Kadir İnanırın həyat yoldaşı xalqa MÜRACİƏT ETDİ: “Nəzərə alın ki…” 

Kadir İnanırın həyat yoldaşı xalqa MÜRACİƏT ETDİ: “Nəzərə alın ki…” 

Səhhəti pisləşən türkiyəli aktyor Kadir İnanırın həyat yoldaşı səssizliyini pozub.

 

Sfera.az bildirir ki, sənətçi Beykozda yaşadığı evdə özünü nasaz hiss edəndən sonra xəstəxanaya yerləşdirilib. Kadir İnanırın son vəziyyəti barədə isə 23 illik həyat yoldaşı Jülide Kural məlumat yayıb. O qeyd edib ki, müayinələr zamanı aktyorun beyin damarında laxtalanma aşkarlanıb:

 

“Həkimlərin və səhiyyə işçilərinin müdaxiləsi ilə laxtalanma təmizlənib. Reanimasiyada müalicəsi davam edən Kadir İnanırın vəziyyəti stabildir”.

 

Sənətçinin həyat yoldaşı Kadirin güclü olduğuna inandığını vurğulayıb:

 

“O, hamımızın dəstəyi ilə bu çətin mərhələdən də keçəcək. Bütün xalqımızdan xahişim budur ki, Kadir İnanırın sağlamlıq durumu ilə bağlı yalnız həkimlərin dediklərini nəzərə alsınlar. Onun səhhəti barədə mütəmadi olaraq sizə məlumat verəcəm”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR