək Londonda Estetik hərəkatın aparıcı simalarından birinə çevrildi.

O, Operetta prodüseri D'Oyly Carte tərəfindən maliyyələşdirilən Amerika qitəsinə uğurlu qastrol səfərindən sonra üç cildlik qısa hekayələri və "Dorian Qreyin şəkli" ilə məşhurlaşıb. Bu əsər onun yeganə romanı oldu. Müəllifin reputasiyası onun olduqca populyar sosial pyesləri ilə möhürlənmişdir; ciddi olmağın əhəmiyyəti, ideal həyat yoldaşı, əhəmiyyətli olmayan qadın və Ledi Uindermerin pərəstişkarı.
 

Oskar Uayldın bu komikslə yenidən kəşf edilən klassiki "Dorian Qreyin şəkli" bu gün də onun ən məşhur əsərlərindən biri olmaqda davam edir.
 

Avtoportretinə heyran olan, əbədi gənclik və gözəllik üçün ruhunu fəda edən Dorian Qreyin hekayəsi ilk dəfə 1890-cı ilin yayında amerikalı bir naşirin rəhbərlik etdiyi aylıq Lippincott jurnalında silsilə şəkildə təqdim edilib.
 

Uayld oxucuların təqdimatına verilən kimi böyük mübahisələrə səbəb olan əsərini bir müddət naşirlər və ədəbi dairələri çap etdirməyə razı salmağa çalışıb. Hekayənin genişləndirilmiş versiyası “Ward, Lock & Co” kiçik nəşriyyatı tərəfindən nəşr edilmişdir. Kitab 1891-ci ilin aprelində satışa təqdim edilib.
 

O dövrdə “dəyərsiz və əxlaqsız” olduğu ortaya çıxan əsərin ədəbi dəyəri zaman keçdikcə anlaşılmışdı. Sonralar əsərə Oskar Uayldın öz dövrünün sərt əxlaqi rəftarını tənqid edən güclü bir sarkastik üslubla imza atdığı məlum olub.
 

Kino üçün də uyğunlaşdırılan “Dorian Qreyin portreti” şeir, pyes və hekayələr yazan Uayldın yazdığı yeganə roman kimi ədəbiyyat tarixində öz yerini tutub.
 

Ədəbi istetadı ilə yanaşı Oskar Uayld şəxsi həyatı və qeyri-adi baxışları ilə də diqqət çəkib.

Bütün dünya onu Oskar Uayld kimi tanısa da, müəllifin tam adı Oscar Fingal O'Flahertie Wills Wildedir.

Açıklama yok.
Oskar Uayldın atası cəngavər titullu məşhur cərrah, anası Ceyn Françeska isə şeirləri ilə İrlandiyalı inqilabçılara örnək biri olub. Məşhur yazıçı çox yaxşı şəraitdə doğulub böyüsə də, ömrünün son illərini pulsuz və səfalət içərisində keçirir.

 

Uşaqlıqda fransız və alman dillərini öyrənən Uayld, daha sonra italyan və yunan dillərini də mənimsəyib.


Oksfordu bitirdikdən sonra Oskar Uayld vətəninə qayıtmaq istəyib və Dublinə gedib. Florens Balkombla burada tanış olan müəllif Florens başqa bir adamla nişanlandıqdan sonra doğma şəhərini tərk edir və iki kiçik səfərdən başqa bir daha ölkəsinə qayıtmır.


Oskar Uayld Konstans Lloydla evlənir və onların Kiril və Vyvyan adlı iki övladı dünyaya gəlir. Məşhur yazıçının homoseksual əlaqələri daim söz-söhbət mövzusu olub, lakin bu gündəmə gəldikdən sonra Konstans və uşaqları soyadlarını dəyişib. Uayld daha sonra həbs cəzasına məhkum edilir. Yazıçının bir oğlu Kiril Birinci Dünya Müharibəsində döyüşlərdə həlak olub, ikinci övladı Vyvyan isə yazıçı və tərcüməçi olub. O, 1954-cü ildə atası ilə bağlı xatirələrini yazdığı bir kitab nəşr edib.
Oskarın sosialist baxışları da ən az homoseksual əlaqələri qədər gündəm olub. Çətin həbsxana günlərində yenidən qələmə və kağıza sığınmaq istəyir, lakin onun istəyi çox uzun müddət yerinə yetirilmir. Daha sonra əlinə kağız-qələm keçən müəllif lord Alfred Duqlasa məktub yazıb. Məktub sonradan qısaldılmış və “De Profundis” adı ilə nəşr edilmişdir. Tam mətni isə yalnız 1962-ci ildə nəşr edilmişdir.

Açıklama yok.
Müəllifin ölümü ilə bağlı müxtəlif fərziyələr olsa da, xəstəlikdən vəfat etdiyi deyilsə də əsas ehtimal onun otel otağında intihar etməsidir. O, otelin divar kağızlarına “Birimiz getməliyik” yazaraq intihar edib.


Müəllifin ölümündən sonra əvvəlcə Cimetiere de Bagneur qəbiristanlığında dəfn edilib, lakin sonra məzar Parisdəki Pere Lachaiseyə köçürülüb. Ser Jacob Epstein tərəfindən hazırlanmış məzar daşında isə kişi mələklər əks olunub.


Aynil

 


OXŞAR XƏBƏRLƏR