Loukosterlə uçanda nəyə diqqət olunmalıdır? - XƏRCLƏR CƏDVƏLİ
Aşağı büdcəli aviaşirkətlər səyahət imkanlarını daha da artırıb. Daha çox Avropada məşhur olan “low-coster”lər iş prinsipinə görə klassik aviaşirkətlərdən fərqlənir. Əsas fərq odur ki, tam xidmət göstərən aviaşirkətlərdə bütün xidmətlər qiymətə daxil olsa da, aşağı büdcəli aviaşirkətlərdə belə deyil. Bu səbəbdən onlarda qiymət daha ucuzdur. Eyni zamanda, büdcəli aviaşirkətlər aeroportlardan xüsusi endirim və vergi güzəşti alırlar. Misal üçün, WizzAir-in bir sərnişinə görə aeroporta ödədiyi aeroport xərcləri və vergi birlikdə təxmini 8-13 avrodur. Bu Bakıda, Kutaisidə, Odessada, London və Parisdə də eyni məbləğdir.
Bəs, “low-cost” aviaşirkətlə uçan zaman hansı detallara diqqət etmək lazımdır?
Necə etmək lazımdır ki, aeroportda arzuolunmaz xərclərlə qarşılaşmayasınız?
İlk yadda saxlamalı məqam odur ki, bu tip aviaşirkətlərin əsas qazancı əlavə xidmətlərin satışından formalaşır. Yəni bilet alanda ödənişə daxil olmayan xidmətləri sonradan sizə satmağa çalışırlar. Nəzərə alın ki, əlavə xidmətləri uçuşdan öncə onlayn alsanız daha sərəfəli olacaq. Sərişinlərin adətən əlavə pul ödədikləri xidmətləri WizzAir, RyanAir və Buta Airways-in hazırda olan minimum tarifləri ilə aşağıdakı cədvəldə göstərmişik:
|
WizzAir |
RyanAir |
Buta Airways |
Uçuşa qeydiyyat-ı (check in) onlayn deyil aeroportda etsəniz |
35 avro |
55 avro |
“Budget” tarifində 3 avro
|
Öncədən baqaj almayıb aeroportda alsanız (20 kq) |
55 avro |
70 avro |
25 avro |
Hər əlavə 1 kq üçün |
11 avro |
11 avro |
artıq çəkili baqajlar əlavə baqaj kimi hesablanır, 25 avro |
Uçuşu dəyişdirmək |
31-41 avro və qiymət fərqi ödənilir |
35-95 avro arası və qiymət fərqi ödənilir |
uçuş müddətinə 24 saata qalmışa kimi sinifdən asılı olaraq tarifin 50-75%-i qədər cərimə və qiymət fərqi ödənilir
|
Uçuşu ləğv etmək |
yanız 15-20 avro dəyərində administrativ xərclər və vergilər geri ödənə bilər |
60 avro cərimə ilə |
uçuş müddətinə 24 saat qalmışa kimi sinifdən asılı olaraq tarifin 75-50%-ə qədər cərimə hesablanmaqla məbləğ geri qaytarıla bilər
|
Təyyarədə yer seçimi |
4-32 avro |
3-28 avro |
sadə yerlər pulsuz, ön sıra və qəza çıxışı yerləri 15-25 avro |
Qidalanma |
sadə su 2.5 avro, çay 3 avro, kofe 3.5 avro, ən ucuz sendviç 4.5 avro |
sadə su, çay və kofe 3 avro, ən ucuz sendviç 4.5 avro |
sadə su pulsuz, çay 0.5 avro, kofe 0.7 avro, mini pizza 2 avro |
Beləliklə, ən vacib əlavə xərcləri qeyd etdik. Uçuş zamanı diqqətli olun ki, əlavə xərcləriniz çıxmasın.