Maradonaya görə "Qarabağ"ın matçında 1 dəqiqəlik sükut

Maradonaya görə
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

Sferaşaz xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin bildirib.

Sloveniyalı funksioner artıq bununla bağlı xüsusi tapşırıq verdiyini bildirib.

Maradona bu gün ürəktutmasından sonra 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Türkiyədə "Sivasspor"la qarşılaşacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.///Report

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...