Yer kürəsinin ən hündür dəniz dalğası

Yer kürəsinin ən hündür dəniz dalğası

Alimlər Yer kürəsində qeydə alınan ən hündür dəniz dalğasından söhbət açıblar.

1958-ci ilin iyulunda Alyaskanın cənub-şərqi sahillərində maqnitudası 8,3 bal olan güclü zəlzələ baş verib. Bu zəlzələnin əmələ gətirdiyi iri sürüşmə sahilə çıxan nəhəng sunami dalğasının yaranmasına səbəb olub. Bu, planetdə qeydə alınan dəniz dalğaları arasında ən böyüyüdür.

Avtosfer.az xəbər verir ki, sürüşmə Alyaskanın cənub-şərqində Lituyya körfəzində suya daxil olub. Alimlərin hesablamalarına görə, süxurun suya düşməsi nəticəsində əmələ gələn dalğanın hündürlüyü 524 metr təşkil edib. Bu, Nyu-Yorkdakı məşhur “Empire State Building” göydələnindən (443 metr) hündürdür. “Bu dalğa tarixdə qeydə alınan ən böyük dalğadır. Fikrimcə, daha əvvəllər bundan da hündür dalğalar olub, lakin onlar lap çoxdan əmələ gəlib və yalnız geoloji çöküntülər üzrə onlar barədə mühakimə yeritmək olar”, - deyə Corciya ştatının Texnologiya Universitetindən olan alim German Frits danışır. Alimin sözlərinə görə, Lituyya körfəzində sürüşmə zamanı suya təxminən 30 milyon kubmetr süxur düşüb ki, bu da nəhəng dalğanın əmələ gəlməsinə şərait yaradıb. Dalğanın hündürlüyünə körfəzin forması da öz təsirini göstərib. “Sürüşmənin yaratdığı adi sunami zamanı dalğalar yelpikvari hərəkət edir. Lakin Lituyya körfəzinin ensiz forması və dik yamaclar dalğanın bir istiqamətə üz tutmasına şərait yaradıb. Su başqa yerə hərəkət edə bilməyərək yuxarı qalxmağa məcbur olub. Bu səbəbdən dalğaların hündürlüyü belə böyük olub”, - deyə Frits vurğulayıb.

Alimlərin sözlərinə görə, dalğanın bu növünü KİV-də meqasunami adlandırmağa başlayıblar.


OXŞAR XƏBƏRLƏR

"Bölgənin 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək" - Mikayıl Cabbarov

"Azərbaycan dünya iqtisadiyyatı üçün mühüm olan enerji və logistika layihələrinin reallaşdığı məkana çevrilib". Sfera.az xəbər verir ki, bunu Mil...

Əhaliyə XƏBƏRDARLIQ: Bakıda və bölgələrdə leysan olacaq

Bu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir.   Sfera.az xəbər verir k...

Agentlik onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yay...

İngiltərə klubu baş məşqçisi ilə yolları ayırdı

İngiltərənin "Lester" klubu baş məşqçisi Stiv Kuperlə yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə Lester təmsilçisinin mətbua...

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayı...

Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik etdi

Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxiyə təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyil...