Merilin Monronun ikonik əşyası rekord qiymətə SATILDI

Merilin Monronun ikonik əşyası rekord qiymətə SATILDI

"Julien's Auctions" hərrac evi amerikalı aktrisa və model Merilin Monronun ikonik əşyasını rekord qiymətə satıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

 

Söhbət büllur qotazlı nazik kəmərlə bəzədilmiş İtalyan markası "Pucci"nin çəhrayı ipək paltarından gedir. Qeyd olunur ki, Monronun qarderobundan olan bu əşya 325 min dollara hərraca çıxarılıb.

 

Hollivud ulduzunun dəbdəbəli libası ilə yanaşı, əri, beysbolçu Co DiMaggio ilə birgə çəkilmiş fotoşəkili 16,2 min dollara satılıb. 


 
Bundan başqa hərracda Monronun əlyazması da satışa çıxarılıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR