Tarixinin haqqında çox şey bilib adını eşitmədiyiniz ən vəhşi səhifəsi...  - Yevgenika nədir?

Tarixinin haqqında çox şey bilib adını eşitmədiyiniz ən vəhşi səhifəsi...  - Yevgenika nədir?

Zamanla elm tarixində böyük təsiri olan Çarlz Darvinin təkamül nəzəriyyəsini ictimai həyata əks etdirmək istəyən bəzi nəzəriyyələr ortaya çıxdı. Bu nəzəriyyələr çərçivəsində gündəmə gələn yevgenika, “sağlamə və “pis” fərdlərin seçilməsi və “cütləşmənin”tənzimlənməsi yolu ilə insan övladının təkmilləşməsini nəzərdə tuturdu.

Lakin yevgenika tədqiqatları elm və bəşəriyyət tarixinin ən qaranlıq dövrlərindən biri ilə nəticələndi. Bu nəzəriyyədən gələcəkdə ən çox Hitler bəhrələnəcəkdi…


Sfera.az sizə haqqında çox bilib, ancaq adına sadəcə elmi məqalələrdən başqa heç yerdə rast gəlməyəcəyiniz “Yevgenika” haqqında yazı təqdim edir.

Yevgenika - insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyədir. Bu nəzəriyyənin əsasında insanları genetik olaraq idarə edərək “alaq otlarından” təmizləməklə insan irqinin yetişdirilməsi durur.

Əsasən 20-ci əsrin birinci yarısında daha çox kütlə tərəfindən rəğbət qazanan bir nəzəriyyə idi. Yevgenika şikəst, xəstə, homoseksual insanları silməklə və sağlam fərdlər yetişdirməklə insan irqinin “təkmilləşdirilməsi” demək idi.


Yevgenik yanaşmaya görə, yaxşı heyvan cinsləri yaratmaq üçün sağlam heyvanlar bir-biri ilə yetişdirildiyi kimi, insan irqi də təkmilləşdirilə bilərdi.
Kimin çoxalıb, kimin çoxalmayacağına qərar verərək, ən uyğun genetik birləşmələri yaratmaq və “üstün insan irqi” yaratmaq məqsədi daşıyırdı.


Yevgenikanın ixtiraçısı Frensis Qalton bir çox sahələrdə uğur qazanmış və Çarlz Darvinlə qohumluq əlaqələri olan bir alim idi.

 

Açıklama yok.
O, yevgenika ilə yanaşı, meteorologiya, psixologiya, psixometriya, statistika, kriminologiya, coğrafiya, coğrafi səyahətlər və kəşflər kimi bir çox sahədə əhəmiyyətli araşdırmalar aparan və əldə etdiyi uğurlara görə “Sir” adı qazanan bir elm adamı idi.


Frensis Qaltonun fikirləri əmisi oğlu Çarlz Darvinin nəzəriyyələrinə əsaslanırdı. Darvin isə bu fikrə şiddətlə qarşı idi.

Darvin həyatı boyu əmisi oğlunun bu fikirlərini “bidət” olaraq qəbul etmiş və buna şiddətlə qarşı çıxmışdır. Darvinə görə insan dəyərləri də elm qədər əhəmiyyətli idi.
Onun əmisi oğlu Qaltonun fikirləri açıq şəkildə bəşəri dəyərlərə zidd idi. Heç kim başqasının reproduktiv davranışına, ailə həyatına müdaxilə etməməlidir.
Qalton Darvinə hörmət edərək susmuş və Darvinin ölümünə qədər fikirlərini dərc etməmişdir.


O, 1883-cü ildə Darvinin ölümündən sonra yazdığı “İnsan Fakültəsi və İnkişafı Üzrə Tədqiqat” kitabında “yevgenika” (yunanca: eu-genēs: yaxşı doğulmuş) anlayışını irəli sürmüşdür.


1904-cü ildə o, yevgenikanı "insan doğuşunun keyfiyyətini yaxşılaşdırmaq və ən yüksək üstünlüyü təmin edən elm" olaraq təyin etdi.

Əslində isə yevgenikanın kökləri qədim Yunanıstana gedib çıxır.

Fotoğrafı Aç
Platon dövlətin vətəndaşların reproduktiv hərəkətlərinə nəzarət etməli olduğunu müdafiə edən ilk filosof idi. Buna uyğun olaraq daha sağlam və daha istedadlı şəxslərin reproduktiv səviyyəsi artırılmalıdır.


Eynilə, Spartada yeni doğulan körpələr böyüklər tərəfindən idarə olunurdu və onların sağ qalıb-qalmayacağına qərar verilirdi.
Sağlam olmayanlar Taygetus dağına aparılaraq orada öldürüldü. Bu vəziyyətə daha çox oğlan uşaqları məruz qalırdı, çünki yalnız ən güclü kişilər sağ qalmalıdır.
(Adolf Hitler məhz bu üsullara görə spartalılara heyran idi).


Romalılar da oxşar üsuldan istifadə edirdilər. Onlar bəyənmədikləri körpələri Tiber çayında boğurdular.


Almaniyada yevgenikanı qəbul edən və yayan ilk şəxs məşhur təkamülçü bioloq və filosof Ernst Hekkel olmuşdur. Hekkelin düşüncələri və fəaliyyəti “saf” və “üstün” alman irqi yaratmaq istəyən nasistlərə miras qalmışdı.

Fotoğrafı Aç

Saf” və “üstün” bir alman irqi yaratmaq istəyən Adolf Hitler yevgenika yanaşmasına böyük maraq göstərmiş və müxtəlif proqramlara başlamışdır.

Yevgenika tədqiqatları ABŞ-da sürətlə yayılmağa başladı.


Amerikalı alim Davenport hələ 1904-cü ildə Bioloji Təcrübə Stansiyasını qurmuş və 1910-cu ildə “Yevgenik Qeydlər Bürosu”nu açmışdı. Bu qurumlar yevgenika qaydalarını təyin edəcəkdilər.


Nasistlərin yevgenika sahəsindəki ilk “işi” “İrsi xəstəlikdən əziyyət çəkən nəsillərin qarşısının alınması qanunu” olmuşdur. Bu qanuna əsasən, 400 min insan onların razılığı olmadan sterilizasiya edilib.

1933-cü ilin iyununda İrsi Xəstəliklərə Qarşı Toxumların Qarşısının Alınması Aktı qüvvəyə minir.


Beləliklə, yararsız insanlar sterilizasiya ediləcəkdi. Bu böyük yevgenik siyasət 200 İrsi Sağlamlıq Məhkəməsinin (Erbgesundheitsgerichte) yaradılmasına səbəb oldu. Məhkəmənin qərarları ilə 400 min insan onların razılığı olmadan sterilizasiya edilib.


Hitlerin qəbul etdiyi T4 proqramına görə irq yetişdirilməli idi.

1 oktyabr 1939-cu ildə qüvvəyə minən bu proqram (T4) Berlindəki Tiergartenstrasse 4-də Kanslerin (baş nazir) ofisinin adını daşıyırdı. İddia edilən evtanaziya (yaxşı/gözəl ölüm) proqramı olsa da, proqram ayrı-ayrı şəxslərin razılığı olmadan həyata keçirilirdi.


Şəkildə rəsmi rəqəmlərə görə 18 min insanın öldüyü Hartheim Evtanaziya Mərkəzi göstərilir.


Almaniya və Avstriyanın müxtəlif xəstəxanalarından gətirilən əlillər, ruhi xəstələr və xəstə qocalar Hadamar klinikasının bu qaz kameralarında öldürülüb.

Fotoğrafı Aç

Nasistlərin fikrincə bu insanlar “yaşamağa layiq olmayan ruhlar” sayılırdı. Buna görə də öz hərəkətlərini “irqi təmizləmə” adlandırırdılar.

Rəsmi məlumatlara görə, T4 Fəaliyyəti çərçivəsində 70.273 nəfər ölüb.

Nasistlərin rəsmi rəqəmlərinə görə T4 əməliyyatı nəticəsində 70.273 nəfər həlak olub.
Digər tarixi araşdırmalar isə proqramdan əvvəl və sonra təxminən 200.000 adamın həyatını itirdiyini göstərirdi.

T4 layihəsinə ən nüfuzlu nasistlərdən biri Philipp Bouhler rəhbərlik edirdi. 

Fotoğrafı Aç


Bundan başqa bir çox məşhur və uğur qazanmış nasist alimi və həkimləri yevgenik fəaliyyətlərdə iştirak edirdilər.


Bu araşdırmalarda inanılmaz dərəcədə qəddar və qeyri-insani təcrübələr aparılıb. Maraqlısı isə həmin nasist alimlərinin və həkimlərinin arasında məşhur və elm dünyasında görkəmli olanların əksəriyyət təşkil etməsi idi.

Bu zaman adətən yəhudilər və cinayətkarlar arasından seçilirdi.


Nasistlər təqribən belə düşünürdülər: “Niyə ən sağlam insanlar döyüş meydanında həlak olduğu halda, cəmiyyət lazımsız əlillərin və xəstə insanların yükünü daşımalıdır?”.

Nasistlər bu təbliğat reklamında olduğu kimi, əlillərin və sağalmaz xəstəlikləri olan insanların sağlam fərdlərin üzərinə maddi-mənəvi yük olduğunu bildirirdilər.

Saf və üstün alman irqini yaratmaq üçün toplama düşərgələrinə aparılan milyonlarla yəhudi, qaraçı, homoseksual, cinayətkar nasist rejimi tərəfindən qətlə yetirilirdi.

Konsentrasiya düşərgələrində olanlar nasistlərin yevgenika siyasətinin nəticəsi olmasa da, yevgenika siyasəti nasistlərin saf və üstün alman irqini yaratmasının bir elementi idi.


Nasistlər yəhudiləri, qaraçıları, homoseksualları, fahişələri, əlilləri və xəstələri öldürməklə təkcə alman xalqına deyil, bütün Avropa xalqlarına da yaxşılıq etdiklərini düşünürdülər.


Nasistlər yevgenikanı və onun etdiklərini elmi hesab edirdilər.

Nasistlər öz hərəkətlərini və yevgenika siyasətlərini elmi hesab edirdilər. Hətta nasist olmayan bəzi alimlər də bu araşdırmaları yüksək qiymətləndiriblər.

Yevgenika təkcə Nasist Almaniyası və ABŞ-da deyil, İngiltərə, Kanada, Fransa, İsveç, Norveç, Danimarka, Finlandiya, İslandiya, Çin, Yaponiya, Braziliya kimi ölkələrdə də müxtəlif dərəcələrdə qəbul və tətbiq edilmişdir.

1907-ci ildə İndiana ştatında qəbul edilən qanunla əqli qüsurlu, kar və ya kor insanların məcburi sterilizasiyası başlandı.


Vaşinqton və Kaliforniya ştatları da 1909-cu ildə oxşar qanun qəbul ediblər.


1927-ci ildə Virciniya ştatında əqli qüsurlu şəxslər sterilizasiya edildi. Qanun ABŞ-ın bir çox ştatlarında 1960-cı illərə qədər qüvvədə qaldı. Ümumilikdə 67 min insanın sterilizasiya olunduğu təxmin edilir.


Yevgenika elm tarixinin ən qaranlıq və ən qəddar səhifəsi kimi yaddaşlarda yerini qoruyub saxlayır...

İnsan canlı varlıq olduğu üçün genlərə müdaxilə edərək daha sağlam, daha güclü, ağıllı və gözəl insanlardan ibarət bir cəmiyyət yaratmaq nəzəri cəhətdən mümkündür.


Lakin buna baxmayaraq, elmdən etik və qeyri-insani məqsədlər üçün istifadə edilməsi böyük humanitar fəlakətlərə gətirib çıxarıb, totalitar rejimlər yaradıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR