İllərdir bu günləri gözləmişdi: Payına “lənətlənmiş almaz” düşdü

İllərdir bu günləri gözləmişdi: Payına “lənətlənmiş almaz” düşdü

İngiltərə kraliçası II Elizabet 96 illik ömrünü və 70 illik hakimiyyətini tamamladı.


Amma ailəsi üçün həyat bəzi yeniliklərlə davam edir. Kraliçanın dəfnindən sonra ən çox maraq doğuran iki detal var idi: Biri dəfn mərasimi, digəri isə onun yerinə keçən oğlu Çarlzın tacqoyma mərasimi.


Dəfn mərasimi tamamlandı, indi tacqoyma mərasiminin vaxtı hər kəsi maraqlandırır. Tacqoyma ilə bağlı çox təəccüblü bir detal da var.


Məlum olduğu kimi, İngiltərənin ən yaşlı kralı Çarlzın tacqoyma mərasimi 6 may 2023-cü ildə baş tutacaq. Böyük ehtimalla dünya ictimaiyyətinin marağına səbəb olacaq bu mərasimdə Çarlzla birlikdə həyat yoldaşı Kamilla da konsort kraliçası kimi taclanacaq. Bu mərasimin ən maraqlı detallarından biri də məhz buradadır; yəni Kamillanın taxacağı tac.



Çox güman ki, kral həyat yoldaşı olan Kraliça Kamilla həmin mərasimdə Böyük Britaniya taxt-tacı üçün vacib olan tac taxacaq. Bir vaxtlar Kraliça II Elizabetin anası və Kral VI Georgeun həyat yoldaşı Kraliça Elizabetin taxdığı Kuh-i Nur (İşıq dağı) almazının olduğu məşhur tac mayın 6-da Kamillanın bəzəyi olacaq.
Ana Kraliça bir çox mühüm tədbirlərdə, xüsusən də həyat yoldaşının kral tacı qoyulduğu mərasimdə çox “mübahisəli" və "lənətlənmiş" almazla bəzədilmiş tacdan istifadə etmişdi.



Əslində, Britaniya kral ailəsinə məxsus hər bir tacın və bu taclardakı qiymətli daşların hamısının özünəməxsus hekayəsi var. Amma farsca “Kuh-i Nur”, ana dilimizdə “Nur dağı” adlı almazın daşındığı bu tacın hekayəsi tamam başqadır.



Kral VI George və Kraliça II Elizabetim tacqoyma mərasimlərində Kraliça I Elizabetin başını bəzəyən, sonra Kraliça II Elizabetə, indi isə Kral Çarlza keçən tacın üzərində 2800 brilyant var. Tacın ən diqqət çəkən xüsusiyyəti ön diaqonalda olan 105 karatlıq “Kuh-i Nur” (“Nur Dağı”) almazıdır. Bu tac haqqında bədbəxtlik gətirdiyi və lənətlik olduğu deyilir. Bir çoxlarının fikrincə bütün lənət məhz o böyük almazda gizlənib.



Əvvəlcə qiymətli almazın tarixinə nəzər salaq...



“Kuh-i Nur” (“Nur dağı”) brilyantı Britaniyanın iddiasına görə 1850-ci ildə Hindistanın Sıx imperatoru tərəfindən Kraliça Viktoriyaya hədiyyə edilib. Həmin vaxt bu almazı Viktoriyaya hədiyyə etdiyi iddia edilən imperatorun cəmi 10 yaşı var idi.


Hindistanın iddiasına görə isə bu almaz hədiyyə olaraq verilməyib. Əksinə, ingilislər tərəfindən zorla götürülüb, daha dəqiq “oğurlanıb”. Hindistan tərəfinin fikrincə, bu “lənətlənmiş” tac İngiltərənin müstəmləkə keçmişinə dair qaranlıq və acı xatirələrlə doludur.

Bu almazlı tac hazırda kral II Çarlzın əlində olsa da, Hindistan “Kuh-i Nur”!almazının onlara məxsus olduğunu və “evinə” qayıtmalı olduğunu iddia edir. Bütün bu müzakirələr, hətta hüquqi həll yolları 2000-ci illərin birinci yarısından bəri davam edir. 2015-ci ildə hindistanlı iş adamları və sənətkarlar Britaniya hökumətindən almazı Hindistana qaytarmaq üçün kraliçanı məhkəməyə vermişdilər. Bunun əsasını Britaniya parlamentinin 2009-cu ildə qəbul etdiyi qanun təşkil edib. Hindistan qrupu bu iddianı oğurlanmış sənət əsərlərinin geri qaytarılmasını nəzərdə tutan qanun çərçivəsində qaldırıb. Amma bu məsələ hələ də həllini tapmayıb.


Əfsanəyə görə “Kuh-i Nur” almazı ancaq qadınların istifadə edə biləcəyi bir daş-qaşdır. Bu almazdan istifadə edən kişilər bəlalardan və uğursuzluqlardan xilas olmurlar. Almaz qadınlara şans gətirir. Qadınlara uğur gətirdiyinə inanılsa da, bu almaz çoxları tərəfindən lənətlik qəbul edilir. Çünki bir xalqın göz yaşlarının izini daşıyır. Bu Hindistanın Britaniya təzyiqi altında qaldığı illərin simvoludur.

DİGƏR CÜT HİNDİSTANIN ƏLİNDƏDİR

Dəyərinin 10 milyon olduğu bildirilən “Kuh-i Nur” 105,6 karat, son kəsimdə 21,6 qram ağırlığında idi. Almaz uzun müddətdir ki, "daş-qaşların kralı" kimi tanınır. Dünyanın ən qiymətli almazlarından biri olan “Kuh-i Nur” almazının digər cütü “Dərya-i Nur”un (“Nur dənizi”) Hindistanda olduğu deyilir.

Tarix boyu Hinduların, Racputların, Muğalların, İranlıların, Əfqanların və Sıxların əlində olan tac nəhayət Britaniya kral ailəsinə məxsus oldu.

1845-1849-cu illər arasında Anglo-Sikh müharibələrinə son qoyan sülh müqaviləsində daşın Kraliça Viktoriyaya veriləcəyinə dair bir bənd var idi. Almaz sıx təhlükəsizlik tədbirləri altında Mumbaydan hərbi “Medea” gəmisi ilə İngiltərənin Portsmut şəhərinə göndərilib. Nəhayət, 1850-ci ilin iyulunda Londonda keçirilən xüsusi mərasimdə Kraliça Viktoriyaya təqdim edilib.

DAŞIN YANINDA “LƏNƏT” QEYDİ

O dövrdə “Kuh-i Nur” qolun üst hissəsinə taxılan qızıl və minalı lövhədə taxılan brilyant üçlüyün orta daşı idi. Rəvayətə görə, daşın yanında onun lənətini xatırladan bir qeyd var idi:


"Bu almazın sahibi olan şəxs dünyanı da idarə edəcək, eyni zamanda onun gətirəcəyi bütün bədbəxtliklərin fərqində olacaq. Onu yalnız qadın və ya tanrı taxa bilər."

Almaz Britaniya kral ailəsinə aid olsa da, Danimarka kraliçası Aleksandra bu qiymətli almazdan 1902-ci ildə tacqoyma mərasimində istifadə edib. 1911-ci ildə Kraliça Məryəmin tacqoyma mərasimi üçün bu tacdan istifadə olunub.



Kral VI Georgeun tacqoyma mərasimində Kraliça Ana bu almazdan olan tacı taxıb. Kraliça Ana qızı II Elizabetin tacqoyma mərasimində eyni almazla bəzədilmiş tacdan istifadə edib. Kraliça Ana 2002-ci ildə vəfat edəndə onun tabutuna bu almazdan ibarət kral tacı qoyulmuşdu.



ÇARLZ tacqoyma mərasimində bu brilyantı başqa qiymətli daşlarla dəyişdirə bilər.



Yeri gəlmişkən xatırladaq ki, bu almaz içində olduğu taca yapışdırıla və çıxarıla bilər. Kral tacını öz istəyi ilə dəyişmək mümkündür. Britaniya mətbuatına sızan məlumatlara görə Kral ailəsinə qarşı tənqidləri azaltmaq üçün əlindən gələni edən Çarlz, siyasi simvol daşıdığı və mübahisə mövzusu olduğu üçün tac mərasimində bu almazdan istifadə etməməyi seçə bilər. Mənbənin iddiasına görə Çarlz bu almazın 70 ildən sonra baş verəcək belə mühüm hadisəyə, yəni özünün tacqoyma mərasiminə kölgə salmasına imkan verməyəcək.


Bu mövzuda iddialar bir-birinin ardınca gəlir. Qiymətli almazın istifadə edilib-edilməyəcəyi isə 6 may 2023-cü ildə keçiriləcək mərasimdə bəlli olacaq.

 

Aynil


OXŞAR XƏBƏRLƏR