Məşhur aktyor vəfat etdi

Maqazin
09:00 / 12.06.2025
5747
ABŞ-nin teatr və kino aktyoru Harris Yulin Nyu-Yorkda 88 yaşında ürək tutmasından vəfat edib.
Sfera.az-ın "People"a istinadən verdiyi xəbərə görə, Yulin tamaşaçıların yaddaşında "Çapıqlı üz", "Kabus ovçuları", "Təlim günü" məşhur filmləri və "Mister Bin" komediyası ilə qalıb.
Aktyor məşhur “Ozark” da daxil olmaqla bir sıra teleseriallarda da fəal rol alıb. O, son dəfə 2024-cü ildə rol oynayıb.
Yulin “Emmy” və “Drama Desk Award” mükafatlarına, 2019-cu ildə isə “Ozark” teleserialındakı roluna görə mükafata namizəd olub.