İlhamə Quliyevanı 4 il həbs gözləyir

İlhamə Quliyevanı 4 il həbs gözləyir

Xalq artistinin köməkçisinə qarşı amansızlığı, video çəkdiriyib yaydırması cinayət məsuliyyəti yaradır.

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynovanın xalq artisti İlhamə Quliyeva barəsində

 səsləndirdiyi ağır ittihamlar ictimaiyyətdə böyük rezonans doğurub.


Sfera.az müsavat.com-a istinadən xəbər verir ki, M.Hüseynova redaksiyaya göndərdiyi məktubda xalq artistinin

 ona qarşı etidiyi amansızlıq,  şəxsiyyət əleyhinə yönələn hərəkətlərdən, işgəncələrdən söz açıb. Sabiq köməkçi 

məktubunda İlhamə Quliyeva tərəfindən ötən ilin oktyabrın 17-də mətbuata təqdim edilən videonun onun iradəsinə 

əks olaraq, qorxudularaq, namusunu ləkələməklə hədələnib çəkildiyni deyib:


“Hamısı birləşib namusumu ləkələməklə qorxudub, diz çökərək hər şeyi boynuma almağımı tələb etdilər..

.Onların namusumu ləkələyəcəklərindən qorxaraq dediklərini etdim və onlar məni telefonla çəkirdilər”.


Məktubda mətbuata məlum olmayan bəzi faktlar da yer alıb. Bütün bu məlumatlar sosial şəbəkələrdə geniş müzakirə 

olunub, ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.

“Xalq artisti köməkçisini təhdid edib, ona hədə-qorxu gəlibsə cinayət məsuliyyətinə cəlb oluna bilər”. Bu barədə

 hüquq müdafiəçisi Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu əməli

 törədən şəxs hətta iki ilədək azadlıqdan məhrum edilə bilər: 


“Köməkçinin təhdid olunub-olunmadığını, ona hansı qaydada hədə-qorxu gəlindiyini dəqiq aydınlaşdırmaq

 lazımdır. Dəqiq bilmədən məsələyə münasibət bildirmək çətindir. Deyim ki, bu məsələ bir qədər qaranlıqdır. 

Əgər şəxs öldürülmək və ya sağlamlığına ağır zərər vurmaqla hədələnirsə və hədənin icra ediləcəyi üçün real 

əsaslar mövcuddursa, bu əməli törədən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə 

əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu maddəyə əsasən 200 (iki yüz) manatdan 500 (beş yüz) manatadək

 miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etməz cəzası nəzərdə tutulub.


Lakin hər bir halda məsələni dəqiq aydınlaşdırmaq lazımdır, yalnız bu zaman hüquqi qiymət vermək olar. Ola bilsin,

 həmin köməkçiyə o cür yalvarmaq üçün şirinlikləşdirici vədlər verilib. Bu, artıq onu aldatmaqdır və buna görə heç bir 

cinayət məsuliyyəti nəzərdə tutulmayıb”. 

Hüquq müdafiəçisi Müzəffər Baxış şəxsin icazəsi olmadan barəsində video çəkilməsinin, mətbuatda yayılmasının 

da cinayət tərkibli olduğunu deyib:


“Əgər bu video şəxsi həyatı ilə bağlıdırsa və video şəxsin razılığı olmadan yayılıbsa bununla bağlı Azərbaycan 

Respublikasının Cinayət Məcəlləsinin 156.1 maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub. Həmin maddəyə 

əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə 

satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 100 (yüz) manatdan 500 (beş yüz) manatadək 

miqdarda cərimə və ya 240 (iki yüz qırx) saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.


Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə Cinayət Məcəlləsinin 

156.2-ci bəndinə əsasən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 

hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Video görüntülərində sabiq köməkçi İlhamə Quliyevaya yalvarıbsa, bu, şəxsi məsələdir. Əgər görüntü gizli

 videokamera ilə köməkçinin iradəsi olmadan çəkilibsə, xalq artisti cinayət məsuliyyətinə cəlb oluna bilər. 

Bütün hallarda məsələ tam obyektiv araşdırlmaldır”.

M.Hüseynova redaksiyamıza göndərdiyi məktubunda onu da qeyd edib ki, barəsində Bakı Şəhər 

Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 29,180.3.2-ci - soyğunçuluğa

 cəhd maddəsi ilə ibtidai istintaqı aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

 “Yeni Müsavat”a açıqlamasında bu məlumatı təsdiqləyib. E.Sultanov bununla bağlı prokurorluq tərəfindən 

tezliklə geniş məlumat veriləcəyini bildirib. 

Xalq artisti, “Şöhrət” ordenli İlhamə Quliyeva isə olaya özünəməxsus şəkildə münasibət bildirib. Belə ki, o,

 lent.az saytına açıqlama verərək sabiq köməkçisini hədələməkdə davam edib:


“Ona demək istəyirəm ki, ay qulluqçu, sənin haqqın çatmır ki, həbsxanada otura-otura cəfəngiyyat məktublar 

göndərəsən. Bu işlərin axırı sənin üçün çox pis olacaq. Hazırda prokurorluqda barəndə iş gedir. Barəmdə 

dediyin şərlər, böhtanlar heç vaxt mənə yapışmaz. Sənin söylədiklərinə də kimsə inanmaz... İlhamənin imkanı

 olsaydı, səni tikə-tikə doğrayardı ki, sən bu dünyada yaşamayasan. Çünki sən insanlara ancaq xələl gətirirsən".


OXŞAR XƏBƏRLƏR

Trampa dəstək üçün köynəyini cırdı - VİDEO

Güləş əfsanəsi Hulk Hoqan iyulun 18-də Viskonsin ştatının Milwaukee şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləmək üçün Respublikaçılar Partiya...

Dünyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə meşədən çıxdı: Onları buna nə vadar etdi?

Amazonunun yağışlı meşələri ilə zəngin olan Peru planetin ən təcrid olunmuş yerli qəbiləsinin məskənidir. Bu icmanın üzvləri əvvəllər evlərini tərk etmirdilər, ...

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Tayvan liseylərindən birinə aqressiv meymun sürüsü basqın edib. Onlar anomal istidən qaçaraq, həm də yemək axtarıblar. Sfera.az bildirir ki, meymun sürüsü ...

ABŞ-da səmada naməlum işıq parıltısından sonra qəribə vibrasiyalar müşahidə edilib

Nyu-Yorklular səmada güclü işıq çaxması və bunun ardınca ayaqlarının altında qəribə titrəyişlər hiss ediblər. Sfera.az bildirir ki, məlumata görə, meteor b...

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır - FOTO

Kim Kardaşyan keçmiş əri, reper Kanye Uestdən olan oğullarından birinin nadir dəri xəstəliyindən əziyyət çəkdiyini deyib. Sfera.az bildirir ki, Kim Karda...

Kəlbəcərdə mina partlayışlarında 3 nəfər yaralandı - YENİLƏNDİ

19:00   Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov ra...