Dünyada ilk: Robotlar donuzları klonladılar
Çinin Nankai Universitetinin tədqiqatçıları robotlar vasitəsilə donuzların klonlanmasına nail olublar.
Sfera.az bildirir ki, universitetin Süni İntellekt Məktəbində eksperimentlərdə istifadə edilən daşıyıcı toxum bu ilin mart ayında 7 klon donuz dünyaya gətirib.
Tədqiqat qrupunun üzvü Liu Yaovei klonlaşdırmada insan əməyinin olmadığını deyib. Beləliklə, Çin alimləri robot tərəfindən tamamilə klonlaşdırılmış dünyanın ilk donuzlarını istehsal ediblər.
Bu universitet əvvəllər robotlar vasitəsilə klonlaşdırılmış donuz balaları istehsal etməyi bacarmışdı. Ancaq həmin prosesdə insanlar klonlaşdırma prosesinin bir çox hissəsində iştirak etməli idilər. Lakin komanda indi tam robot yönümlü klonlama prosesini təmin etmək üçün lazımi alqoritmləri hazırlamağa müvəffəq olub.
"Bizim süni intellektlə dəstəklənən sistemimiz hüceyrə daxilindəki gərginliyi hesablaya bilir. Bu yolla robot klonlaşdırma prosesini tamamlayarkən minimum gücdən istifadə edir. Bu, insan əlinin yaratdığı hüceyrə zədəsini azaldır", - Liu Yaovei deyib.
Bu yeni kəşfin Çinə donuz ətinin tədarükü üçün faydalı olacağı düşünülür.
Dünyada ilk klonlaşdırılmış heyvan, nüvə ötürülməsi prosesi ilə yetişdirilən somatik hüceyrədən klonlanmış qoyun Dolli idi.
Bəzi ekspertlər klonlaşdırmanın heyvan sağlamlığı üçün riskli olduğunu vurğulayırlar. Bundan əlavə, balalama zamanı fəsadlar yarana bilər və yeni nəsil şikəst doğula bilər.
İnci
Sfera.az