Elektron siqaretlər - Həyat qurtaran alternativ, yoxsa siqaretdən daha zərərli və təhlükəli oyuncaq?

Elektron siqaretlər - Həyat qurtaran alternativ, yoxsa siqaretdən daha zərərli və təhlükəli oyuncaq?

Elektron siqaret sağlıqlı bir alternativdir, yoxsa həyatımızın ən böyük səhvidir?
 

Sfera.az son illərin ən çox müzakirə edilən mövzularından biri haqqında yazı təqdim edir.



Elektron siqaretlərlə bağlı mübahisəli məsələləri araşdırarkən istər internet üzərindəki məqalələr, istər ABŞ-da dərc olunan bəzi hesabatlar, istərsə də akademik araşdırmalara nəzər saldıqda mübahisəli fikirlərlə qarşılaşırıq.


Bəziləri elektron siqaretlərin ənənəvi siqaretlərdən daha zərərli, bəziləri isə ağciyər başda olmaqla bütün bir orqanizm üçün dəfələrlə daha ziyanlı olduğunu söyləyir. Bunu araşdırmalarla sübut edən mütəxəssislərin də hesabatlarını əsas gətirirlər.

 

Sağlamlığa zərərli olduğu bildirilsə də, elektron siqaretə çox rast gəlinir və hətta baha qiymətlər də bu faktı dəyişməyə kifayət etmir.



Müzakirə olunan mövzular çoxdur, lakin bütün bunlar müzakirə edilərkən, elektron siqaretlərin dünya miqyasında istehlakı hər il eksponent olaraq artır.



Ölkəmizdə bu artımı bəlkə də hiss etməmişik, amma ABŞ-da ildə təxminən 7 milyon dollar yalnız elektron siqaretlərə xərclənir. Sonrakı yerdə İngiltərə və Fransa gəlir. Bu ölkələr müxtəlif markalarla bu sahəyə daxil olub.



Əslində bu alternativ siqaret növü bir neçə illik texnologiyanın nəticəsi deyil, təxminən 50 il əvvəl ortaya çıxan bir üsuldur.



Onların dizaynı təxminən 1960-cı ildə ortaya çıxsa da, ilk elektron siqaret təxminən 20 il əvvəl gündə bir qutu siqaret çəkən bir əczaçı tərəfindən istehsal edilmişdir. Sistem də o qədər də mürəkkəb deyil; mexanizm brenddən markaya fərqli olsa da, nikotin, propilen qlikol və qliserinin qarışıqlarını qızdırmaqla işləyir.



Gördüyümüz tüstü bu qarışıqla çıxır, siqaret tüstüsündən fərqli olaraq tərkibində dəm qazı yoxdur.

 


Bunlar məlumatlardır, lakin elektron siqaretlərin məqsədi ümumiyyətlə siqareti atmaq istəyən insanların işini asanlaşdırmaqdır.



Bəs elm bu vəziyyət haqqında nə deyir? Araşdırmalar göstərir ki, siqaret istifadəçiləri elektron siqaretə keçdikdən sonra siqareti buraxma nisbətləri əhəmiyyətli dərəcədə artır. İstehlak nisbətləri dəyişməsə belə, elektron siqaretlərdə ənənəvi siqaretin tərkibində olan kanserogen olmadığı üçün onların ətraf mühitə vurduğu zərər də azalır.



Əsas sual : elektron siqaret çəkən insanlar üçün daha az zərərlidirmi?



Bu suala bu günə qədər tək cavab vermək mümkün deyildi. Çünki Böyük Britaniya hökumətinin dərc etdiyi hesabata görə, elektron siqaretlər ənənəvi siqaretlərdən 95% az zərərlidir və nikotinin insanın orqanizminə daxil olma nisbəti daha azdır. Bundan başqa, əksini göstərən bir araşdırmada isə 500-ə yaxın insanın elektron siqaret istehlakı səbəbiylə xəstəxanalara müraciət etdiyi və bunun bəzi insanlarda infarkt riskini artıra biləcəyi ifadə edilirdi.


Təbii ki, bu nəticələr heç vaxt siqaret çəkməyən insanla müqayisə edilirdi və ənənəvi siqaretlərdən daha idarə olunan mexanizm olduğundan daha az zərərli olduğunu söyləməyə əsas verirdi.



Son illər isə Avropa və ABŞ, mütəxəssisləri elektron siqaretin ənənvi siqaretdən 95%-97% daha az zərərli olduğunu qeyd edir. Elektron siqaretin tərkibindəki propilen glikol, su, qliserin və aromatlar gündəlik yediyimiz qidaların hazırlanmasında da istifadə olunur.


Elektron siqaretdən çıxan isə tüstü deyil, adi buxardır.



İstənilən halda, sağlam yaşayın. Ənənəvi siqaretdən daha az zərərli olsa da, nikotini həyatınızdan tamamilə çıxarmağa çalışın.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...